Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LETIRAM 1000MG N60 TB

Məhsul Kodu : 111-20457
İstehsalçı ölkə: Kipr
60,50 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LETİRAM, 250 mq; 500 mq; 750 mq; 1000 mq örtüklü tabletlər

LETİRAM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq, 500 mq, 750 mq və ya 1000 mq levetirasetam vardır.

İstifadəsinə göstərişlər

Letiram®, artıq epilepsiyaəleyhinə digər vasitələr qəbul edən pasiyentlərdə əlavə vasitə qismində aşağıdakı hallarda istifadə edilir: - böyüklərdə və 1 aydan yuxarı uşaqlarda parsial tutmaların müalicəsi zamanı olan və ya ikincili yayılması olmayan tutmaların müalicəsi; - yeniyetmə mioklonik epilepsiyalı böyüklərdə və 12 yaşdan yuxarı yeniyetmələrdə mioklonik tutmaların (əzələlərin və ya əzələ qruplarının qəflətən, sürətli dartılması) müalicəsi; - idiopatik yayılmış epilepsiyalı (ehtimal ki, genetik əsaslı epilepsiya növü) böyüklərdə və 12 yaşdan yuxarı yeniyetmələrdə birincili yayılmış tonik-klonik tutmaların müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyent hamilə olduqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, həkimə məlumat verməlidir. Hamiləlik Letiram® preparatını aşkar ehtiyac olmadıqda, hamiləlik dövründə qəbul etmək olmaz. Doğulacaq körpəyə olan riski tamamilə istisna etmək olmaz. Laktasiya dövrü Müalicə dövründə ana südü ilə qidalandırmaq məsləhət görülmür.

Reproduktiv funksiya Levetirasetam heyvanlar üzərində aparılan tədqiqatlarda pasiyentin tutmalarının nəzarəti üçün vacib olduğuna nisbətən daha yüksək dozada reproduktiv sistemə arzuolunmayan təsir nümayiş etdirmişdir. İstənilən dərman vasitəsinin istifadəsindən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Letiram® preparatı yuxululuğa səbəb olduğu üçün nəqliyyat idarə etmək və mexanizmlərdə işləmək qabiliyyətinə təsir edə bilər. Bu, müalicənin əvvəlində və ya dozanın artırılmasından sonra gözlənilir. Pasiyent, preparatın onun nəqliyyat idarə etmək və ya mexanizmlərdə işləmək qabiliyyətinə təsiri müəyyən edilməyənə qədər bu işləri görməkdən çəkinməlidir.

LETİRAM istifadə qaydası və dozası

Letiram® preparatını ciddi olaraq həkim təyinatı ilə qəbul etmək lazımdır. Hər hansı sual yarandıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Qəbul edilən tabletlərin sayı həkim tərəfindən təyin edilir. Letiram 250 mq Monoterapiya Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr üçün dozalanma Preparatı 500 mq sutkalıq dozanı 2 qəbula bölməklə (sutkda 2 dəfə 250 mq) başlamaq lazımdır.

2 həftədən sonra doza terapevtik dozaya qədər (1000 mq) artırıla bilər (sutkada 2 dəfə 500 mq). Maksimal sutkalıq doza 3000 mq (12 tablet) (sutkada 2 dəfə 1500 mq) təşkil edir. Məsələn: pasiyentin gündəlik dozası 1000 mq təşkil edtikdə, 2 tablet səhər, 2 tablet axşam qəbul etməlidir. Pasiyent ilk dəfə Letiram preparatını qəbul etdiyi halda həkim əvvəlcə məsləhət görülən adi kiçik dozaya keçməzdən öncə müalicənin ilk 2 həftəsində daha kiçik doza təyin etməlidir.

Əlavə terapiya Böyüklər və bədən kütləsi 50 kq və ya daha artıq olan yeniyetmələr (12-17 yaş) üçün dozalanma Müalicə sutkalıq doza 1000 mq olmaqla başlayır (2 qəbul arasında bölünür, 500 mq sutkada 2 dəfə). Klinik reaksiyadan və preparatın keçiriciliyindən asılı olaraq sutkalıq doza maksimal 3000 mq-a qədər artırıla bilər (1500 mq sutkada 2 dəfə). Dozanın sutkada 2 dəfə 500 mq dəyişdirilməsi hər 2-4 həftədən bir mümkündür. Məsələn: pasiyentin gündəlik dozası 1000 mq təşkil edtikdə, 2 tablet səhər, 2 tablet axşam qəbul etməlidir.

Körpələr (1-23 ay), uşaqlar (2-11 yaş) və bədən kütləsi 50 kq-dan az olan yeniyetmələr (12-17 yaş) üçün dozalanma Həkim uşaqlara yaşdan, bədən kütləsindən və dozadan asılı olaraq preparatın müvafiq dərman formasını təyin etməlidir. Tabletlərin köməyilə tələb olunan dozanın seçilməsi mümkün olmadıqda, 6 yaşdan aşağı, eləcə də, bədən kütləsi 25 kq-dan az olan uşaqlara və yeniyetmələrə (6-17 yaş) preparatın tərkibində 100 mq/ml levetirasetam olan daxilə qəbul üçün forması təyin edilir. Bədən çəkisi 25-50 kq olan uşaqlar və yeniyetmələr üçün dozalanma Adi doza: hər gün 250 mq gündə 2 dəfə, maksimum 750 mq gündə 2 dəfə. Məsələn: pasiyentin gündəlik dozası 1000 mq təşkil edtikdə, 2 tablet səhər, 2 tablet axşam qəbul etməlidir.

Letiram 500 mq Monoterapiya Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr üçün dozalanma Preparatı 500 mq sutkalıq dozanı 2 qəbula bölməklə (sutkda 2 dəfə 250 mq) başlamaq lazımdır. 2 həftədən sonra doza terapevtik dozaya qədər (1000 mq) artırıla bilər (sutkada 2 dəfə 500 mq). Maksimal sutkalıq doza 3000 mq (6 tablet) (sutkada 2 dəfə 1500 mq) təşkil edir. Məsələn: pasiyentin gündəlik dozası 2000 mq təşkil edtikdə, 2 tablet səhər, 2 tablet axşam qəbul etməlidir.

Pasiyent ilk dəfə Letiram preparatını qəbul etdiyi halda həkim əvvəlcə məsləhət görülən adi kiçik dozaya keçməzdən öncə müalicənin ilk 2 həftəsində daha kiçik doza təyin etməlidir. Uzun müddətli terapiya Böyüklər və bədən kütləsi 50 kq və ya daha artıq olan yeniyetmələr (12-17 yaş) üçün dozalanma Müalicə sutkalıq doza 1000 mq olmaqla başlayır (2 qəbul arasında bölünür, 500 mq sutkada 2 dəfə). Klinik reaksiyadan və preparatın keçiriciliyindən asılı olaraq sutkalıq doza maksimal 3000 mq-a qədər artırıla bilər (1500 mq sutkada 2 dəfə). Dozanın sutkada 2 dəfə 500 mq dəyişdirilməsi hər 2-4 həftədən bir mümkündür.

Məsələn: pasiyentin gündəlik dozası 1000 mq təşkil edtikdə, 1 tablet səhər, 1 tablet axşam qəbul etməlidir. Körpələr (1-23 ay), uşaqlar (2-11 yaş) və bədən kütləsi 50 kq-dan az olan yeniyetmələr (12-17 yaş) üçün dozalanma Həkim uşağa onun yaşından, bədən kütləsindən və dozadan asılı olaraq, preparatın müvafiq dərman formasını təyin etməlidir. Tabletlərin köməyilə tələb olunan dozanın seçilməsi mümkün olmadıqda, 6 yaşdan aşağı, eləcə də, bədən kütləsi 25 kq-dan az olan uşaqlara və yeniyetmələrə (6-17 yaş) preparatın tərkibində 100 mq/ml levetirasetam olan daxilə qəbul üçün forması təyin edilir. Bədən çəkisi 25-50 kq olan uşaqlar və yeniyetmələr üçün dozalanma Adi doza: hər gün 250 mq gündə 2 dəfə, maksimum 750 mq gündə 2 dəfə.

Məsələn: pasiyentin gündəlik dozası 1000 mq təşkil edtikdə, 1 tablet səhər, 1 tablet axşam qəbul etməlidir. Letiram 750 mq Monoterapiya Böyüklər və bədən kütləsi 50 kq və ya daha artıq olan yeniyetmələr üçün dozalanma Preparatı 500 mq sutkalıq dozanı 2 qəbula bölməklə (sutkda 2 dəfə 250 mq) başlamaq lazımdır. 2 həftədən sonra doza terapevtik dozaya qədər (1000 mq) artırıla bilər (sutkada 2 dəfə 500 mq). Maksimal sutkalıq doza 3000 mq (sutkada 2 dəfə 1500 mq) təşkil edir.

Məsələn: pasiyentin gündəlik dozası 3000 mq təşkil edtikdə, 2 tablet səhər, 2 tablet axşam qəbul etməlidir. Pasiyent ilk dəfə Letiram preparatını qəbul etdiyi halda həkim əvvəlcə məsləhət görülən adi kiçik dozaya keçməzdən öncə müalicənin ilk 2 həftəsində daha kiçik doza təyin etməlidir. Əlavə terapiya Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr üçün dozalanma Müalicə sutkalıq doza 1000 mq olmaqla başlayır (2 qəbul arasında bölünür, 500 mq sutkada 2 dəfə). Klinik reaksiyadan və preparatın keçiriciliyindən asılı olaraq sutkalıq doza maksimal 3000 mq-a qədər artırıla bilər (1500 mq sutkada 2 dəfə).

Dozanın sutkada 2 dəfə 500 mq dəyişdirilməsi hər 2-4 həftədən bir mümkündür. Məsələn: pasiyentin gündəlik dozası 1500 mq təşkil edtikdə, 1 tablet səhər, 1 tablet axşam qəbul etməlidir. Körpələr (1-23 ay), uşaqlar (2-11 yaş) və bədən kütləsi 50 kq-dan az olan yeniyetmələr (12-17 yaş) üçün dozalanma Həkim uşaqlara yaşdan, bədən kütləsindən və dozadan asılı olaraq preparatın müvafiq dərman formasını təyin etməlidir. Tabletlərin köməyilə tələb olunan dozanın seçilməsi mümkün olmadıqda, 6 yaşdan aşağı, eləcə də, bədən kütləsi 25 kq-dan az olan uşaqlara və yeniyetmələrə (6-17 yaş) preparatın tərkibində 100 mq/ml levetirasetam olan daxilə qəbul üçün forması təyin edilir.

Bədən kütləsi 25-50 kq olan uşaqlar və yeniyetmələr üçün dozalanma Adi doza: hər gün 250 mq gündə 2 dəfə, maksimum 750 mq gündə 2 dəfə. Məsələn: pasiyentin gündəlik dozası 1500 mq təşkil edtikdə, 1 tablet səhər, 1 tablet axşam qəbul etməlidir. Letiram 1000 mq Monoterapiya Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr üçün dozalanma Preparatı 500 mq sutkalıq dozanı 2 qəbula bölməklə (sutkda 2 dəfə 250 mq) başlamaq lazımdır. 2 həftədən sonra doza terapevtik dozaya qədər (1000 mq) artırıla bilər (sutkada 2 dəfə 500 mq).

Maksimal sutkalıq doza 3000 mq (sutkada 2 dəfə 1500 mq) təşkil edir. Məsələn: pasiyentin gündəlik dozası 2000 mq təşkil edtikdə, 1 tablet səhər, 1 tablet axşam qəbul etməlidir. Pasiyent ilk dəfə Letiram preparatını qəbul etdiyi halda həkim əvvəlcə məsləhət görülən adi kiçik dozaya keçməzdən öncə müalicənin ilk 2 həftəsində daha kiçik doza təyin etməlidir. Əlavə terapiya Böyüklər və bədən kütləsi 50 kq və ya daha artıq olan yeniyetmələr (12-17 yaş) üçün dozalanma Müalicə sutkalıq doza 1000 mq olmaqla başlayır (2 qəbul arasında bölünür, 500 mq sutkada 2 dəfə).

Klinik reaksiyadan və preparatın keçiriciliyindən asılı olaraq sutkalıq doza maksimal 3000 mq-a qədər artırıla bilər (1500 mq sutkada 2 dəfə). Dozanın sutkada 2 dəfə 500 mq dəyişdirilməsi hər 2-4 həftədən bir mümkündür. Məsələn: pasiyentin gündəlik dozası 2000 mq təşkil edtikdə, 1 tablet səhər, 1 tablet axşam qəbul etməlidir. Körpələr (1-23 ay), uşaqlar (2-11 yaş) və bədən kütləsi 50 kq-dan az olan yeniyetmələr (12-17 yaş) üçün dozalanma Həkim uşaqlara yaşdan, bədən kütləsindən və dozadan asılı olaraq preparatın müvafiq dərman formasını təyin etməlidir.

Tabletlərin köməyilə tələb olunan dozanın seçilməsi mümkün olmadıqda, 6 yaşdan aşağı, eləcə də, bədən kütləsi 25 kq-dan az olan uşaqlara və yeniyetmələrə (6-17 yaş) preparatın tərkibində 100 mq/ml levetirasetam olan daxilə qəbul üçün forması təyin edilir. Bədən kütləsi 25-50 kq olan uşaqlar və yeniyetmələr üçün dozalanma Adi doza: hər gün 250 mq gündə 2 dəfə, maksimum 750 mq gündə 2 dəfə. 1000 mq-lıq tabletlərin köməyilə optimal dozanı seçmək mümkün deyil. Yaşlılar (65 yaşdan yuxarı) Böyrək funksiyası pozulmuş yaşlılarda dozanın korreksiyası məsləhət görülür.

Böyrək çatışmazlığı Levetirasetam böyrəklər vasitəsilə xaric olduğuna görə preparatı böyrək çatışmazlığı olan və yaşlı xəstələrə təyin etdikdə dozanı kreatininin klirensindən (KK) asılı olaraq korreksiya etmək lazımdır. Böyrək çatışmazlığı KK (ml/dəqiqə/1,73 m²) Dozalanma rejimi Norma > 80 sutkada 2 dəfə 500-1500 mq Latent 50-79 sutkada 2 dəfə 500-1000 mq Kompensə olunmuş 30-49 sutkada 2 dəfə 250-750 mq Aralıq mərhələ < 30 sutkada 2 dəfə 250-500 mq Terminal mərhələ (dializ qəbul edən xəstə*) - Sutkada 1 dəfə** 500-1000 mq *Müalicınin birinci günü yüklənmiş 750 mq doza. **Dializdən sonra əlavə 250-500 mq doza məsləhət görülür. Böyrək çatışmazlığı olan uşaqlarda levetirasetamın dozasının korreksiyası böyrək çatışmazlığının dərəcəsindən asılıdır.

Böyrək çatışmazlığı olan uşaqlar və bədən kütləsi 50 kq-dan az olan yeniyetmələrdə dozalanma rejimi. Böyrək çatışmazlığı KK (ml/dəqiqə/1,73 m²) Dozalanma rejimi Norma > 80 sutkada 2 dəfə 10-30 mq/kq Latent 50-79 sutkada 2 dəfə 10-20 mq/kq Kompensə olunmuş 30-49 sutkada 2 dəfə 5-15 mq/kq Aralıq mərhələ < 30 sutkada 2 dəfə 5-10 mq/kq Terminal mərhələ (dializ qəbul edən xəstə*) - sutkada 1 dəfə 10-20 mq/kq (*) (**) *Müalicınin birinci günü yüklənmiş 15mq/kq doza. **Dializdən sonra əlavə 5-10 mq/kq doza məsləhət görülür. Qaraciyər funksiyasının yüngül və orta dərəcəli pozğunluğu olan xəsətələrdə dozalanma rejiminin korreksiyası tələb olunmur.

Preparat qaraciyər xəstəliklərinin dekompensasiya mərhələsində olan və böyrək çatışmazlığı olan xəstələrdə KK-nin enməsi böyrək çatışmazlığının ağırlığını tam olaraq əks etdirməyə bilər. Belə hallarda KK < 60 Ml/dəqiqə/1,73 m² olarsa, sutkalıq dozanı 50 % azaltmaq məsləhət görülür. İstifadə qaydası Tabletlər daxilə istifadə edilir. Tabletləri gündə 2 dəfə, səhər və axşam, mümkün qədər sutkanın eyni vaxtında qəbil etmək lazımdır.

Letiram® tabletlərini kifayət qədər maye (məsələn, 1 stakan su) ilə udmaq lazımdır. Preparatı qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Müalicənin müddəti Letiram® uzun müddətli müalicə üçün istifadə edilir. Preparatın qəbulu həkim tərəfindən müəyyən edilmiş vaxt ərzində davam etdirilməlidir.

Həkimlə məsləhətləşmədən müalicəni dayandırmaq olmaz, belə ki, bunun nəticəsində pasiyentin tutmalarının sayı arta bilər. Letiram® tabletlərinin qəbulu unudulduqda Pasiyent preparatın qəbulunu bir və ya daha artıq dəfə ötürdükdə, həkimə məlumat verməlidir. Ötürülən dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz. Letiram® tabletlərinin qəbulu dayandırıldıqda Digər epilepsiyaəleyhinə preparatlarda olduğu kimi tutmaların sayının artmasının qarşısını almaq məqsədilə Letiram® preparatı ilə müalicənin dayandırılması da tədricən olmalıdır.

Həkim Letiram® preparatı ilə müalicənin dayandırılmasına qərar verdiyi zaman preparatın qəbulun tədricən dayandırılması barədə təlimat verməlidir. Bu preparatın qəbulu üzrə hər hansı sual yarandıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.