Sevimlilərə əlavə edin
Paylaşın

Koldreks Hotrem Limon N10 Paket

Məhsul Kodu : 111-14442
İstehsalçı ölkə : Ispaniya
1 Şərh Şərh
9,60 AZN
Kateqoriya: Digər
KolleksiyaQiymət Xəbərdarlığı

COLDREX, HotRem

COLDREX tərkibi

Təsiredici maddələr:1 paketdə 750 mq parasetamol, 10 mq fenilefrin hidroxlorid, 60 mq askorbin turşusu (etilsellüloza örtüklü) vardır.

İstifadəsinə göstərişlər

“Soyuqdəymənin” və qripin aşağıdakı simptomlarının qısa müddətə yüngülləşməsi: bədən temperaturunun yüksəlməsi; burun və sinus boşluqlarının tutulması; mülayim intensivli ağrılar: boğazda ağrı, başağrısı, əzələlərdə ağrı, burun boşluğu nahiyəsində ağrı.

Əks göstərişlər

Preparatın istifadəsi aşağıdakı pasiyentlərdə əks göstərişdir: anamnezdə parasetamola, fenilefrinə, askorbin turşusuna və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrə qarşı yüksək həssaslıq; hazırda və ya son 2 həftə müddətində, bir qayda olaraq, depressiyanın müalicəsi üçün istifadə olunan monoaminooksidaza (MAO) fermentinin inhibitorlarının istifadəsi; feoxromositoma (böyrəküstü vəzinin nadir şişi); bağlıbucaqlı qlaukoma; qaraciyər və ya ağır böyrək çatışmazlığı; hipertoniya; hipertireoidizm (hiperaktiv qalxanabənzər vəzi ilə); şəkərli diabet (qanda şəkərin miqdarının yüksəlməsilə); ürək xəstəlikləri; trisiklik antidepressantlar və ya beta-blokatorlar qəbul edən. Digər simpatomimetik dekonhestantlarla eyni vaxtda istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Preparatı hamiləlik dövründə istifadə etmək olmaz, istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda mümkündür. Bu dərman vasitəsini hamiləlik dövründə həkim məsləhəti olmadan qəbul istifadə etmək olmaz. İstifadəsinin minimal effektiv dozanın mümkünlüyünü və müalicənin müddətini nəzərdən keçirmək vacibdir. Laktasiya dövrü Süd verən ana, körpə ana südü ilə qidalandığı dövrdə bu dərman vasitəsindən istifadə etməməlidir (istifadəsi, yalnız ana üçün gözlənilən fayda yenidoğulmuşa olan potensial riskdən üstün olduqda mümkündür). Süd verən ana, körpə ana südü ilə qidalandığı dövrdə bu dərman vasitəsindən həkim məsləhəti olmadan istifadə etməməlidir. Fenilefrin ana südünə nüfuz edə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə yarandıqda, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

COLDREX istifadə qaydası və dozası

Preparat, yalnız daxilə qəbul edilir. Paketin içərisindəki tozu 1 stəkana töküb, üzərinə qaynar su əlavə edib, həll olana qədər qarışdırmaq lazımdır. Ehtiyac olduqda, soyuq su əlavə etmək olar. Böyüklər (yaşlılar daxil olmaqla) və 12 yaşdan yuxarı uşaqlar Ehtiyac olduqda, hər 4-6 saatdan bir 1 paket. 24 saat ərzində 5 paketdən artıq istifadə etmək olmaz. Preparatı 4 saatdan tez qəbul etmək olmaz. 12 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür. Həkim məsləhəti olmadan 7 gündən artıq qəbul etmək olmaz. Qeyd edilən dozanı aşmaq olmaz. Effekt almaq üçün vacib olan ən kiçik doza və minimal qəbul müddəti seçilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-14442

Oxşar Məhsullar

6 Corn Plaster
1,30 AZN -%0
1,30AZN
A-Z Lutein Complex Sunlife N60 Tab
37,00 AZN -%0
37,00AZN
Acnelyse 0, 025% 20 g Krem
23,87 AZN -%0
23,87AZN
Acnelyse 0, 05% 20 g Krem
23,87 AZN -%0
23,87AZN
Acnelyse 0, 1% 20 g Krem
23,87 AZN -%0
23,87AZN
Acumet (Metronidazole) 100 ml (Aculife)
1,62 AZN -%0
1,62AZN
Adaklin 0.1% 30 g Gel
28,15 AZN -%0
28,15AZN
Afleksin Gel, 100 ml
20,30 AZN -%0
20,30AZN
Afroneks N10 Sam
34,20 AZN -%0
34,20AZN
Agno-One Forte N60 Cap
63,30 AZN -%0
63,30AZN
Agnubest N30 Cap
40,00 AZN -%0
40,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce