KEPPRA tərkibi, 1 tabletin tərkibində 250 mq levetirasetam vardır. Mavi rəngli, oblong, film örtüklü tabletlərdir. Levetirasetam antiepileptik dərman qrupuna aiddir.
Epilepsiyanın müxtəlif formalarında parsial başlanğıclı tutmaların monoterapiyası və əlavə müalicəsində, juvenil miokloniya epilepsiyasında və primer generalizə olunmuş tonik-klonik tutmalarda əlavə müalicə kimi istifadə olunur.
Levetirasetama və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq.
Hamiləlik dövründə yalnız zəruri hallarda istifadə edilir. Levetirasetam ana südünə keçir, əmizdirmə dövründə istifadəsi tövsiyə olunmur. Epilepsiya olan qadınlarda müalicənin kəsilməsi tutmaların kəskinləşməsinə gətirib çıxara bilər.
Böyüklərə başlanğıc doza gündə 2 dəfə 500 mq (hər qəbulda 2 tablet), tədricən gündə 2 dəfə 1500 mq-a qədər artırıla bilər. Tabletlər bütöv halda su ilə udulmalıdır. Yeməkdən asılı olmayaraq qəbul edilir. Müalicəni kəskin dayandırmaq olmaz, doza tədricən azaldılmalıdır.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-05435 |