Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Gəndalaş çiçəklərinin tərkibi rutin, selik, xolin, üzvi turşular (valerian, alma, sirkə), efir yağının izləri, qətranlı maddələr və sambuniqrin qlikozidi ilə zəngindir.
İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilir, su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə 1/4 stəkandan daxilə qəbul edilir.
Gəndalaş bitkisi xalq təbabətində faydaları ilə məşhurdur. Hündürlüyü 7 metrə çatan kol bitkisidir.
Demək olar bütün Avropa ərazisində, Asiya, Zaqafqaziya, Şimali Afrika və Makroneziya adalarında bitir. Bu bitkinin 30-dan çox növü vardır.
Bunlardan ən faydalı olanı qara gəndalaşdır ki, çiçəkləri efir yağları, sambuniqrin kimi qlikozidlər, həmçinin rutin, karotin, xolin, alkoloidlər, askorbin turşusu, aşı maddələr, selik və mineral maddələrlə zəngindir. Qara gəndalaş bitkisi ilə bağlı bir çox tədqiqatlar aparılmışdır.
Bu təcrübələrin biri də İsrail həkimləri tərəfindən aparılıb. Təcrübənin əsas məqsədi qrip və soyuqdəymə zamanı qara gəndalaşın təsirini müəyyənləşdirmək idi.
Qrip xəstələrinin bir hissəsinə 4 qaşıq qara gəndalaş çayı, digər qrupa plasebo(boş həb) verilirdi. 3 gündən sonra qara gəndalaş qəbul edən xəstələrin vəziyyəti fərqli olaraq yaxşılaşmağa başlayır.
Qripin klinik əlamətləri (hərarət, əzələ ağrıları və s. ) əhəmiyyətli dərəcədə azalır. Plasebo qəbul edən qrupda isə xəstələrin yaxşılaşma əlamətləri daha az idi.
Qara gəndalaş çiçəkləri orqanizmə iltihab əleyhinə, tərlədici, sidikqovucu və yüngül bəlğəmgətirici təsir edir. Efir yağları və rutin hesabına iltihabın ayrı-ayrı fazalarına müsbət təsir göstərir.
Qara gəndalaş baş beynin istilik tənzimi mərkəzinə təsir edir və tərlədici effekt verir. Bitkinin yüngül işlədici və ağrıkəsici effektləri də vardır.
Qara gəndalaş həmçinin vitamin və minerallarla zəngindir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və antibakterial effekt verir. Həm iltihab əleyhinə, həm də tərlədici olduğu üçün tənəffüs sistemi və onun iltihabi xəstəliklərində istifadə edilir.
Qara gəndalaş bronxit, emfizema, bronxial astma, göyöskürək, tonzillit, qrip, revmatizm, poliartrit kimi xəstəliklərdə çox faydalıdır. Ürək-damar sistemi xəstəliklərində (miokard, ürək qüsurları) və sidik-ifrazat sistemi xəstəliklərində bu bitki sidikqovucu effektinə görə geniş tətbiq olunur.
Bundan başqa qara gəndalaş kapilyar keçiriciliyin artması ilə bağlı bir çox xəstəliklər, o cümlədən şəkərli diabet, klimaks, dəri xəstəlikləri, parodontoz, bağırsaq patologiyalarında da qəbulu yaxşı nəticə verir. Faringit, haymorit, rinit, artrit, nevrit, miozit, blefarit, konyuktivit zamanı, həmçinin yara və furunkullarda, yanıqlarda qara gəndalaş xaricə istifadə edilir.
İmmunotea çayı kəskin respirator xəstəliklər, immunitet zəifliyi ilə bağlı yaranan digər xəstəliklər zamanı bədənin müqavimətini artırmaq üçün istifadə olunan mineral və vitamin qaynağıdır.