Təsiredici maddə: 1 tubda (25 q məlhəm) 5 q ixtiol vardır.
Qızılyel iltihabı, ekzema, dərinin irinli zədələnmələri, furunkulöz xəstəliklərinin kompleks terapiyası.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə İxtiolun istifadəsinə dair məlumat yoxdur. Dərman vasitəsinin istifadəsi, yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra mümkündür. Laktasiya dövründə dərman vasitəsini süd vəziləri nahiyəsinə və ya gilələrə sürtmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri qeyd edilməyib.
Xaricə istifadə edilir, zədələnmiş nahiyəyə gündə 1-2 dəfə sürtülür. Ehtiyac olduqda, sarğı istifadə edilir. Müalicənin müddəti xəstəliyin xarakteri ilə əlaqədardır. Müxtəlif pasiyent qrupları Qaraciyər və böyrək çatışmazlığı olan 65 yaşdan yuxarı pasiyentlərdə dozanın korreksiyasının vacibliyi barədə məlumat yoxdur.
Uşaqlar 12 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-20180 |