Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

H/F NAT SEDATIV N100 CAP

Məhsul Kodu : 121-14057
12,20 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Nat Sedativ N100 Cap

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı – 31 mq, istiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 31 mq, beşdişicikli yemişan (Crataegus pentagyna) meyvəsinin quru ekstraktı – 31 mq, dərman pişikotu (Valeriana officinalis) kök və kökümsovunun quru ekstraktı – 60 mq, dərman bədrənc (Melissa officinalis) yarpağının tozu – 100 mq, istiotlu nanə (Mentha piperita) yarpağının tozu – 100 mq. Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 47 mq, kapsul (jelatin, qliserin, su).

İstifadə qaydası: Sinir sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ. İstifadə qaydası: Böyüklər: 1-2 kapsuldan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır. Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. 18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər. Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq. Saxlanma şəraiti: 25°C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Reseptsiz buraxılır. Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul normal qidalanmanı əvəz etmir. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz. Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Məhsulun Təsviri

Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif “zədələr” alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi və yüksək analiz qabiliyyəti tələb olunur.

Bu səbəblərdən dolayı yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, adi ev işlərini görməyə yaxud iş yerindən evə getməyə belə əziyyət çəkirik. Bütün bu gündəlik problemlər müxtəlif

ürək fəaliyyətinin pozulmalarına qədər gətirib çıxarır.

Kapsul sinir sisteminin mərkəzi bölmələrində benzodiazepin reseptorlarına təsir edərək reflektor oyanıqlığı azaldır. Baş beyinin sinir hüceyrələrində tormozlanma proseslərini sürətləndirir. Sedativ , trankvilizəedici – qıcolma əleyhinə effekt verir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır .

Nat-Sedativ kapsul ürəyin və beyinin oksigenlə təchizatını artırı r, ürək əzələsini tonuslandıraraq qan dövranını yaxşılaşdırır , taxikardiya və aritmiyaları da aradan qaldırır.

Həm orqanizmi gümrahlaşdırır, həm də əhvali-ruhiyyəni yüksəldir. Kapsulun tərkibindəki el arasında ballı nanə kimi tanınan dərman bədrəncotu isə tac damarları genişləndirərək ürəyin qidalanmasını yaxşılaşdırır. Ürək nahiyəsindəki sinir mənşəli ağrıları, ürəkdöyünmələrin sayını azaldır və arterial təzyiqi aşağı salır .

Həm də yüngül sidikqovucu effekt verir. Dərman bədrəncotunun sinir sistemini sakitləşdirici təsiri də məlumdur.

kimi psixoemosional sferada olan bütün problemlərdə tədricən təsir göstərir. 2 yaşdan yuxarı uşaqlar və böyüklər 1-2 kapsuldan gündə 3 dəfə, yeməkdən əvvəl daxilə qəbul etməli.

Nat-sedativ kapsulu qəbul edin, gün ərzində sakit və gümrah olun !

Prepared by  T-Soft E-Commerce.