Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Razyana meyvəsi 40 qr

Məhsul Kodu : 121-02178
1,40 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Razyana Meyvəsi

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperatu­run­da soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1/3 stəkan ilıq şəkildə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Məhsulun Təsviri

Razyana qədim zamanlardan müalicəvi təsiri ilə yanaşı dadı və xoş ətri ilə xörəklərə və şirniyyatlara ləzzət qatan bir bitkidir. Razyana əsasən Aralıq dənizi mənşəlidir, lakin bir çox bölgələrdə, xüsusilə də Asiya, Avropa, Yaxın Şərq, Şimali Afrika və Amerikada geniş yayılmış çoxillik ot bitkisidır. Meyvəsi ikitoxumlu, uzunsov, yüngül qoxulu və sarımtıl-yaşıl rənglidir .

Əslində istifadə edilən “toxum” meyvədir. Razyana meyvəsi bitkinin faydalı hissəsi hesab olunur.

Tərkibi efir yağları, flavonoidlər, karotin, vitamin C, fitonsidlər, kaliumla zəngindir. Razyana meyvəsinin ən qiymətli komponenti efir yağlarıdır . Bunlara anetol, fenxon, metilxavikol, limoneni misal göstərmək olar.

Bu bitkinin meyvəsi orqanizmə antibakterial, antiseptik, iltihab əleyhinə, qazqovucu , spazmolitik, bəlğəmgətirici təsir göstərir. Razyana meyvəsi ağız boşluğunda xəstəlik törədən mikrobları məhv edir, antiseptik effekti sayəsində ağız qoxusunu aradan qaldırır.

Razyana meyvəsi mədə-bağırsaq traktında hissi sinir uclarını qıcıqlandırır, həzm vəzilərinin sekresiyasını artırır , buna cavab reaksiyası olaraq həzm traktında peristaltika artır. Dietik liflərlə zəngin olduğu üçün bağırsaq fəaliyyətini tənzimləyir , toxluq hissi yaradır. Nəticədə qəbul olunmuş qida tam şəkildə rahat həzm prosesinə uğrayır.

Razyana meyvəsi maddələr mübadiləsini sürətləndirir , yağların yanmasını asanlaşdırır. Bitki meteorizm zamanı köp əleyhinə təsir göstərir. Qazəmələgəlməni azaldır , orqanizmdən qazın tez bir zamanda xaric olmasını asanlaşdırır.

Razyana meyvəsi həmçinin tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində (traxeit, bronxit, pnevmoniya, göyöskürək) bəlğəmgətirici kimi istifadə olunur. Çətin xaric olunan bəlğəmi yumşaldır və xaric edilməsini asanlaşdırır, tutmaşəkilli öskürəyin qarşısını alır . Bu bitki həmçinin spazmolitik effekt verərək traxeya və bronxları genişləndirir , xəstələrdə rahat nəfəsalmanı təmin edir.

Bundan başqa razyana meyvəsi sidikqovucu təsiri sayəsində bədəndə ödem və şişkinliyi azaldır.

Razyana meyvəsi qadın sağlamlığı üçün də yararlıdır. Meyvələr südverən analarda süd hasilatını artırır . Eyni zamanda meyvələrin aybaşı (menstruasiya) dövrünü tənzimləməyə kömək etməsi də məlumdur.

Hormonal balansı dəstəkləyə bilir. Antioksidantdır, hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, hüceyrə membranını stabilləşdirir. Həmçinin antitoksik təsir göstərir, toksinlərin bədəndən çıxarılmasına yardım edir.

Qaraciyəri dəstəkləyir, tərkibindəki rutin komponenti hesabına damarları qoruyur , elastikliyini artırır. Razyana meyvəsinin sakitləşdirici təsiri də vardır. Stress və narahatlıq hallarında rahatlaşdırıcı ola bilər.

Yatmazdan əvvəl razyana çayı içildikdə yuxunu tənzimləyə bilir.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.