Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Qızılçətir otunun tərkibində acı qlikozidlər (gensiopikrin, eritaurin və eritrosentaurin) və 1%-ə qədər alkaloidlər var ki, onların da əsas hissəsi gensianindir, bundan əlavə, otun tərkibində askorbin turşusu və flavonoidlər var.
İstifadə qaydası: İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür, gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəq. əvvəl qəbul edilir.
Qızılçətir faydalı müalicəvi xüsusiyyətlərinə görə xalq təbabətində özünəməxsus yer tutan bitkidir. Birillik, yaxud ikillik ot bitkisidir, hündürlüyü 0,5 m-ə çatır.
Nazik kökə və dördbucaqlı gövdəyə sahibdir. Parlaq çəhrayı rəngdə çiçəkləri vardır.
Ən çox Avropa, Şimali Amerika, Orta Asiyanın günəşli ərazilərində yayılıb.
Təbabətdə bitkinin yerüstü hissəsi istifadə olunur. Qızılçətirin tərkibi alkaloidlər (gensianin, eritrasin, triqonellin), sentaurin, gensiopikrin kimi acı qlikozidlər, flavonoidlər (lyuteolin, apigenin), selik, efir yağları, tanin kimi aşı maddələr, olein turşusu, askorbin turşusu kimi bioloji aktiv komponentlərlə zəngindir.
Qızılçətir iltihab əleyhinə, qızdırmasalıcı, antiseptik, ödqovucu, ağrıkəsici, qansaxlayıcı, hepatoprotektor və yüngül işlədici təsir göstərir. Acı qlikozidlər hesabına həzmi sürətləndirir, aclıq hissi yaradaraq iştahanı artırır.
İştahası olmayan uşaqlar üçün çox faydalı hesab olunur. Qəbizlik zamanı bitkinin dəmləmə şəklində çayı tövsiyə olunur.
Həzmi yaxşılaşdırır, qarında köpmə və şişkinliyi aradan qaldırır. Mədə turşuluğunun azlığı ilə əlaqədar meydana gələn həzm problemlərini, o cümlədən qastriti aradan qaldırır.
Faydaları: Qurdqovucu təsir göstərir, bağırsaq parazitlərinə qarşı istifadə olunur. Ümumi möhkəmləndirici vasitə kimi də tətbiq olunması tövsiyə edilir.
Qızılçətirin tərkibinin zənginliyi onun həm xalq təbabəti, həm də klassik tibdə istifadəsinə zəmin yaradır. Bitki mədə və bağırsaqların motor və sekretor funksiyasını yaxşılaşdırır, mədə şirəsinin hasilatını artırır.
Qaraciyərdaxili öd yolları və öd kisəsində öd durğunluğunu azaldır. Ödün qaraciyərdən öd kisəsinə, daha sonra öd yolları və onikibarmaq bağırsağa tökülməsini rahatlaşdırır.
Hepatit və xolesistit kimi xəstəliklərdə məhz bu təsirləri hesabına faydalıdır. Bu patologiyalar zamanı bitkinin 2-3 həftə kurs şəklində qəbulu məsləhətlidir.
Əlavə təsirləri: Qanazlığında tətbiqi inanılmaz müsbət praktik effektlər verir.
Daxili orqanların və dərinin iltihabi prosesləri zamanı yaranmış ocaqları tez bir zamanda söndürür. Adaptogen effekt verməklə yanaşı həm də immun sistemi gücləndirir.
Qızılçətir, keçirilmiş infeksion xəstəliklərdən sonra orqanizmin tez bir zamanda bərpasını təmin edir. Sakitləşdirici təsirə malik olub, əsəb gərginliyi və yuxusuzluq zamanı faydalıdır.
Xalq təbabətində alkoqolizmlə mübarizə, tükənmişlik sindromu, xroniki yorğunluq sindromu və xroniki enterokolit zamanı istifadə olunur. Zəifliyi və halsızlığı aradan qaldırır, zehni və fiziki yorğunluğu azaldır.
Depressiv hallar və sinir pozulmalarında tonusu artırır. Gec sağalan yaralar, ekzema, podaqra və xoralar zamanı xaricə islatma şəklində qoyulur və ya zədəli nahiyələri yumaq üçün istifadə olunur.
Qızılçətir qadın sağlamlığı üçün də önəmli bitki hesab olunur. Aybaşı tsiklini tənzimləyir, menstrual pozulmaları və ağrını azaldır.
| Çəki | 40 qr |
|---|