Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq lidokain hidroxlorid və 0,0125 mq epinefrin tartrat (epinefrin hesabı ilə) vardır.
Bütün ağrılı stomatoloji müdaxilələrdə (ağız boşluğunda müdaxilə, o cümlədən, parodontal toxumalarda, çənə-üz nahiyəsində və s.) yerli anesteziyanın infiltrasion və digər növləri, endodontiya, protez qoyma və sairə.
Preparatın istənilən komponentinə və ya amid qrupu yerli anestetiklərə qarşı yüksək həssaslıq, 12 yaşa qədər uşaqlar. Sulfit allergiyası və ya hiperhəssaslığı, xüsusilə steroiddən asılı astması olan pasiyentlərdə. Əl barmaqlarının, ayaqların, burunun ucunun, qulaqların və cinsiyyət üzvünün ağrısızlaşdırılması üçün epinefrinin istifadəsi (vazokonstriktor) əks göstərişdir. Preparatı venadaxili istifadə etmək olmaz.
Heyvanlarda model sistemlərdə teratogen təsir aşkar edilməyib. Epinefrin üzrə oxşar məlumat yoxdur, buna baxmayaraq, onun uşaqlığın qan-damar sisteminə vazosupressiv təsirinin mümkünlüyü az deyil, bu səbəbə görə hamiləlik dövründə (xüsusilə I trimestrində) preparatı fayda-risk nisbətini nəzərə almaqla, ehtiyatla istifadə etmək lazımdır. Lidokain əhəmiyyətsiz dərəcədə ana südünə nüfuz edir, epinefrin üzrə oxşar məlumat yoxdur. Lakin onun kiçik konsentrasiyasını nəzərə alaraq, preparatın laktasiya dövründə istifadəsi əks göstəriş deyil.
Birbaşa anesteziyaedici təsirindən başqa yerli anestetiklər hətta MSS üçün aşkar toksiklik olmadıqda belə əqli funksiyaya və koordinasiyaya çox zəif təsir göstərə bilər və müvəqqəti olaraq, hərəki aktivliyi və ayıqlığı poza bilər. Preparatın istifadəsindən sonra 6 saat ərzində nəqliyyat idarə etmək və digər potensial təhlükəli mexnizmlərlə işləmək məsləhət görülmür.
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara əzələdaxili inyeksiya Dozalanma pasiyentin reaksiyasına və yeridilmə nahiyəsinə müvafiq seçilir. Tələb edilən effekti verə bilən ən kiçik konsentrasiyanı və ən kiçik dozanı təyin etmək lazımdır. Tövsiyə olunan doza anesteziya proseduru, anesteziya ediləcək nahiyə, klinik vəziyyət və pasiyentin reaksiyasından asılı olaraq böyüklər üçün (70 kq) 1-2 ml. Tələb edilən dozanın hesablanmasında pasiyentin fiziki vəziyyəti vacibdir.
Yaşlı və ya zəifləmiş pasiynetlərə yaşına və fiziki vəziyyətinə uyğun ən kiçik doza tələb edilir. Lidokain hidroxloridin epinefrinlə istifadəsi zamanı maksimal gündəlik doza 500 mq (25 ml) təşkil edir. Ağır böyrək və qaraciyər çatışmazlığı zamanı dozanın korreksiyası tələb edilə bilər.