KO-DİOVAN tərkibi, 1 tabletin tərkibində 80 mq valsartan və 12,5 mq hidroxlorotiazid vardır. Valsartan anjiotenzin II reseptor antaqonistidir, hidroxlorotiazid isə tiazid qrupu diuretikdir. Hər iki komponent birlikdə əlavə antihipertenziv effekt göstərir.
Arterial hipertoniyanın müalicəsində, tək başına valsartan və ya hidroxlorotiazid ilə arterial təzyiqə kifayət qədər nəzarəti təmin etmək mümkün olmadıqda istifadə olunur.
Preparatın maddələrinə qarşı yüksək həssaslıq; sulfonamidlərə allergiya; ağır qaraciyər və böyrək çatışmazlığı; hamiləlik; anuriya; refraktor hipokaliemiya; simptomatik hiperürisemiya.
Hamiləlik dövründə əks göstərişdir. Hamiləlik müəyyən edildikdə dərhal dayandırılmalıdır. Əmizdirmə dövründə istifadə olunmamalıdır.
Gündə 1 dəfə 1 tablet. Yeməkdən asılı olmayaraq qəbul edilir. Həkim məsləhəti olmadan dayandırmaq olmaz.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-13847 |