Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FTOROKORT 1MG 15GR MELHEM

Məhsul Kodu : 111-00552
İstehsalçı ölkə: Macaristan
8,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FTOROKORT, məlhəm

FTOROKORT tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 1 mq triamsinolon asetonid vardır.

İstifadəsinə göstərişlər

Kortikosteroidlərə qarşı həssas olan dəri xəstəlikləri (ekzema, vulqar psoriaz, allergik dermatit).

Əks göstərişlər

Hamiləliyin I trimestri. Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Preparatın gözlərə və ya periorbital nahiyəyə düşməsindən çəkinmək lazımdır. Dərinin göbələk və ya bakterial infeksiyaları zamanı müvafiq yanaşı antibakterial terapiya aparmadan preparatı istifadə etmək olmaz.

Preparat dərinin vərəm və kəskin virus zədələnmələrində əks göstərişdir (adi herpes, kəmərləyici herpes, suçiçəyi). Preparat parazitlərlə törədilən dəri infeksiyalarında (məsələn, qoturluq) əks göstərişdir. Preparat ayaqlarda xoranın müalicəsi üçün, rozaseya və ya üzdə çivzə zamanı, perioral dermatitdə və ya bələk dermatitində, dərinin quru qabıqlanması, vaksinlərə reaksiya zamanı, sifilisdə (dərinin zədələnməsi), yayılmış piləkşəkilli psoriazda, vaksinasiyadan sonra 2-8 həftə müddətində istifadə edilməməlidir, eləcə də ana südü ilə qidalandırmadan bilavasitə əvvəl döş nahiyəsində istifadəsi əks göstərişdir. Preparatı 1 yaşa qədər uşaqlara təyin etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Ftorokort məlhəmini hamiləliyin ilk trimestrində istifadə etmək olmaz, gələcəkdə o, yalnız gözlənilən fayda və mümkün riskin diqqətlə qiymətləndirilməsindən sonra istifadə edilə bilər. Heyvanlar üzərində aparılan tədqiqatlarda fetotoksik effektlər (teratogenlik, embriotoksiklik) müşahidə edilmişdir. İnsanda hamiləlik zamanı istifadəsinin təhlükəizliyi barədə kifayət qədər məlumat yoxdur. Boğaz heyvanlarda kortikosteroidlərin yerli istifadəsi damağın parçalanması və bətndaxili inkişafın ləngiməsi daxil olmaqla, dölün inkişafında patologiya törədə bilər.

Deməli, insan dölünün orqanizmində belə təsirlərin çox kiçik riski mövcuddur. Hamiləlik dövründə qlükokortikosteroidlərin yarımxaricolma dövrü artır və yenidoğulmuşlarda plazma klirensi uşaqlarda və böyüklərdəkinə nisbətən azdır. Laktasiya dövrü Sistem kortikosteroidlər ana südünə nüfuz edir və yenidoğulmuşların böyrəküstü vəzisinin qabıq maddəsinə mənfi təsir göstərə bilər və boyatmanın zəifləməsi kimi əlavə təsirlərə səbəb ola bilər. Uzun müddətli istifadəsinə və ya bədən səthinin geniş sahəsinin işlənməsinə ehtiyac olduqda, ehtiyat tədbiri qismində ana südü ilə qidalandırmadan imtina etmək lazımdır.

Körpənin preparatla dərinin işlənmiş səthilə kontaktından çəkinmək lazımdır. Ana südü ilə qidalandırmadan əvvəl preparatı döş dərisinə çəkmək olmaz. Hamiləlik və laktasiya dövründə preparatı dərinin böyük ahəsinə ürtmək və okklyuzion sarğılardan istifadə etmək məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Ftorokort məlhəmi nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmə qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə təsir edir.

FTOROKORT istifadə qaydası və dozası

Dozalanma rejimi Böyüklər Məlhəm dərinin zədələnmiş səthi üzərinə gündə 2-3 dəfə nazik təbəqə ilə sürtülür (gündə maksimum 15 q məlhəm) və ya okklüziv sarğı kimi istifadə etmək olar (gündə maksimum 10 q məlhəm). Xüsusi qrup pasiyentlər Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) Kortikosteroidləri ehtiyatla və qısa müddət ərzində istifadə etmək lazımdır, belə ki, yaşlı adamlarda təbii olaraq dərinin nazilməsi baş verir. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Ftorokortu 1 yaşa qədər uşaqlarda müalicə üçün istifadə etmək olmaz. 1 yaşdan yuxarı uşaqlarda əlavə təsirlərin inkişafının mümkünlüyünü azaltmaq üçün məlhəm zədələnmiş nahiyəyə gündə maksimum 2 dəfə çəkilə bilər.

Müalicə 5 gündən artıq olmamaqla davam edə bilər. Okklyuziv sarğı altında istifadəi məsləhət görülmür. İstifadə qaydası Yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur.

Prepared by  T-Soft E-Commerce.