Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q losyonun tərkibində 0,5 mq betametazon (dipropionat şəklində), 20 mq salisil turşusu vardır. Köməkçi maddələr: dinatrium edetat, hipromelloza, natrium hidroksid, izopropil spirti, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Psoriazın, başın tüklü hissəsinin seboreyalı dermatitinin, digər lokalizasiyalı psoriatik zədələnmələrin, həmçinin üzdə seboreyalı dermatit istisna olunmaqla kortikosteroidlərlə müalicəyə qarşı həssas olan digər dermatozların iltihab əlamətlərini azaltmaq üçün.
Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Bakterial (vərəm və sifilis daxil olmaqla), virus, göbələk infeksiyaları və parazitar mənşəli dəri invaziyaları, hətta onlarda iltihabi komponent olduqda, dəri postvaksin reaksiyaları, dərinin xoralanmış zədələnmələri, akne və civzələr, rozasea və perioral dermatit, oftalmologiyada və göz ətrafında istifadəsi, cinsi orqan nahiyəsində, selikli qişaların üzərində istifadəsi, perianal və genital qaşınma.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Heyvanlar üzərində tədqiqatlar sistem kortikosteroidlərin teratogen effektini aşkar edib. İnsan üçün potensial risk məlum deyil. Hamiləlik zamanı Diprosalik® preparatının istifadəsi 3 həftədən artıq olmayaraq 10%-dən az bədən səthi sahəsində tövsiyə edilən istifadə qaydasına ciddi əməl etməklə mümkündür. Salisil turşusu dəridən xeyli dərəcədə sorula bilər. Hamiləliyin son trimestrində salisil turşusunun istifadəsi hamiləliyin davametmə müddətinə və doğuşun gedişinə təsir göstərə bilər. Anada və uşaqda qanaxmalara yüksək meyllik və uzunmüddətli qanaxmalar müşahidə olunur. Xüsusən, doğuşdan əvvəl salisilatları qəbul etdikdə vaxtındantez doğulmuşlarda kəllədaxili qanaxmalar qeyd oluna bilər. Döldə arterial kanalın vaxtından tez bağlanması mümkündür. Hamiləlik zamanı istifadənin təhlükəsizliyi təsdiq olunmayıb, buna görə preparat yalnız xüsusi hallarda, əgər ana üçün potensial faydası döl/uşaq üçün potensial riskdən üstün olarsa istifadə edilə bilər. Laktasiya Kortikosteroidlər və salisil turşusu ana südünə keçir. İstifadənin yerli üsulunu nəzərə alaraq laktasiya dövründə Diprosalik® ehtiyatla istifadə olunmalıdır. Süd vəzisinin üzərinə sürtmək olmaz. Əgər daha da yüksək dozaların istifadəsinə ehtiyac yaranarsa, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Вöyüklərdə və uşaqlarda bir neçə damcı losyon zədələnmiş sahələrə yaxılır, yüngül əl hərəkətləri ilə dəriyə və başın tüklü hissəsinə sürtülür. Adətən gündə 2 dəfə - səhər və axşam sürtülür. İstifadənin davametmə müddəti Losyon 1-2 həftə ərzində gündə 2 dəfə istifadə ilə məhdudlaşdırılır; dəstəkləyici müalicə zamanı preparatı gündə 1 dəfə istifadə etmək kifayət edir. İstifadə sayının artırılması müalicəvi effekti yaxşılaşdırmadan əlavə effektləri ağırlaşdıra bilər. Bəzi xəstəliklərdə preparatı gündə 1 dəfə istifadə etmək kifayət edir. Xəstəliyin yaxşılaşma prosesində istifadənin tezliyi azaldıla bilər. Böyük sahələrin müalicəsi xüsusi diqqət tələb edir (istifadə olunmuş preparatın miqdarının qeydə alınması). Müalicə tədriclə ləğv olunmalıdır, bunun üçün istifadəarası fasilələr artırılır və ya daha zəif və ya dozalanması az olan kortikosteroidlər istifadə edilir və ya müalicə tərkibində kortirkosteroidlər olmayan vasitələrlə növbələnir. İstifadə dövrü 3 həftədən artıq olmamalıdır. Yaşından asılı olmayaraq bütün xəstələrdə uzunmüddətli və davamlı müalicədən qaçmaq lazımdır. Tərkibində qlükokortikosteroidlər və salisil turşusu olduğuna görə müalicənin davametmə müddətini artırmaq (3 həftədən artıq) və/və ya dərinin geniş sahələrində (bədən səthin 10%-dən çox) istifadə etmək olmaz. Bu xüsusilə uşaqlara və böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrə aiddir. Böyüklər üçün salisil turşusunun maksimal sutkalıq dozası 2 q təşkil edir. Böyüklər üçün salisil turşusunun bu maksimal sutkalıq dozası 1 həftədən artıq istifadə olunmamalıdır. Preparatın həftəlik maksimal dozası 60 q-dan çox olmamalıdır. Uşaqlar Uşaqlar 5-7 gündən artıq davam edən müalicə almamalıdır. Uşaqlarda Diprosalik® losyonundan istifadə etdikdə salisil turşusunun dozası 0,2 q üstün olmamalıdır. Uşaqlarda preparat yaxılan bədən səthinin sahəsi 10%-dən artıq olmamalıdır. Diprosalik® losyonundan azyaşlı uşaqlarda istifadəsi tövsiyə olunmur. Adətən uşaqların müalicəsində dərinin yüksək keçicilliyi ilə və bədən kütləsi ilə müqayisədə dəri səthinin böyük sahəsi ilə bağlı ehtiyatlılıq tələb edilir, çünki belə halda qlükokortikosteroidlərin və salisil turşusunun sorulması böyüklərlə müqayisədə artır.