Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Balqabaq toxumu 50 qr

Məhsul Kodu : 121-05785
2,20 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Balqabaq Toxumu

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Balqabaq toxumlarının tərkibi vitaminlər (A, B qrupu, C, K, D, E), minerallar (kalsium, selen, sink, maqnezium, mis, kalium, dəmir, manqan və fosfor), amin turşuları (qlutamin, linolen və arginin), həmçinin yağ turşuları ilə zəngindir.

İstifadə qaydası: Bağırsaq qurdlarında səhər acqarına bir saat ərzində 300 qr təmizlənmiş toxum yeyilir (50-100 qr bal ilə qarışdırmaq olar). 3 saatdan sonra işlədici vasitə (1 xörək qaşığı gənəgərçək yağı) qəbul olunur. Uşaqlar üçün qəbul miqdarı: 3-4 yaş – 75 qr, 5-7 yaş – 100 qr, 8-10 yaş – 150 qr, 10-14 yaş – 200-250 qr.

Məhsulun Təsviri

Balqabaq toxumu həm qida, həm də sağlamlıq baxımından çox faydalı məhsuldur. Tərkibində E, K, C, B qrup vitaminləri, sink, maqnezium, selen, dəmir, fosfor, kalsium, kalium, mis, manqan mineralları, yüksək miqdarda bitki mənşəli protein, həzm sistemində faydalı olan pəhriz lifləri, sağlam yağlar və antioksidantlar var.

Xalq təbabətində balqabaq toxumları qurd invaziyaları ilə mübarizədə geniş istifadə olunur. Tərkibində olan kukurbutin maddəsi bizquyruqların sinir sisteminə iflicedici təsir göstərir, onların məhvinə gətirib çıxarır.

Sink və antioksidantlar sayəsində immuniteti gücləndirir, orqanizmi infeksiyalardan qoruyur. Belə ki, sink müxtəlif virus və bakteriyalara qarşı aktiv təbii antibakterial vasitə hesab olunur.

Toxumlarda sinkin yüksək miqdarı istənilən yaş dövründə sümüklərin vəziyyətini yaxşılaşdırır. Balqabaq toxumları maqneziumla zəngin olduğu üçün əzələ və sinir sisteminin işini yaxşılaşdırır, stresi azaldır.

Triptofan, L-arginin kimi bir çox amin turşuları orqanizmdə yuxuya nəzarət edən seratonin və melatonin hormonlarının ifrazına kömək edir. Yuxunun keyfiyyətini yaxşılaşdırır, yuxusuzluqla aktiv mübarizə aparır.

Dəmir ehtiva etdiyi üçün xroniki yorğunluğu aradan qaldırır.

Tərkibindəki Omeqa-3 və maqnezium qan təzyiqini tənzimləyir və xolesterolu azaldır. Uzun müddət və mütəmadi olaraq balqabaq toxumlarının istifadəsi qanda “zərərli” xolesterinin miqdarının azalmasına, “faydalı” xolesterinin artmasına gətirib çıxarır.

Bu da qan damarlarının divarının zədələnməsinin qarşısını alır, gələcəkdə aterosklerozun, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Yüksək lif tərkibi bağırsaqların hərəkətini tənzimləyir.

Təbii işlədici hesab edilir, sanki fırça kimi bağırsaqları təmizləyərək köp, meteorizm və qəbizliyin qarşısını alır. Bundan başqa uzun müddət balqabaq toxumlarından istifadə dəniz xəstəliyi, toksikozla əlaqədar yaranan öyümə və ürəkbulanma simptomlarını azaldır.

Balqabaq toxumları özündə qan şəkərinin səviyyəsini tənzimləyən maddələr ehtiva edir. Gündəlik qida rasionuna balqabaq toxumlarını daxil etdikdə A vitamini gözün torlu qişasında görmə piqmenti hesab edilən rodopsinin əmələ gəlməsini sürətləndirir, gecə saatlarında görməni yaxşılaşdırır.

Maqnezium, kalium, dəmir, kalsium və liflər görmə orqanının fəaliyyətini yaxşılaşdırır, torlu qişanı qoruyur, kataraktanın inkişafının qarşısını alır.

Bundan əlavə balqabaq toxumu kişilər üçün prostat vəzin sağlamlığını qorumağa kömək edir. Toxumlarda olan L-arginin endogen testesteronun sintezinə kömək edir, spermanın keyfiyyətini yaxşılaşdırır, kişı cinsi hüceyrələrin hərəkətliliyini və yaşama müddətini artırır.

Selen isə toksinlərin və ağır metal duzlarının orqanizmdən xaric olunmasına kömək edir. Böyrək və sidik-ifrazat sistemi xəstəliklərinin profilaktikasında bərabər nisbətdə balqabaq və çətənə toxumlarının qarışığının gündəlik qəbulu çox faydalı hesab olunur.

Balqabaq toxumları mükəmməl təbii antioksidant mənbəyi hesab olunur. Bu komponentlər maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdırır.

Vitamin E və sink dərini yeniləyir, saç tökülməsini azaldır.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.