Sevimlilərə əlavə edin
Paylaşın

Herba Flora Nat- Prostat N100 Kapsul

Məhsul Kodu : 121-12462
0 Şərh Şərh
12,20 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Herba Flora Nat-Prostat 100 Cap

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Cırtdan Palması (Serenoa repens) meyvəsinin quru ekstraktı -125 mq, ikievli gicitkən (Urtica dioica) kökünün quru ekstraktı – 48 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun tozu – 56 mq, udi hindi (Aquilaria agallocha) oduncağının tozu – 56 mq. Köməkçi maddələr: Qarğıdalı nişastası (amylum maidis) – 115 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası: Prostat vəzin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ. İstifadə qaydası: 18 yaşdan yuxarı: Gündə 2 dəfə 1 kapsul qəbul edilir. Qəbul müddəti minimum 3 aydır. Preparat tam təbiidir, uzun müddət istifadə oluna bilər. Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. 18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər. Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, atero­skle­roz, hipertoniya, tromboflebit. Əlavə təsirləri: Arterial təzyiqin yüksəlməsi, nadir hallarda qəbizlik. Saxlanma şəraiti: 25°C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Reseptsiz buraxılır. Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul normal qidalanmanı əvəz etmir. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz. Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Məhsulun Təsviri

Kişilərin “ikinci ürəyi” kimi adlandırılan prostat vəz yunanca “protektor” qoruyucu, gözətçi mənasındadır. Çünki prostat vəz kişi sağlamlığının qeydinə qalan və yalnız kişilərə məxsus olan orqandır. Bu vəz tərkibi immunoqlobulinlər, vitaminlər, limon turşusu, sink ionları ilə zəngin prostat vəz şirəsi hazır edərək spermanı durulaşdırır və cinsi əlaqə zamanı klapan rolunu oynayır.

Gənc yaşlarda dəb xatirinə şalvar, lasin və s. kimi düzgün olmayan geyimlər, təsadüfi cinsi əlaqə nəticəsində bir çox infeksion xəstəliklər, yaşlı nəsildə oturaq həyat tərzi, cinsi həyatın az, yaxud heç olmaması prostat vəzdə onsuz da zəif olan qan dövranını bir az da zəiflədir, durğunluğa gətirib çıxarır. Nəticədə gənc yaşlarda reproduktiv sağlamlıq risk altına düşür, prostatit, impotensiya, prostat vəz adenoması kimi təhlükəli xəstəliklərə yol açılır.

Sidiyəgetmənin çətinləşməsi , haçalanmış sidik , sidik kisəsini tam boşalda bilməmə – qalıq sidik , prostat vəz nahiyəsində güclü ağrılar, impotensiya və s.

Nat-prostat kapsulu cırtdan palma meyvəsi nin ekstraktı hesabına prostat vəz hüceyrələrinin böyüməsinə səbəb olan alfa-5 reduktaza fermentini inhibə edir. Testosteronun daha aktiv formasına – dihidrotestosterona çevrilməsinin qarşısını alır, dihidrotestosteron reseptorlarını blokada edir. Nəticədə prostat adenoması zamanı vəzin ölçüsünün kiçilməsinə, müşahidə olunan ağrı, gecə sidiyəgetmə çağırışları, sidik şırnağının zəifləməsi , qalıq sidik hissiyyatı kimi əlamətlərin azalmasına səbəb olur.

Cinsi aktivliyi və nəsilartırma qabiliyyətini gücləndirir . Bundan əlavə, saç tökülməsi əleyhinə təsir göstərir , androgenetik alopesiyanın (kişi tipli keçəlləşmə) qarşısını alır.

Nat-prostat kapsulu sidik-cinsiyyət sisteminə antiseptik, tonuslandırıcı təsir göstərir, iltihabi əlamətləri azaldır . Sidik kisəsində sidiyin həcmini artıraraq onun boşalmasını sürətləndirir , qalıq sidiyin miqdarını azaldır . Kapsulun antikoaqulyant effekt verərək qanı durulaşdırır , kiçik çanaq orqanlarında venoz durğunluğu aradan qaldırır.

Nat-prostat kapsul kişilərdə sidik-cinsiyyət yollarında iltihabı aradan qaldıraraq antibakterial, virus və göbələk əleyhinə təsir edir. Kişilərdə cinsi qabiliyyəti artırır . Kişi orqanizmini tonuslandırır, immun sistemi gücləndirərək xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır.

Prostat vəzin adenoması, impotensiya, kəskin və xroniki prostatitlər, sidik yollarının iltihabı və androgenetik alopesiya kimi xəstəliklər zamanı profilaktik məqsəd ilə gündə 1 dəfə, müalicə məqsədi ilə gündə 3 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl Nat-Prostat qəbul edin, sağlamlığınızın qeydinə qalın!

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:121-12462

Oxşar Məhsullar

Adefa N30 Tb
39,80 AZN -%0
39,80AZN
Adefosin N60 Cap
54,60 AZN -%0
54,60AZN
Alpim N30 Cap
30,20 AZN -%0
30,20AZN
Aminartin 300 ml Mehlul
41,50 AZN -%0
41,50AZN
Argystrong N30 Cap
54,90 AZN -%0
54,90AZN
Betakolos N30 Kaps
49,80 AZN -%0
49,80AZN
Bioptal N30 Cap
39,30 AZN -%0
39,30AZN
Bioxcin Womens Hair N30 Tab
20,00 AZN -%0
20,00AZN
Blokalin 150 ml Srp
30,00 AZN -%0
30,00AZN
Bone Loss N60 Tab
60,20 AZN -%0
60,20AZN
CALITROL N120 SOFTGELS
34,80 AZN -%0
34,80AZN
Cereblastin N30 Tb
50,80 AZN -%0
50,80AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce