Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Pol-palanın tərkibində indol alkoloidləri ervin, metilervin, ervozid, ervolanin, feruloilamidlər, fenol turşuları, flavonoidlər (asilqlikozidlər – tilirozid, kumaroil-tilirozid, ervitrin, narsissin), triterpenoidlər, pektin maddələr, lupeol, kempferol və olein turşusu törəmələri və s. vardır.
İstifadə qaydası: Bir xörək qaşığı otun üzərinə 200 ml (1 stəkan) su tökülür, qaynayana qədər qızdırılır, soyudulur, süzülür. Səhər və günorta, hər dəfə 1/3 stəkan qəbul edilir. Bişirməyə şəkər əlavə etmək olar. Bişirməni sərin yerdə 2 gün saxlamaq olar.
Pol-pala birillik, ya ikillik bitki olub hündürlüyü 10-50 sm-ə çatır. Pol-pala Hindistan, Afrika, Avropa və Şimali Amerikanın mülayim və subtropik iqlimli ərazilərində yetişir.
Bitkinin xırda, çəhrayı rəngli çiçəkləri vardır. Ona ən çox günəşli bölgələrdə, çəmənlik və düzənliklərdə rast gəlmək olar.
Pol-pala öz faydalı və əhəmiyyətli xüsusiyyətlərinə görə həm xalq, həm də ənənəvi təbabətdə özünəməxsus yer tutur. Bitkinin tərkibi eritrosentavrin adlı acı qlikozid, selik, flavonoidlər, ksanton və alkaloidlər, üzvi turşular, aşı maddələr, saponinlər, kumarin, polisaxaridlər kimi bioloji aktiv komponentlərlə zəngindir.
Pol-pala xalq təbabətində sidikqovucu, spazmolitik, antiseptik, iltihab əleyhinə, qurd əleyhinə, şəkərli diabet əleyhinə bitki kimi istifadə olunur. Selik saxlayan bitki olduğu üçün qastrit və xoraların müalicəsində faydalıdır.
Alkan birləşmələri hesabına mədə və bağırsaqlara bürüyücü təsir göstərir. Bürüyücü qat altında eroziya və xora sahələrinin regenerasiyasını sürətləndirir.
Tərkibindəki ervozid, metilervin, ervin və ervolanin kimi alkoloidlər qan dövranını yaxşılaşdırır, qankəsici effekt verir. Aminturşuları ilə zəngin olduğu üçün qanda hemoqlobinin miqdarını artırır, qanın oksigenlə zənginləşməsini təmin edir.
Flavonoidlər qan damarlarının divarını möhkəmləndirir, arterial təzyiqi stabilləşdirir. Ürək ritmini və böyrəküstü vəzin fəaliyyətini tənzimləyir.
Pektin ehtiva etdiyi üçün qanda pis xolesterinin miqdarını azaldır, toksinləri, şlakları və ağır metal duzlarını orqanizmdən çıxarır. Bundan başqa bu bitkinin qan şəkərini tənzimlədiyi də məlumdur.
Bitki sinir sisteminin də fəaliyyətini yaxşılaşdırır, yaddaşı və diqqəti artırır. Bundan başqa ağrını və spazmı azaldır.
Bitkinin fenol turşuları zərərli mikroorqanizmləri məhv edir, yara və yanıqları müalicə edir, onları ikincili infeksiyalaşmadan qoruyur.
Pol-pala otu qədim zamanlardan bəri böyrək və öd kisəsində daşların əridilməsi üçün istifadə olunur. Bitki böyrək və sidik yolları xəstəliklərinin müalicəsində çox faydalıdır.
Antiseptik və iltihab əleyhinə effektli komponentləri hesabına pol-pala böyrək və sidik yollarında iltihabi prosesləri azaldır, sistit və uretritlər zamanı yüksək effekt verir. Güclü sidikqovucu olduğu üçün bədəndən artıq mayeni çıxarır, ödem və şişkinliyi azaldır, orqanizmin ümümi əhval-ruhiyyəsini yaxşılaşdırır.
Bir sözlə sidikdə zərərli maddələrin miqdarını azaldır.
Pol-pala sidik-daşı xəstəliyinin başlanğıc mərhələsindən tutmuş pielonefrit, su-duz mübadiləsinin pozulması ilə müşayiət olunan podaqra, spondilyoz, poliartrit kimi xəstəliklər zamanı effektlidir. Güclü antioksidantdır, şiş hüceyrələrinin inkişafının qarşısını alır, fibroma və poliplərin müalicəsində faydalıdır.
Pol-pala sağlamlıq mənbəyidir!