Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

H/F RENOKAPS 100ML SRP

Məhsul Kodu : 111-16265
6,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Renokaps Şərbəti 100 Ml

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Adi mərcangilə (Vaccinium vitis-idaea) meyvəsinin duru ekstraktı – 15 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 8 ml; İt itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 7 ml; Ziyilli tozağacı (Betula verrucosa) yarpağının duru ekstraktı – 6 ml; Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5 ml; İkievli gicitkən (Urtica dioica) yarpağının duru ekstraktı – 5 ml. İstifadəsinə göstəriş: Sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası: 4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə; 7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə; 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən sonra daxilə qəbul olunur. Qəbul müddəti 14 gündür. Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər. Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Saxlanılması: 25° C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin. Yararlılıq müddəti: 3 il. Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml Reseptsiz buraxılır. Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul qidanı əvəz etmir. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Məhsulun Təsviri

Təbii bitkilərdən hazırlanmış Renokaps şərbəti böyrəklərin filtrasiya qabiliyyətini yaxşılaşdırır. Renokaps şərbətinin hədəf orqanı böyrəkdir. Bu şərbət şəkərli diabet xəstələrindən başqa hər kəsə, uşaqlara, böyüklərə, hətta hamilə qadınlara da tövsiyə olunur.

Tərkibi təbii olduğu üçün həkimlər tərəfindən hamilə qadınlara tövsiyyə olunan ideal seçim preparatıdır. Hamiləlik zamanı qadının bütün orqan və sistemləri güclü yükləmələrə məruz qalır və ürək-damar sistemi, qalxanvari vəz, qaraciyər, böyrəklər xüsusilə yüklənir. Qadın sağlamdırsa, onun orqanizmi buna asanlıqla tab gətirir.

Əks halda qadın orqanizmində müxtəlif pozulmalar baş verə bilir. Bunlardan biri sidiklə zülalın itirilməsidir . Bu hal tibdə proteinuriya adlanır.

Normal olaraq sidikdə zülal olmamalıdır. Bəzi mənbələrə görə hamiləlik zamanı zülalın hətta 0. 3 q/l qədər artması fizioloji sayılır.

Lakin bu zaman qadında böyrək nahiyəsində ağrılar, sidiyin rənginin və iyinin dəyişilməsi, ödemlər, təzyiqin artması kimi simptomlar olmamalıdır. Bu simptomların fonunda sidikdə zülalın kəskin artması böyrək xəstəliklərinin (qlomerulonefrit və ya pielonefrit) əlaməti ola bilər. Bütün bu problemlərin həllində həm anaya, həm də dölün orqanizminə heç bir mənfi təsiri olmayan bitki tərkibli məhsul – Renokaps şərbətidir.

ziyilli tozağacı yarpağının, ikievli gicitkən yarpağının,

itburnu meyvəsinin duru ekstraktları,

adi razyana meyvəsinin distillatı ilə zəngindir.

Tərkibində olan gicitkən, tozağacı, mərcangilə yarpaqları, itburnu və razyana meyvəsi böyrək yumaqcıqlarında filtrasiyanı sürətləndirir, yumaqcıqların keçiriciliyini tənzimləyir, zülalın sidiyə keçməsinin qarşısını alır. Renokaps şərbəti məhz bu bitkilər hesabına spazmolitik , sidikqovucu effektlərə malik olub, regenerasiyanı sürətləndirir. Sidikdə müdafiə kolloidlərini yaradaraq mineral komponentlərin bir-birinə yapışmasının qarşısını alır.

Gicitkən yarpağı isə K vitamini ilə zəngin olduğu üçün qaraciyərdə protrombinin əmələgəlməsini də stimulyasiya edir.

Protrombin qanın laxtalanmasını artırır, böyrək və sidik yollarında yaranmış duz kristalları və daşların böyrək və sidik kisəsinə mexaniki təsiri nəticəsində əmələ gəlmiş qansızmaların qarşısını alır, qankəsici effekt verir. Renokaps şərbətin tərkibində olan gülümbahar çiçəyinin duru ekstraktı və razyana meyvəsinin distillatı böyrək və sidik yollarına antiseptik və iltihab əleyhinə təsir edir.

Uzun illər aparılan tədqiqatlar sübut edib ki, bitkilər kimyəvi preparatlardan fərqli olaraq sidik-ifrazat sisteminə daha tez təsir göstərir. Renokaps şərbətinin həm müalicəvi bitki tərkibli olması, həm də kimyəvi uroseptik məhsullarda olmayan üstün faydalara malik olması onu uroloji aspektdən daha uğurlu edir!

Prepared by  T-Soft E-Commerce.