Sevimlilərə əlavə edin
Paylaşın

Herba Flora Nat - Ərküdə N100 Kapsul

Məhsul Kodu : 121-11813
0 Şərh Şərh
11,00 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Herba Flora Nat Ərküdə N100 Kapsul

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Adi ərküdə (Vitex agnus castus) meyvəsinin quru ekstraktı – 30 mq. Köməkçi maddə: Qarğıdalı nişastası (Amylum maidis) – 370 mq; kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası: Qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ. İstifadə qaydası: 18 yaşdan yuxarı qadınlar: Gündə 3 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir. Qəbul müddəti minimum 3 aydır. Preparat uzun müddət istifadə edilə bilər. Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. 18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər. Digər dərmanlarla qarşılıqlı təsiri: Dofamin aqonistləri və antaqonistləri ilə, həmçinin estrogen və antiestrogenlərlə birlikdə istifadə zamanı həkimlə məsləhətləşin. Oral kontraseptivlərin təsir effektini azaldır. Əks göstəriş: Hamiləlik və laktasiya dövrü, tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq. Saxlama şəraiti: Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Reseptsiz buraxılır. Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul normal qidalanmanı əvəz etmir. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz. Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdır­mada.

Məhsulun Təsviri

İnsanlar arasında stress, əsəbi gərginlik, iqlim dəyişmələri kimi xarici faktorlar, artıq çəki və ya çəki defisitinə səbəb olan mübadilə pozğunluqları qadın orqanizmində hormonal disbalansa gətirib çıxarır. Məsələn, əgər qadın orqanizmində bu və ya digər səbəbdən prolaktin səviyyəsi normadan yüksəkdirsə, bu, hamiləlik və ya laktasiya ilə bağlı deyilsə, orqanizmə, ən çox da hormonun hədəf orqanı olan süd vəzilərinə mənfi təsir göstərir.

Xanımlar arasında bir çoxları həkimə süd vəzilərindən maye axması ilə bağlı şikayət edirlər. Ultrasəs müayinəsi nəticəsində bu qadınların süd vəzilərində çox vaxt içi maye ilə dolu kistalar aşkarlanır. Müasir dövrdə qız və qadınlar arasında menstrual tsikl pozulmalarına bağlı qadın sonsuzluğu kimi problemlərə çox tez-tez rast gəlinir.

Bu preparat ərküdə və ya İbrahim ağacı kimi tanınır. Bakımızın hər tərəfində dekorativ məqsəd ilə əkilən bitkidən hazırlanıb. Ərküdə qadın otudur desək, yanılmarıq .

Bitkidən hazırlanan Nat Ərküdə kapsulu dofaminergik təsir edərək hipofizdə prolaktin ifrazını azaldır. Nəticədə, süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və tsiklik ağrı sindromunun (mastodiniya) aradan qalxmasına səbəb olur.

Sarı cismin funksional çatışmazlığı, buna bağlı progesteron səviyyəsinin azalması ilə əlaqədar menstrual tsikl pozulmalarını aradan qaldırır. Nat Ərküdə kapsulu həm də estradiol və progesteron arasında disbalansı tənzimləyir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır, hormonal balansı tənzimlədiyinə görə sonsuzluğun müalicəsində yüksək müalicəvi effekt verir.

Kapsul menopauza ilə əlaqəli hormonal disbalansı da normaya salır.

kimi bir çox qadın xəstəlikləri zamanı yeniyetmə qızlardan tutmuş yetkin qadınlara qədər rahatlıqla istifadə oluna bilən tam təbii, əvəzolunmaz məhsuldur.

Nat Ərküdə kapsulu profilaktik məqsədlə gündə 3 dəfə, hər dəfə 1 kapsul, müalicə məqsədi ilə gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Kapsulun qəbulundan ən azı 2 həftə sonra xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunur. Qəbul müddəti minimum 3 aydır, preparat bitki tərkibli olduğu üçün uzun müddət istifadə oluna bilər.

Nat Ərküdə kapsulu qəbul edin, sağlamlığınıza qovuşun!

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:121-11813

Oxşar Məhsullar

Adefa N30 Tb
39,80 AZN -%0
39,80AZN
Adefosin N60 Cap
54,60 AZN -%0
54,60AZN
Alpim N30 Cap
30,20 AZN -%0
30,20AZN
Aminartin 300 ml Mehlul
41,50 AZN -%0
41,50AZN
Argystrong N30 Cap
54,90 AZN -%0
54,90AZN
Betakolos N30 Kaps
49,80 AZN -%0
49,80AZN
Bioxcin Womens Hair N30 Tab
20,00 AZN -%0
20,00AZN
Blokalin 150 ml Srp
30,00 AZN -%0
30,00AZN
Bone Loss N60 Tab
60,20 AZN -%0
60,20AZN
CALITROL N120 SOFTGELS
34,80 AZN -%0
34,80AZN
Cereblastin N30 Tb
50,80 AZN -%0
50,80AZN
Cerebrovin Kids 150 ml Srp
35,30 AZN -%0
35,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce