Out Of Stock
Notify me when its in stockTərkibi: Dərman gülxətmisi (Althaea officinalis) kökünün duru ekstraktı – 11,5 ml; İri bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı – 11,5 ml; Adi cirə (Anisum vulgare) meyvəsinin distillatı – 9,2 ml; Ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 6,9 ml; Meşə əməköməcisi (Malva sylvestris) otunun duru ekstraktı – 6,9 ml. Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadə qaydası: Tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ. İstifadə qaydası: 4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə; 7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə; 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur. Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər. Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin. Yararlılıq müddəti: 3 il. Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada. Reseptsiz buraxılır. Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul qidanı əvəz etmir. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Bronx və bronxiolların qatı bəlğəmlə tutulması adətən yuxarı tənəffüs yollarının infeksiyaları, qrip, angina , xroniki tonzillit, faringit , laringit kimi xəstəliklər tam müalicə olunmadıqda, immuniteti zəif olan uşaq və böyüklər tez-tez soyuqdəymə ilə xəstələndikdə, həmçinin xroniki bronxitin kəskinləşməsi hallarında baş verir. Yuxarı və aşağı tənəffüs yollarının iltihabında bəlğəm qatılaşır, ifrazı çətinləşir, bronx və bronxiolların daxili selikli qişası şişkin və ödemli olur.
Qatı bəlğəm, ödem, iltihab və saya əzələlərin spazmı selikli qişada reflektor olaraq öskürək və qıcıqlanma yaradır. Bu zaman
tənəffüs çatışmazlığı inkişaf edir.
bağayarpağı yarpağının, gülxətmi kökünün, cökə çiçəyinin, meşə əməköməci otunun duru ekstraktlarından və cirə meyvəsinin distillatından ibarətdir.
meşə əməköməci otunun duru ekstraktlarından və cirə meyvəsinin distillatından ibarətdir.
Gülxətmi bəlğəmin sintezini artırır, qatı və çətin xaric olan bəlğəmi parçalayır, durulaşdırır, kirpikli epiteli ehtizaza gətirərək bəlğəmin xaric olmasını asanlaşdırır və evakuasiyasını sürətləndirir. Endogen interferon sintezini və selikli qişaların baryer funksiyasını yüksəldir.
Gülxətmi həm də soyuqdəymə əleyhinə və qızdırmasalıcı effekt verir. Beyin yarımkürələrində yerləşən öskürək mərkəzinə və uzunsov beyindəki tənəffüs mərkəzinə tormozlayıcı təsir edərək quru və yorucu öskürəyi azaldır.
Belə öskürək laringit, faringit və göyüskürəkdə olur və bu zaman Bronxonat şərbətinin təsiri əvəzsizdir.
Bununla yanaşı şərbət qrip və soyuqdəymə zamanı zəifləyən immuniteti və bədənin müqavimətini möhkəmləndirir. Bronxonatın tərkibindəki əməköməci və cökə çiçəyi ekstraktı selikli maddələr hesabına qatı və yapışqan bəlğəmi durulaşdırır, bürüyücü təsir göstərərək tənəffüs yollarının selikli qişasından toksinlərin qana sorulmasının qarşısını alır.
Cirə meyvəsinin distillatı hesabına isə spazmolitik effekt verərək tənəffüs yollarının spazmını azaldır, nəfəsalmanı asanlaşdırır, bundan başqa həzm vəzilərinin sekresiyasını artıraraq iştahanı yaxşılaşdırır.
Kiçik yaşlı uşaqlar arasında virus infeksiyası, böyük uşaqlar arasında isə bakterial infeksiyalara yoluxma üstünlük təşkil edir. Hər iki halda uşaqların yuxarı tənəffüs yollarında inkişaf etmiş tonzillit, angina, qrip və zökəm kimi xəstəliklər tez bir zamanda laringit, faringit, bronxit, və bronxiolit kimi ağırlaşmalara gətirib çıxarır.
Xüsusilə zəif qidalanan, vitamin əskikliyi və immuniteti zəif olan uşaqlar belə hallara daha tez-tez məruz qalırlar. Tutmaşəkilli öskürək , boğulma, göyərmə, çətin bəlğəm ifrazı, düşməyən qızdırma uşaqları çox narahat edir.
Hamiləlik dönəmində də boğucu, yorucu öskürək qarındaxili təzyiqin yüksəlməsinə səbəb olur. Bu da hamilə qadında düşük riskini artırır.
Ümumiyyətlə Bronxonat şərbəti tam təbii tərkibli olduğu üçün 1 yaş üzəri uşaqlardan tutmuş daha yuxarı yaşlarda, hətta hamiləlik və laktasiya dönəmində seçim preparatıdır.
| Həcm | 100 ml |
|---|