Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Murdarça qabığı 50 qr

Məhsul Kodu : 121-02196
2,40 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Mürdarca Qabığı

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. qaynadılır, otaq temperaturunda soyudulur, süzülür. Axşam yatmazdan əvvəl 1/2 stəkan daxilə qəbul edilir.

Məhsulun Təsviri

Murdarça qabığı xalq təbabətində geniş istifadə olunur. Bitki əsasən göl və çay hövzələrində, bataqlıqların kənarında bitir. Rusiyanın Avropa hissəsində, Qafqazda, Şimali Amerika ərazisində geniş yayılıb.

Murdarça adətən may-iyun aylarında çiçəkləyir.

Bitki ödqovucu olduğu üçün ödün durulaşaraq axmasına kömək edir, həzm prosesini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir. İltihab əleyhinə təsir edir və bağırsaqların iltihabi xəstəliklərində geniş istifadə olunur. Tərkibində olan fenol birləşmələr sayəsində antiseptik effekt verərək bağırsaqlarda patogen mikroorqanizmləri məhv edir, infeksiyaların inkişafının qarşısını alır.

Murdarça qabığı yumşaq təbii işlədici vasitə kimi tanınır. Qabıqda olan antraxinon törəmələri laksativ təsir göstərərək bağırsaların hərəkətini stimullaşdırır. Yoğun bağırsağa düşən antraqlikozidlər bağırsaq mikroflorasının fəaliyyəti nəticəsində aqlikonlara çevrilir.

Bu maddələr bağırsaqların selikli qişasında sinir uclarını qıcıqlandırır. Antraqlikozidlər suyun və elektrolitlərin bağırsaqdan sorulmasını ləngidir, bağırsaq möhtəviyyatının həcmi artdığına görə peristaltikası sürətlənir. Nəticədə işlədici effekt verərək bağırsağın rahat boşalmasını təmin edir, qəbizlik problemini aradan qaldırır.

Murdarça qabığının qəbulundan adətən 8-12 saat sonra işlədici effekt əldə olunur. Məhz bu səbəbdən murdarça qabığı bağırsaq atoniyası və xroniki qəbizlikdə tətbiq edilir. Bundan başqa bitki spazmolitikdir, bağırsaqlarda olan sancı və ağrıları tez bir zamanda aradan qaldırır.

Antibakterial və antifunqal olduğu üçün bakteriya və göbələklərə qarşı aktiv mübarizə aparır.

Murdarçanın qabığında olan flavonoidlər və digər fenol birləşmələri gün ərzində və həzm prosesi zamanı yaranan sərbəst radikallarla mübarizə apararaq bədənin hüceyrələrini qoruyur. Ağır metal duzlarının, şlakların, toksinlərin bədəndən xaric olmasına dəstək olur. Bitkinin tərkibi çox miqdarda bioloji aktiv komponentlərlə, əsasən də antioksidantlarla zəngin olduğu üçün şişəleyhinə təsir göstərir.

Anus ətrafında əmələ gələn xarici babasilin təbii dərmanıdır. Bundan başqa çiban və kəsilmiş yaraların müalicəsində təbii dərman vasitəsi kimi istifadə olunur.

Qaraciyər hüceyrələrinin yenilənməsinə kömək edir, orqanın zərərsizləşdirmə funksiyasını yaxşılaşdırır. Murdarça qabığı sidikqovucu təsir göstərir, böyrəklərdən və sidik yollarından duzları xaric edir. Sistit, uretrit, böyrək və sidik yollarında daşlar zamanı çox faydalıdır.

Qarın boşluğunda qaz və şişkinliyi aradan qaldırır. Zəhərlənmələrə qarşı güclü effekt verir, həmçinin qusdurucu təsirə malikdir. Bundan başqa qan dövranını tənzimləyərək damar tıxanıqlığı və ürək xəstəlikləri riskini azaldır.

Tərkibi işlədici, sidikqovucu və ödqovucu bitkilərlə zəngin olan bu fitoçay orqanizmi maddələr mübadiləsinin zərərli məhsullarından azad edir. Oynaqların iltihabi xəstəlikləri, oynaq ağrıları zamanı çox faydalıdır.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.