Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KONEKS 0,5MG N8 TB

Məhsul Kodu : 111-24129
İstehsalçı ölkə: Israil
41,35 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KONEKS, 0,5 tabletlər

KONEKS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,5 mq kaberqolin vardır.

İstifadəsinə göstərişlər

Hiperprolaktinemiyanın (prolaktin hormonun səviyyəsinin yüksəlməsi) müalicəsi üçün təyin olunur. Laktasiyanın inhibə olunması və supressiyası üçün nəzərdə tutulmuşdur.

Əks göstərişlər

-Kaberqolinə və preparatın tərkibinə daxil olan hər hansı bir komponentə, həmçinin çovdar mahmızı alkaloidlərinə qarşı hiperhəssaslıq; -nəzarət olunmayan arterial hipertenziya; -anamnezində fibroz dəyişikliklər nəticəsində ürək və tənəffüs funksiyalarının pozulmaları simptomları; -ürək klapanlarının struktur zədələnmələri; -yanaşı olaraq antipsixotik preparatların istifadəsi - doğuşdan sonra keçirilmiş depressiya -ağır qaraciyər çatışmazlığı; -preeklampsiya; -hamiləlik və laktasiya (əgər laktasiyanı azaltmaq üçün təyin olunmayıbsa); -16 yaşa qədər uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın qəbulu tövsiyə olunmur. Preparatı qəbul etməzdən əvvəl və əgər menstruasiya müddətindən 3 gün gecikmə müşahidə olunursa, onda hamiləlik testi ilə hamiləliyin olub -olmaması dəqiqləşdirilməlidir. Preparatla müalicə fonunda qeyri -hormonal kontraseptiv üsullardan istifadə olunmalıdır. Koneks ilə müalicə alarkən hamiləlik baş verərsə, preparatın q əbulu dərhal dayandırılmalıdır.

Bundan əlavə Koneks preparatının qəbulu dayandırıldıqdan sonra minimum 1 ay müddətində hamiləliyin baş verməsindən çəkinmək lazımdır (dölə olan mənfi təsirini nəzərə alaraq). Preparatın ana südü ilə xaric olunması haqda məlumat yoxdur. Lakin laktasiyanın qarşısını almaq və ya zəiflətmək üçün Koneks preparatının effekti olmadı qda analar uşağa süd verməni dayandırmalıdır. Hiperprolaktinemiya ilə bağlı pozulmalarda ana südü ilə qidalandırma arzusu olan analara Koneks preparatının təyin olunması məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Koneks qəbul edən pasiyentlərdə yuxululuq qeyd olunarsa, nəqliyyat vasitəsini idarə etməkdən və yüksək diqqət tələb edən fəaliyyət növlərindən çəkinmək məsləhət görülür.

KONEKS istifadə qaydası və dozası

Preparatı həkimin təyin etdiyi qaydada qəbul etmək lazımdır. İstifadə qaydası haqqında sualınız yaranarsa, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Koneks preparatı daxilə yeməkdən sonra qəbul olunur (qusma və ürəkbulanma kimi əlavə təsirləri azaltmaq üçün). Tabletləri çeynəmək olmaz!

Bölünən və ya əzilən tabletlərdir. Laktasiyanın qarşısının alınması: birdəfəlik 1 mq (0,5 mq-lıq 2 tablet), doğuşdan sonra ilk gün. Başlanmış laktasiyanın zəiflədilməsi: 0,25 mq (1/2 tablet) gündə 2 dəfə hər 12 saatdan bir 2 gün ərzində (ümumi doza 1 mq-a bərabərdir). Hiperprolaktinemiya ilə bağlı pozulmaların müalicəsi: tövsiyə olunan başlanğıc doza həftədə 0,5 mq təşkil edib birdəfəlik (0,5 mq- lıq 1 tablet) və ya iki dəfəyə (məsələn, həftənin birinci günü 0,25 mq (½ tablet) və həftənin dördüncü günü 0,25 mq (½ tablet)) qəbul edilə bilər.

Müalicəyə tam cavabın alınmasına qədər həkim dozanı artıra bilər. Həftəlik doza müalicəyə cavab reaksiyasından asılı olaraq 0,25- 4,5 mq arasında dəyişir. Koneks preparatını qəbul edən ilk dövrdə pasiyentlərə və ziyyəti dəyişərkən (uzanıqlı/oturaq vəziyyət) ehtiyatlı olmaq tövsiyə olunur, çünki preparat qan təzyiqini aşağı sala bilər, vəziyyətin dəyişilməsi zamanı başgicəllənmə ilə özünü büruzə verir.

Prepared by  T-Soft E-Commerce.