Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Mayaotu qozası 25 qr

Məhsul Kodu : 121-02159
2,00 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Mayaotu Qozası

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Mayasarmaşığı qozalarının tərkibi efir yağı (1,8%-ə qədər), polifenol birləşmələr (2-5%), acı maddələr, qatranlı maddələr (lupulin, humulen turşusu, humulon, lupulon və s. ), flavonoidlər (0,85%-ə qədər), mumlar, kumarinlər, aşı maddələri, aromatik birləşmələr, B qrupu vitaminləri, xolin, estrogenəbənzər maddələr, alkaloidəbənzər maddə (humulin) ilə zəngindir.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qayna-yan su hamamında dəmlənir, 45 dəq. otaq tempera­turunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən əvvəl qəbul edilir; xaricə islatma şəklində tətbiq olunur. Dəmləməni sərin yerdə 2 günə qədər saxlamaq olar.

Məhsulun Təsviri

Xmel, şerbetçi otu kimi tanınan mayaotu yüksək müalicəvi xüsusiyyətlərinə görə xalq təbabətində geniş tətbiq olunan dərman bitkisidir. Şimali Amerika, Avropa və Asiya materiklərində yayılıb. Bu bitki təbii olaraq soyuq və mülayim iqlimlərdə yetişir, əsasən göllər, çay kənarları və ya meşəlik ərazilərdə rast gəlinir.

Latın dilində “Humulus lupulus” adlanan bu bitki bir çox bioloji aktiv maddələrlə zəngindir. Onun tərkibində olan əsas maddələr bir neçə qrupa bölünür. Bu maddələrdən alfa-asidlər (humulonlar) acı dada malik olub orqanizmə antiseptik təsir edir .

Beta-asidlər (lupulonlar) göbələk əleyhinə təsirə malikdir. Dəri problemlərində və göbələk infeksiyalarında xaricə islatma şəklində tətbiq olunur. Bu maddələr həmçinin iltihab əleyhinə və antioksidant xüsusiyyətlər daşıyır.

Mayaotu qozasının tərkibi mirillin, karyofillen, farnezen, humulen kimi sakitləşdirici xüsusiyyətli efir yağları ilə də zəngindir. Bitkinin həm daxilə, həm də xaricə istifadəsi mümkündür. Tərkibindəki kumarin maddəsi hesabına orqanizmi tonuslandırır , mərkəzi sinir sisteminə müsbət təsir edir.

Lupulin maddəsi yuxu ritmini tənzimləyir.

Yuxusuzluq, əsəbilik, stress və narahatlıq hallarının azaldılmasında istifadə olunur. Mayaotu qozası həm çay, həm də tinktura formasında sadalanan effektləri verir. Həmçinin bitkinin tərkibində tanin adlanan maddə vardır ki, həzm traktının selikli qişasına yüngül büzücü təsir göstərir .

Taninlər xəstəlik törədən bakteriyaların çoxalmasını əngəlləyir.

Bundan başqa mayaotu qozası iştahaaçıcı effekt verir. Mədə və bağırsaqlarda qazın və köpün azalmasına kömək edir, qıcqırmanı və diskomfortu aradan qaldırır . Estrogenəbənzər maddələr ehtiva edir, qadınlarda hormonal balansın tənzimlənməsinə müsbət təsir göstərə bilir.

Menopauza simptomlarının (istibasmalar, əsəbilik) yüngülləşdirilməsi məqsədilə istifadə edilir.

Mayaotu qozasının faydaları bununla da bitmir. Bitkinin tərkibi yüksək miqdarda fitosterollarla zəngindir. Bu bitki mənşəli steroid maddələr ürək-damar sistemi üçün çox faydalıdır, xolesterinin səviyyəsini tənzimləməyə kömək edir.

Bitki flavonoid və polifenollarla da zəngindir. Bunlardan ksantohumol adlanan maddə orqanizmə çox güclü antioksidant təsir göstərir. Bəzi tədqiqatlar onun xərçəng əleyhinə effekt verdiyini də təsdiqləyib.

Mayaotu qozası pivə sənayesində də geniş istifadə olunur. Mayaotu qozaları pivəyə ətir və acılıq xüsusiyyətləri verir, həmçinin təbii konservant rolunu oynayır. Fermentasiya zamanı stabil mikrobioloji mühit yaradır.

Bitkinin qozaları zəngin efir yağı tərkibi hesabına aromaterapiya və kosmetologiyada da geniş tətbiq olunur.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.