Sevimlilərə əlavə edin
Paylaşın

Kapsikam 50 g Məlhəm

Məhsul Kodu : 111-06652
İstehsalçı ölkə : Latviya
1 Şərh Şərh
10,70 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

KAPSİKAM, xaricə istifadə üçün məlhəm

KAPSİKAM tərkibi

Təsiredici maddə: 1q məlhəmin tərkibində 50 mq dimetilsulfoksid, 30 mq rasemik kamfora, 30 mq skipidar, 20 mq benzilnikotinat, 2 mq nonivamid vardır.

İstifadəsinə göstərişlər

Əzələ və oynaq ağrıları.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; xoralar, dəri xəstəlikləri;

Hamiləlik və laktasiya dövründə istifadəsi

uşaq və yeniyetmə yaş dövrü.

Yuxarıda qeyd edilmiş xəstəlik və ya hallardan hər hansı biri olduqda, preparatı istifadə etməzdən əvvəl həkimə məlumat vermək lazımdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri Məlhəmi zədələnmiş dəriyə istifadə etmək olmaz. Güclü qıcıqlanmanın qarşısını almaq məqsədilə, məlhəmin selikli qişalara düşməsindən çəkinmək lazımdır. Preparatın istifadəsindən bilavasitə öncə və ya sonra istilik prosedurlarının keçirilməsi (vanna qəbulu, hamam) məsləhət görülmür, belə ki, bu, məsamələrin açılmasına səbəb ola bilər ki, bunun da nəticəsində dəridə yanma hissi baş verə bilər. Köməkçi maddələrdən olan emulqator setostearil spirti (A tipıi) və bronopol yerli reaksiyaların yaranmasına səbəb ola bilər (o cümlədən, kontakt dermatit).

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.

KAPSİKAM istifadə qaydası və dozası

Məlhəm xaricə istifadə edilir. İdmançılarda qızışdırıcı vasitə kimi istifadə edildikdə, 2-3 q məlhəm applikator vasitəsilə əzələ nahiyəsinə yaxılır və dəriyə masaj hərəkətlərilə yüngül qızartı əmələ gələnə qədər sürtülür. Məşqdən sonra məlhəm dəri səthindən sərin su ilə yuyulur. Ağrını yüngülləşdirmək üçün 1-3 q məlhəm applikator vasitəsilə ağrı nahiyəsinə ağrının intensivliyindən asılı olaraq, gündə 2-3 dəfə yaxılır və istilik effektini artırmaq üçün üzərinə sarğı qoyulur. Müalicə kursu ərzində təqribən 50-100 q məlhəm istifadə edilir. Hər prosedurdan sonra əlləri soyuq su və sabunla yumaq lazımdır. Pediatriyada istifadə təcrübəsi yoxdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Uşaqlarda və yeniyetmələrdə istifadəsi Bu kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsi barədə kifayət qədər məlumat olmadığı üçün preparatın istifadəsi əks göstərişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06652

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Baneosin 250/5000 Iu 10 g Toz
8,70 AZN -%0
8,70AZN
Belunat 20 Q Krem
3,30 AZN -%0
3,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce