Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Qaraqınıq otu 40 qr

Məhsul Kodu : 121-02190
1,80 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Qaraqınıq Otu

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Qaraqınıq otunun tərkibinə aşı maddələri, flavonoidlər, askor­bin turşusu, timol, onun izomeri olan karvakrol, terpentin efir yağları (0,3-1%) daxildir.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, soyudu­lur, süzülür, gündə 3-4 dəfə hər dəfə 1 xörək qaşığı qəbul edilir. Eləcə də xaricə islatma şəklində və uşaqlıq yolunu yumaq üçün istifadə olunur.

Məhsulun Təsviri

Qaraqınıq çoxillik ot bitkisidir. Qısa kökümsova malik olub çəhrayı-bənövşəyi rəngli ətirli çiçəkləri var. Bitkinin vətəni Yunanıstan hesab olunur.

Qaraqınıq həm yabanı, həm də mədəni şəkildə yetişir və yetişdirilir. Bitki çoxşaxəli faydalı təsir xüsusiyyətlərinə sahib olduğu üçün xalq təbabətində geniş istifadə olunur. Qaraqınığın tərkibi çox sayda bioloji aktiv komponentlərlə zəngindir.

Onun kimyəvi tərkibinə efir yağları, flavonoidlər, aşı maddələr, timol və karvakrol kimi fenollar, seskviterpenlər, sərbəst spirtlər, heranilasetat, üzvi turşular, makro- və mikroelementlər, C, B1, B2, D, A, K vitaminləri və digər faydalı birləşmələr daxildir.

Ümumiyyətlə qaraqınıq otu orqanizmə iltihab əleyhinə , infeksiya əleyhinə, parazit əleyhinə, sidikqovucu , tərqovucu, bəlğəmgətirici, dezinfeksiyaedici , antiseptik təsir göstərir. Bitkinin bakteriya əleyhinə xüsusiyyəti tərkibindəki timol, karvakrol kimi efir yağları hesabınadır. Ən çox Escherichia coli, Helicobacter pylori, Staphylococcus aureus, Stenotrophomonas maltophilia, Achromobacter xylosoxidansa kimi xəstəliktörədən mikroorqanizmlərə qarşı aktiv mübarizə aparır.

İtaliyada aparılan in vitro tədqiqat zamanı qaraqınığın mikrobların böyümə və inkişafını effektli şəkildə dayandırdığı sübut olunmuşdur. Mukovissidozdan əziyyət çəkən xəstələrə bu bitki xüsusilə tövsiyə olunur. Xəstəlik zamanı bakteriyaların antibiotiklərə qarşı davamlılığı yarandığından bitkinin istifadəsi çox gözəl praktik nəticələr verir.

Qaraqınıq polirezistent (çox sayda antibiotiklərə qarşı davamlı olan) mikroblara, göbələk infeksiyalarına, viruslara güclü təsir edir . Bitkinin apigenin və lyuteolin kimi fenolları, aşı maddələri orqanizmə iltihab və infeksiya əleyhinə təsir göstərir.

Bundan başqa ağrıkəsici və spazm əleyhinə effekt verir. Bu maddələr dezinfeksiyaedici, həmçinin qurd əleyhinə də təsir göstərir. Qaraqınığın digər komponentləri alfa və beta-pinenlər, linalool kimi monoterpenlər iltihabi prosesləri ləngidir.

Ellaq turşusu iltihab əleyhinə təsirdən başqa qansaxlayıcı effekt də verir. Bitki həzm sisteminin işini yaxşılaşdırır, qazqovucu effekti var. Mədə və bağırsaqlarda qidanın rahat sorulması və evakuasiyasını təmin edir.

Bağırsaq sancılarını azaldır , xəstələrdə iştahanı yaxşılaşdırır. Qaraqınıq həmçinin soyuqdəymə və öskürək əleyhinə təsir göstərir.

Bronxit , astma , göyöskürək kimi xəstəliklərdə faydalıdır. Bitki qaraciyər qoruyucudur, qaraciyər hüceyrələrini viruslardan, sərbəst radikallar və toksinlərin zərərli təsirindən qoruyur. Birinci tip diabet zamanı mədəaltı vəzi dağılmaqdan qoruyur, ikinci tip diabet zamanı isə ağırlaşmaların qarşısını alır.

Qaraqınıq sinir sistemini sakitləşdirir , həyəcan və narahatlığı aradan qaldırır. Yuxunu yaxşılaşdırır, yorğunluq əlamətlərini azaldır, orqanizmi ətraf mühitin qıcıqlandırıcı faktorlarından qoruyur. Bitkinin ürək əzələsini tonuslandırdığı, əhvali-ruhiyyəni yüksəltdiyi də məlumdur.

Qaraqınıq qadın orqanizmi üçün də faydalı hesab olunur. Bitki estrogenlərlə zəngindir və demək olar ki, aybaşı pozulmalarından tutmuş klimakterik dövrə qədər bütün ginekoloji vəziyyətlərdə faydalı hesab olunur.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.