Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: 45% polisaxaridlər (selik), yağ turşuları, acı qlikozid aukubin, Se, Ca, zülali maddələr, mineral duzlar, turşəng və askorbin turşuları və s.
İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) isti (qaynar yox! ) su tökülür, 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl qəbul olunur.
Bağayarpağı dərman məqsədilə istifadə olunaraq illərin sınağından keçmiş bitkidir. O xalq təbabətində və müasir tibdə müalicəvi xüsusiyyətlərinə görə geniş spektrdə tətbiq olunur. Bu bitki həm təbii şəraitdə, həm də mədəni şəkildə yetişir.
Bağayarpağı min bir dərdin dərmanıdır. Onun tərkibi A, C, K vitaminləri, kalsium, kalium, maqnezium kimi minerallar, flavonoidlər, tanin, fitonsid və müalicəvi liflərlə zəngindir. Bitkinin yarasağaldıcı, iltihab əleyhinə, həzm yaxşılaşdırıcı, bəlğəmgətirici, antioksidant kimi təsirləri vardır.
Bağayarpağının yarasağaldıcı təsiri onun antiseptik xüsusiyyətlərindən və tərkibindəki maddələrdən irəli gəlir. Belə ki, bitkinin tərkibi fitonsidlər və taninlərlə zəngin olduğu üçün infeksiyaların qarşısını alır və yaraların iltihablaşmasını azaldır. Toxumlarının tərkibindəki polisaxaridlər hüceyrələrin yenilənməsini stimullaşdırır, bu da yaraların daha sürətlə sağalmasına kömək edir.
Bitkinin tərkibində olan K vitamini qanaxmanı tez bir zamanda dayandırır. Flavonoidlər və digər antioksidantlar dəridə baş vermiş qızartı və şişkinliyi azaldır. Bağayarpağı toxumlarının dəmləməsi dərini nəmləndirir, quruluğu aradan qaldırır və sağalma prosesini sürətləndirir.
Beləliklə antibakterial, bərpaedici, qan dayandırıcı, iltihab əleyhinə, nəmləndirici və yumşaldıcı təsir mexanizmləri hesabına dəri tamlığını bərpa edir, yaraları sağaldır.
Bundan başqa toxumların tərkibində olan liflər bağırsaq hərəkətlərini stimullaşdırır. Polisaxaridlər hesabına bağırsaq divarını örtərək hərəkətliliyi artırır. Mədə və bağırsaqların selikli qişasında iltihabı azaldır, turşuluğu tənzimləyir, mədə qoruyucu təsir göstərir.
Bağayarpağı toxumları bağırsaqdakı faydalı bakteriyaların artmasını dəstəkləyir, mədə xorası, qastrit, kolit, reflüks kimi xəstəliklər zamanı çox faydalıdır. Bitki həmçinin təbii detoksikasiya effekti verərək həzm sistemində yığılmış zərərli maddələri çıxarır və bədənin təmizlənməsinə kömək edir. Bunun nəticəsində hüceyrə zədələnməsinin qarşısını alır.
Zəngin mineral tərkibi hesabına hüceyrələrin yenilənməsini stimullaşdırır, bu da iltihablı toxumaların daha tez sağalmasına kömək edir.
Bağayarpağı tənəffüs yolları xəstəliklərində, xüsusilə öskürək və bəlğəmin azalmasında çox təsirli bitkidir. Tərkibindəki saponinlər hesabına bəlğəmi yumşaldır, onu daha axıcı hala gətirir. Tənəffüs yollarının selikli qişasını örtən kirpikli epitelin hərəki aktivliyini artıraraq bəlğəmin çıxarılmasını təmin edir.
Fitonsidlər infeksiyalardan qaynaqlanan tıxanma və öskürəyi azaldır. Bağayarpağı nəfəs yollarının selikli qişasını örtərək qıcıqlanmanı azaldır və rahatlıq təmin edir. Flavonoidlər və C vitamini hesabına sərbəst radikalları neytrallaşdırır.
Bağayarpağındakı antioksidantlar hüceyrələrin DNT zədələnməsinin qarşısını alır və xərçəng şişlərinin əmələ gəlməsini önləyir. Bağayarpağıda çox miqdarda C vitamini olduğu üçün immun sistemi gücləndirir və ətraf mühitin qıcıqlandırıcı faktorlarına qarşı orqanizmin müqavimətini artırır. Bu təbii məhsulların hər biri təbiətdən gələn möcüzələrdir!
Dəyərini alanlar bilər!