Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FUNGOTERBIN 1% 15GR KREM

Məhsul Kodu : 111-14716
3,14 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FUNQOTERBİN, xarici istifadə üçün krem

FUNQOTERBİN tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq terbinafin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Göbələk infeksiyalarının, o cümlədən, pəncənin mikozunun (pəncə “göbələyi”), qasıq epidermofitiyası (tinea cruris), Trichophyton (o cümlədən, T. rubrum, T. mentagrophytes, T. verrucosum, T.

violaceum), Microsporum canis və Epidermophyton floccosum kimi dermatofitlərlə törənən bədənin hamar dərisinin göbələk zədələnməsinin (tinea corporis) müalicəsi. Dərinin maya göbələklərilə infeksiyası, əsasən, Candida nəslindən olan göbələklərin səbəb olduğu (məsələn, Candida albicans), əsasən, bişməcə. Pityrosporum orbiculare (eləcə də Malassezia furfur adı ilə məlum olan) ilə törənən əlvan dəmrov (Pityriasis versicolor).

Əks göstərişlər

Terbinafinə və/və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Laktasiya dövrü. Effektivliyi və təhlükəsizliyi barədə kifayət qədər məlumatın olmaması ilə əlaqədar 12 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Eksperimental tədqiqatlarda terbinafinin teratogen xüsusiyyətləri aşkar edilməmişdir. Hazırkı dövrə qədər terbinafinin istifadəsi zamanı hər hansı qüsurun inkişafı barədə məlumat verilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda hamiləliyin gedişinə və dölün sağlamlığına arzuolunmayan təsiri aşkar edilməmişdir. Lakin hamilə qadınlarda Funqoterbin® kreminin istifadəsinin klinik təcrübəsi məhdud olduğu üçün onu həddindən artıq vacib hallar istisna olmaqla, istifadə etmək olmaz.

Hamiləlik dövründə, yalnız o zaman istifadə etmək olar ki, ana üçün ehtimal edilən fayda dölə olan potensial riskdən üstün olsun. Həkimlə məsləhətləşmək vacibdir. Laktasiya dövrü Terbinafin ana südü ilə xaric olur, bu səbəbə görə preparatı süd verən analarda istifadə etmək olmaz. Körpənin Funqoterbin® kremi ilə işlənmiş istənilən dəri səthilə kontaktına yol vermək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Terbinafin dəri üzərində istifadəsi zamanı nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.

FUNQOTERBİN istifadə qaydası və dozası

Xaricə istifadə edilir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Kremi istifadə etməzdən əvvəl zədələnmiş nahiyəni təmizləmək və qurutmaq vacibdir. Krem sutkada 1 və ya 2 dəfə dərinin zədələnmiş sahəsinə və ətraf nahiyəyə çəkilir və yüngül hopdurulur. Bişməcə (süd vəzilərinin altı, barmaqların arası, sağrı əzələsinin arası, qasıq nahiyəsi) ilə müşayiət olunan infeksiyalar zamanı kremin çəkildiyi sahəni tənziflə örtmək olar, xüsusilə gecə vaxtı.

Müalicənin orta davametmə müddəti Bədənin, baldırın dermatomikozu: 1 həftə ərzində gündə 1 dəfə. Pəncənin dermatomikozu: 1 həftə ərzində gündə 1 dəfə. Dəri kandidozu: 1-2 həftə ərzində gündə 1-2 dəfə. Əlvan dəmrov: 2 həftə ərzində 1 və ya 2 dəfə.

Klinik təzahürlərin ifadəliliyinin azalması, adətən, müalicənin ilk günlərində qeyd edilir. Qeyrimüntəzəm müalicə və ya onun vaxtından əvvəl dayandırılması zamanı infeksiyanın bərpası riski mövcuddur. Müalicədən 1-2 həftə sonra yaxşılaşma əlamətləri qeyd edilmədikdə, diaqnozun verifikasiyasını aparmaq lazımdır. Yaşlı pasiyentlərdə Funqoterbin® kreminin dozalanma rejimi yuxarıda qeyd edilənlərdən fərqlənmir.

Preparatın uşaqlarda istifadəsi Bu preparatı 12 yaşa qədər uşaqlarda istifadə etmək məsləhət görülmür.

Prepared by  T-Soft E-Commerce.