Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q kremin tərkibində 0,5 mq klobetazol propionat vardır.
Klobetazol çox güclü yerli kortikosteroid olaraq, aşağıdakı hallarda istifadə olunur: - psoriaz (geniş yayılmış pustulyoz psoriaz istisna olmaqla), - dermatozun refrakter formaları, - qırmızı yastı dəmrov, - diskoidli qırmızı qurdeşənəyi, - daha az aktivlik göstərən, steroidlərlə müalicəyə rezistent olan digər dəri xəstəlikləri.
- Təsiredici maddəyə və ya preparatın istənilən köməkçi maddəsinə qarşı yüksək həssaslıq, - dərinin müalicə olunmamış infeksiyaları, - rozaseya, - adi çivzələr (acne vulgaris), - iltihab olmadan dərinin qaşınması, - perianal və genital qaşınma, - perioral dermatiti. Klobetazol krem preparatını dermatit və bişməcələr daxil olmaqla bir yaşdan kiçik körpələrdə dəri dermatitlərinin müalicəsində istifadə etmək olmaz.
Hamiləlik Hamiləlik dövründə klobetazolun istifadəsi yalnız anaya gözlənilən fayda döl üçün riskdən üstün olduqda mümkündür. Preparat minimal miqdarda və ən qısa dövr ərzində istifadə olunmalıdır. Laktasiya Laktasiya dövründə klobetazolu yalnız ana üçün potensial fayda döl üçün potensial riskdən üstün olduqda istifadə etmək olar. Klobetazol laktasiya dövründə istfadə olunduqda, onu körpənin təsadüfən udmaması üçün döş sahəsinə çəkmək olmaz.
Klobetazolun nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsirə dair tədqiqatlar aparılmamışdır. Yerli istifadə üçün klobetazolun əlavə təsirlərinin xüsusiyyətləri baxımından mənfi təsir gözlənilmir.
Klobetazol kremi xaricə istifadə edilir. Preparatın dərinin nəm və ya sulanan nahiyələrinə çəkilməsi xüsusilə məqsədəuyğundur. Böyüklər, yaşlılar və 1 yaşdan yuxarı uşaqlar: Krem gündə bir və ya iki dəfə, bütün zədələnmiş sahənin örtülməsi üçün kifayət edəcək miqdarda nazik qatla çəkilir və yaxşılaşma olana qədər ehtiyatla dəriyə sürtülür, sonradan kremin çəkilməsi tezliyini bir qədər azaltmaq və ya aktivliyi daha az olan preparatların istifadəsinə keçmək olar. Hər dəfə krem çəkildikdən sonra hər hansı yumşaldıcı vasitələrdən istifadə etməzdən əvvəl kremin dəriyə hopmasını gözləmək lazımdır.
Əgər 2-4 həftə ərzində yaxşılaşma baş vermədikdə və ya daha da pisləşdikdə, müalicə və diaqnoz yenidən qiymətləndirilməlidir. Müalicə 4 həftədən artıq davam etdirilməməlidir. Uzunmüddətli müalicəyə ehtiyac olduqda daha az təsir göstərən preparatlardan istifadə edilməlidir. Maksimum həftəlik doza 50 qramı aşmamalıdır.
Xəstəliyə nəzarət edilməsinə nail olduqdan sonra Klobaderm dərman vasitəsilə müalicəsi tədricən dayandırılmalıdır və yumşaldıcı vasitəsilə müalicə dəstəkləyici müalicə kimi davam etdirilməlidir. Klobaderm dərman vasitəsilə müalicənin birdən kəsilməsi əvvəl mövcud olan dermatozalrın residivləşməsinə səbəb ola bilər. Uşaqlar Klobetazol kremi bir yaşa qədər uşaqlarda əks göstərişdir. Böyüklərlə müqayisədə uşaqlarda xaricə istifadə edilən kortikosteroidlərin yerli və sistem əlavə təsirlərin yaranma ehtimalı daha yüksək olduğu üçün müalicə daha qısamüddətli və az təsirli preparatlarla aparılmalıdır.
Uşaqlarda müalicə 5 gündən artıq davam edilməməli və sarğıdan istifadə edilməməlidir. Üz nahiyəsində istifadəsi Müalicə 5 gündən artıq davam etməməli və sarğıdan istifadə edilməməlidir. Yaşlı xəstələr Klinik tədqiqatlarda yaşlı və cavanlar arasında preparatın effektivliyində fərq müəyyən edilməmişdir. Qaraciyər və böyrək funksiyaların pozulmasının yaşlı xəstələrdə daha tez rast gəlinməsi preparatın sistem sorulması zamanı onun orqanizmdən xaric olmasının ləngiməsinə səbəb ola bilər.
Buna görə Klobadermin klinik effektin əldə edilməsi üçün lazım olan minimal miqdarda və mümkün qədər ən qısa müddətdə istifadə edilməlidir. Böyrək/ qaraciyər çatışmazlığı: Səmərəli klinik effektin alınması üçün preparat ən aşağı miqdarda və minimum dövr ərzində tətbiq olunmalıdır.