Bitib
Stokda olanda mənə xəbər verin.⚫ 50 mq simetikon 300 mq aktivləşdirilmiş kömür var. Köməkçi maddələr: maltodekstrin, saxaroza, mikrokristallik sellüloza, hidroksipropil metilsellüloz, polivinilpirrolidon, kolloidal silisium, natrium kroskarmelloza, polivinilpolipirrolidon, qliseril beqanat, silisium dioksid, bitki mənşəli stearatli maqnezium. 1.3 Tesir mexanizmi Məhsulun effektivliyi karbonun qazuducu fəaliyyəti ilə birləşmiş simetikonun köp əleyhinə olan təsiri ilə əlaqədardır: fəaliyyət müstəsna şəkildə mexaniki fenomena əsaslanır. İkiqat həb 15 dəqiqə ərzində mədə-bağırsaq mühitində tərkibindəki ingredientlərin təxminən 50%-ni azad edir və bir saat ərzində bağırsaq mühitində parçalanmasını tamamlayır.
Bu komponentlər mədə-bağırsaq traktında sorulmur və qida maddələrinin sorulmasına mane olmur.
Tövsiyə edilən dozada məhsulun qəbulu zamanı nəcisin tünd qəhvəyi rəng alması müşahidə edilə bilər ki, bu da onun tərkibindəki aktiv kömürlə əlaqədardır. Bu hadisə normaldır və heç bir patoloji əhəmiyyət kəsb etmir. Orta ve uzun müddətli əks göstərişlər müşahidə edilməyib. Məhsul diqqət tələb edən hərəkət qabiliyyətinə mənfi təsir göstərmir (mexanizmləri idarəetmə qabiliyyəti və ya yürüyüş fəaliyyəti).
Məhsulun hamiləlik və ana südü ilə qidalandırma zamanı istifadəsini dəstəkləyən kifayət qədər məlumat yoxdur, ona görə də hamiləlik və südlə qidalandırma zamanı məhsul yalnız həkim ilə məsləhətləşdikdən sonra zəruri ehtiyac zamanı istifadə edilə bilər.
Carbocon həb formasında olan, havanın udulması və bağırsaq tıxanıqlığı ilə əlaqədar rahatsızlıq simptomlarının yüngülləşdir- ilməsi üçün faydalı olan tibbi vasitədir. Bu məhsul, qazın toplanmasına görə qarın boşluğu və ya bağırsaq şişkinliyi ilə əlaqədar simptomların aradan qaldırılması üçün tövsiyə olunur. O, ağrı və sancıları aradan qaldırır, köp və gəyirmənin qarşısını alır. Böyüklər: Gündə 4 həb, istənilən əsas yeməkdən sonra 2 həb qəbulu tövsiyə edilir.
Sınmaması üçün həbləri blisterdən ehtiyatla çıxardın və 1 stəkan su ilə qəbul edin.
Hər həb tək istifadəlikdir və yalnız istifadədən əvvəl blisterdən çıxarılmalıdır; qismən istifadə edilmiş (əvvəllər qırılmış) və ya artıq blisterdən çıxarılmış həbləri yenidən istifadə etməyə cəhd etməyin. Belə yanlış istifadə məhsulun çirklənməsinə səbəb ola bilər. •Tövsiyə edilən doza həddini aşmayın. Məlum mədə və ya bağırsaq yaraları olduqda məhsuldan İstifadə etməyin.
Bağırsaq tıxanıqlığı zamanı istifadə etməyin. Digər peroral qəbul edilən tibbi vasitələr və ya dərmanlardan istifadə zamanı məhsulu qəbul etməyin: aktiv kömür və simetikonun uducu gücünün effektivlik üzərində mənfi təsiri ola bilər. Davam edən farmakoloji terapiyalar zamanı Carboconu qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Simetikon məsələn, kvayak reagenti kimi diaqnostikada istifadə edilən bəzi reagentlərin effektinə mane ola bilər.
•Məhsul adətən 30 gündən çox olmayan davamlı istifadə üçün nəzərdə tutulub; əgər simptomlar davam edərsə, həkiminiz ilə məsləhətləşin. 7. Əks təsirlər Məhsulun tərkibindəki ingredientlərdən hər hansı birinə qarşı hiperhessalıq zamanı istifadəsi tövsiyə olunmur. Məhsulun hamiləlik və ana südü ilə qidalandırma zamanı istifadəsini dəstəkləyən kifayət qədər məlumat yoxdur, ona görə də hamiləlik və südlə qidalandırma zamanı məhsul yalnız həkim ilə məsləhətləşdikdən sonra zəruri ehtiyac zamanı istifadə edilə bilər.
8. Məhsulun atılma qaydası Məhsulun yararlılıq müddəti bitdikdən sonra, məhsulu və onun qablaşdırmasını yaşadığınız yerin mövcud qaydalarına uyğun olaraq atın. Dərman vasitəsi deyil. 25°C DfT CE0426 NTC SRL Via Luigi Razza, 3 20124 Milan Italy İçlik vərəqənin son dəfə nəzərdən keçirildiyi tarix: fevral 2018 •14 yaşdan aşağı uşaqlar üçün istifadə etməyin.
Uşaqların əli çatmayan yerdə saxlayın. •Həbi uzanmış vəziyyətdə qəbul etməyin.