Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Qaragilə yarpağı 40 qr

Məhsul Kodu : 121-02226
1,80 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Qaragilə Yarpağı 40 Qr

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Qaragilə yarpaqlarının tərkibi kondensə olunmuş aşı maddələri (qallokatexin, epikatexin, epiqallokatexin) (7-20%), neomirtillin və mirtillin qlikozidləri, 14-dən çox antosiyan və onların törəmələri (delfinidin, peonidin, malvidin), flavonoidlər (rutin, hiperin, hiperozid, kversetin, avikulyarin, kempferol), fenol birləşmələri (arbutin, metilarbutin), triterpen saponinlər (ursul və olean turşuları), alifatik karbohidrogenlər ilə zəngindir.

Gündə 3-4 dəfə hər dəfə 1/4 stəkan daxilə qəbul edilir.

Məhsulun Təsviri

Qaragilə həm meyvəsi, həm də yarpaqları ilə tanınan dərman və qida bitkisidir. Tərkibi orqanizm üçün faydalı maddələrlə zəngindir. Qaragilə alçaqboylu kol bitkisi olub açıq yaşıl rəngli yarpaqlara malikdir.

Bitkinin yarpaqları xalq təbabətində qədimdən bəri müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Avropa, Asiya, Şimali Amerikanın iynəyarpaqlı və enliyarpaqlı meşələrində, torf bataqlıqlarında geniş yayılıb.

Qaragilə yarpaqlarının tərkibi A, C, E, B qrupu vitaminləri, flavonoidlər (kversetin, mirsetin, kempferol), taninlər, antosianlar, kalium, kalsium, maqnezium, dəmir kimi makro- və mikroelementlərlə zəngindir. Qaragilə yarpaqları təbii vitamin və mineral deposu olduğu üçün hər şeydən əvvəl immuniteti gücləndirir , orqanizmi möhkəmləndirir. Askorbin turşusu, dəmir, B qrupu vitaminləri sayəsində immun sistemini gücləndirməklə yanaşı, həmçinin qanyaranmada da iştirak edir.

Qaragilə yarpaqlarının vitamin C, flavonoidlər və taninlərlə zəngin tərkibi konyuktivitlər zamanı çox effektlidir. Görmə itiliyini artırır və gecəgörməni yaxşılaşdırır. Bir çox tədqiqatlar nəticəsində qaragilə yarpaqlarının göz xəstəliklərində, hətta gözün torlu qişasının qopması zamanı xüsusi faydasının olduğu təsdiqlənib.

Qaragilə yarpaqları gözlərdə qan dövranını yaxşılaşdırır , xırda kapilyarları möhkəmləndirir, diabetik retinopatiyanın qarşısını alır. B qrupu vitaminləri hesabına sinir sisteminin fəaliyyətini yaxşılaşdırır .

Xalq təbabətində qaragilə yarpaqları müxtəlif mənşəli xroniki ishallar, mədə-bağırsaq problemləri, ağız boşluğunun iltihabi xəstəlikləri, hətta angina , faringit , xroniki revmatizm zamanı istifadə olunur. İshal əleyhinə güclü təsiri tərkibindəki taninlərlə əlaqədardır. Mədə və bağırsaq spazmları zamanı da effektlidir.

Qaragilə yarpaqlarının tərkibindəki mirtillin maddəsi şəkərli diabet xəstələrində insulinəbənzər təsir göstərərək qandakı qlükozanın toxumalar tərəfindən mənimsənilməsini asanlaşdırır. Qanda şəkər səviyyəsini tənzimləyən flavonoid və arbutinlə zəngin olduğu üçün şəkərli diabetin (xüsusilə 2-ci tip) təbii müalicəsində istifadə olunur. Qanda şəkər səviyyəsini aşağı salır , eyni zamanda hüceyrələrin insulinə həssaslığını artırır.

Qaragilə yarpaqları şəkərli diabetdən əziyyət çəkən xəstələrdə damar divarını möhkəmləndirir , damar keçiriciliyini azaldır. Bu da arterial hipertoniya, ateroskleroz, şəkərli diabet kimi xəstəliklərlə yanaşı insanlarda gələcəkdə ürək-damar xəstəliklərinin inkişafı, infarkt , insult riskini azaldır.

Maqneziumla zəngin olduğu üçün ürəyin normal fəaliyyətini təmin edir. Yarpaqlardakı antioksidant maddələr sərbəst radikalları neytrallaşdırır. Beləliklə hüceyrələri dağılmadan qoruyur, qocalma prosesini ləngidir.

Arbutin maddəsi sidik yollarına antibakterial təsir göstərir. Bu səbəbdən qaragilə yarpağı infeksiyaların profilaktikası və müalicəsində təbii vasitə kimi işlədilir. Xaricə istifadə zamanı qaragilə yarpağının dəmləməsi dəri iltihabları, ekzema, səpgilər və xırda yaralar üçün faydalıdır.

Qaragilə yarpaqları həm daxilə, həm də xaricə tətbiq edilərək bir çox xəstəliklərin profilaktika və müalicəsində effektlidir!

Qablaşdırma çəkisi40 q
Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.