Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

H/F PALID QABIGI

Product Code : 121-02197
1.60 AZN
Show More Herbs
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

Herba Flora Palıd Qabığı

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 30 dəq. dəmlənir, 10 dəqiqə soyudulur, süzülür. Qarqara şəklində gündə 8-10 dəfə tətbiq olunur. Həmçinin yaraların yuyulması və imalə üçün istifadə oluna bilər.

Məhsulun Təsviri

Uzun illərdən bəri xalq təbabətində palıd qabığı geniş istifadə olunur. Fiziki olaraq palıd qabığı çox sərt və qalındır.

Təbiətdə bəzi böcək və kiçik heyvanların sığınacağı kimi, həmçinin mebel sənayesində və dekorativ məqsədlərlə də istifadə edilir.

Palıd qabığının tərkibi tanninlər, flavonoidlər və digər antioksidant maddələr ilə zəngindir. Bu maddələr orqanizmə antiseptik, dezinfeksiyaedici, İltihab əleyhinə, büzücü, regenerasiyaedici təsir göstərir.

Palıd qabığı ağız boşluğu, dişəti və boğazın iltihabi xəstəlikləri zamanı iltihabı azaldır, qanamaların qarşısını alır, yara və xoraların sağalmasını tezləşdirir. Dişlərdə kariyes, həmçinin tonzillit və qurd xəstəlikləri zamanı ağızdan xoşağəlməz qoxunu aradan qaldırır.

Palıd qabığının tərkibində tannin maddəsi vardır. Bu da bağırsaqların selikli qişasında zülallarla birləşərək qoruyucu qat əmələ gətirir.

Bağırsaq infeksiyaları, intoksikasiyalar zamanı toksinlərin, zərərli maddələrin bağırsaq divarından qana sorulmasının qarşısını alır. Büzücü effekt verərək bağırsaqlar tərəfindən suyun və elektrolitlərin itirilməsini önləyir.

İshalı dayandırır, stulun normal formalaşmasını təmin edir. Onu da qeyd etmək lazımdır ki, palıd qabığından hazırlanmış dəmləmələr ishalla yanaşı mədə ağrıları, bağırsaq koliklərinin azalmasına kömək edir.

Antibakterial, iltihab əleyhinə xüsusiyyətləri dəridəki qıcıqlanmaları və iltihabları aradan qaldırmağa kömək edir. Dəri səthində qan dövranını yaxşılaşdıraraq tamlığı pozulmuş nahiyələrdə kiçik kəsik, sıyrıntı sahələrinin bərpasını və tez bir zamanda sağalmasını təmin edir.

Dəri xəstəliklərindən ekzema və sızanaqlarda istifadə edilə bilər. Allergik mənşəli dəri xəstəlikləri zamanı dezinfeksiya məqsədilə istifadə edilir.

Palıd qabığı detoksikasiya xüsusiyyətinə malikdir və orqanizmdə yığılmış ağır metal duzları, şlak və toksinlərin xaric olmasına kömək edir. Bu isə qaraciyər və böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Palıd qabığı flavonoidlər və digər maddələr hesabına bədənin sərbəst radikallara qarşı müqavimətini artırır. Bu proses hüceyrə zədələnməsinin qarşısını alır və erkən yaşlanmanı ləngidir.

Palıd qabığı qan dövranını yaxşılaşdırır, ürək-damar sistemi üçün faydalıdır. Arterial təzyiqi tənzimləyir, ürəyin artıq yüklənməsinin qarşısını alır.

Qadınlarda kiçik çanağın infeksion-iltihabi xəstəliklərində istifadə olunur.

İlk növbədə iltihab əleyhinə effekt verərək bağırsaqlarda ağrı və sancının qarşısını alır. Bundan əlavə xəstəlik törədən mikrobların inkişafını ləngidir, faydalı bakteriyaların artıb-çoxalması üçün şərait yaradır.

Bədəndən maye və mineral maddələrin itkisini tez bir zamanda dayandırır, su və duz mübadiləsini tənzimləyir.

Oxşar məhsullar
H/F ANDIZ KOKU
1.50 AZN
H/F BIYAN KOKU
1.50 AZN
H/F DAZI OTU
1.50 AZN
H/F KEKLIKOTU
1.40 AZN
H/F YARPIZ OTU
1.20 AZN
H/F JENSEN KOKU
20.20 AZN
Prepared by  T-Soft E-Commerce.