Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

H/F YAPON SOFORASI

Məhsul Kodu : 121-94161
2,40 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Yapon Soforası

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: İki çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, 45 dəqiqə otaq temperatu-runda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən əvvəl daxilə qəbul edilir. Həmçinin zədəli nahiyələrin yuyul-ması üçün də istifadə edilir.

Məhsulun Təsviri

Yapon soforası noxud, lobya kimi paxlalılar fəsiləsinə aid olan bir bitkidir. Yapon soforası demək olar ki, bütün dünyada əhəmiyyətli dərman bitkisi kimi istifadə olunur. Hətta yapon soforası qədim tarixi köklərə malik Çin təbabətində güclü müalicəvi effektinə və geniş təsir spektrinə görə 50 əsas dərman bitkisindən biri hesab olunur.

Yapon soforasının demək olar ki, bütün hissələri, o cümlədən meyvələri, qönçələri və kökümsovu müxtəlif xəstəliklər zamanı geniş tətbiq olunur. Yapon soforası ürək-damar sistemini tənzimləyir , qanın qatılığını azaldır, psoriaz, allergiya və digər xəstəliklər zamanı çox effektlidir.

Yapon soforasının tərkibində ən vacib bioloji aktiv komponent kimi tanınan rutin adlı maddədir. Məhz bu faydalı bioloji aktiv maddə sayəsində yapon soforası orqanizmdə kapilyarların divarını möhkəmləndirir, damarların elastikliyini təmin edir , iltihab əleyhinə effekt verir. Yapon soforasının tərkibi rutinlə yanaşı bir çox digər qiymətli komponentlərlə də zəngindir.

Bitkinin tərkibində olan efir yağları isə ümumilikdə orqanizmə antimikrob təsir göstərir. Yapon soforası həmçinin C vitamini deposudur. Bu da bitkinin soyuqdəymə və kəskin respirator virus və bakteriyal infeksiyalar zamanı immunostimulyator effektini təmin edərək orqanizmin infeksiyalarla aktiv mübarizəsini gücləndirir.

Yapon soforasının yarpaqlarından əldə edilən qenistein maddəsi osteoporozlar, sümük-əzələ aparatının xəstəikləri, həmçinin piylənmə zamanı faydalıdır. Bitkinin tərkibində olan kversetin flavonoidi arterial təzyiqi tənzimləyir, çiçək hissəsi isə kempferol flavonoidi ilə zəngindir ki, bu maddə güclü iltihab əleyhinə effekt verir. Bundan əlavə tərkibində olan alkoloidlər ağrı simptomlarını yüngülləşdirir, sinir sisteminə sakitləşdirici təsir edir .

Bitki oksimatrin adlı maddə sayəsində orqanizmə antioksidant, iltihab əleyhinə, həm də kardioprotektiv təsir göstərir. Bundan başqa qanda xolesterin səviyyəsini də azaldır.

Xalq təbabətində bitkinin çiçəklərindən qanda şəkərin səviyyəsini azaltmaq, lipid mübadiləsini yaxşılaşdırmaq, qaraciyər və böyrəyin funksiyalarını tənzimləmək üçün istifadə olunur. Sinir-psixi gərginliyi azaldır, xəstələrdə qıcıqlanma və stresi aradan qaldırır. Yapon soforasının faydaları bununla da bitmir.

Belə ki, bu bitki mədə-bağırsaq orqanlarının selikli qişasını möhkəmləndirdiyi üçün mədə xorası xəstəliyinin profilaktikasında faydalıdır. Yapon soforası tək daxilə deyil, xaricə də tətbiq olunur. Bitkinin qönçə və çiçəklərindən hazırlanmış cövhər dəridə əmələ gələn göbələk infeksiyalarında, ekzema və sızanaqlarda effeklidir.

Yapon soforasından hazırlanmış cövhərlə baş dərisi silinir, bu da saçların uzanmasını və kəpəkdən azad olmasını təmin edir.

Prepared by  T-Soft E-Commerce.