Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LETRA 2,5MG N30

Məhsul Kodu : 111-30102
İstehsalçı ölkə: Türkiye
40,00 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İçlik, vərəqini müalicəniz davam etdiyi müddətdə lazım gəldikdə oxumanız üçün özünüzdə saxlayın

İçlik tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq letrozol vardır.

İstifadəsinə göstərişlər

Letrozol dərman vasitəsi hormon reseptorları neqativ olan xəstəliklər zamanı istifadə edilmir. Letrozol aşağıdakı hallarda isitifadə edilir. • Hormon reseptoru (estrogen (ER) və/və ya progesteron (PR) reseptoru) müsbət, erkən mərhələdə invaziv süd vəzi xərçəngi olan postmenopauza dövründəki qadınların adyuvant müalicəsi zamanı; • Postmenopauza dövründə olan, hormon reseptorları (ER və/və ya PR reseptorları) müsbət, erkən mərhələli invaziv süd vəzi xərçəngi olan, əvvəllər standart (5 il ərzində) tamoksifen istifadə etmiş pasiyentlərdə uzunmüddətli adyuvant müalicə zamanı; • Metastatik və lokal irəliləmiş süd vəzi xərçəngi olan, hormon reseptoru (ER və/v ə ya PR) müsbət olan postmenopauza dövründəki qadın xəstələrdə birinci sıra müalicə kimi; • Tamoksifenlə müalicədən sonra təkrarlanan və ya irəliləmiş süd vəzi xərçəngi olan postmenopauza dövründəki qadınların müalicəsi zamanı.

Əks göstərişlər

Letrozola və ya preparatın hər hansı köməkçi komponentinə qarşı yüksək həssaslıq; postmenopauza dövrünə xas endokrin pozulmalar, premenopauzal endokrin status, hamiləlik, südvermə dövrü, 18 yaşadək uşaqlar. Ehtiyatla istifadə edilməlidir: ağır böyrək çatışmazl ığı (KK <10 ml/dəq), ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu klassifikasiyasına əsasən C sinfi), CYP3A4 и CYP2A6 izofermentlərinin güclü inhibitorları ilə eyni zamanda istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Letrozol hamiləlikdə və süd vermə zamanı əks göstərişdir. Letra tabletlər yalnız postmenopauza dövründə təyin edilir. Əgər sizdə menstruasiya davam edirsə və ya siz hamiləlik planlaşdırırsızsa bu barədə həkiminizə mütləq məlumat verin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Letrozolun ümumi zəiflik, yuxululuq və baş gicəllənməsi kimi bəzi əlavə təs irləri yüksək diqqət və konsentrasiya tələb edən fəaliyyət sahələrində nəzərə alınmalıdır. Bu baxımdan, nəqliyyat vasitələrinin və texnikanın idarə olunması zamanı xəstələrə ehtiyatlı olmaq tövsiyə edilir. Yuxarıdakı əlavə təsirlərin yaranması hallarında göstərilən fəaliyyətləri dayandırmaq lazımdır. Letra tabletlərdə laktoza (süd şəkəri) olduğundan laktozaya qarşı allergiyanız varsa bu barədə həkiminizə bildirin və məsləhətləşin.

65 yaşdan yuxarı pasiyentlərdə dozanın dəyişdirilməsinə ehtiyac yoxdur və s tandart doza şəklində qəbul edilir.

İçlik istifadə qaydası və dozası

Letra preparatının qəbulu zamanı həkimin göstərişinə ciddi əməl edilməlidir. Tövsiyə edilən sutkalıq doza gündə 1 tablet təşkil edir. Letra tablet hər g ün eyni saatda, bütöv halda, qida qəbulundan asılı olmayaraq, bir stəkan su ilə qəbul edilməlidir. Letra tabletlə müalicə müddəti həkimin göstərişinə əsasən aylarla, hətta illərlə davam edə bilər.

Müalicə müntəzəm həkim nəzarəti altında həyata keçirilməlidir. Letrozolun qəbulu zamanı estrogenlərin azalması nəticəsində sümüklərin incəlməsi (osteoporoz) yarana biləcəyindən müalicə müddətində və müalicədən sonra həkiminiz sümüklərin sıxlığını ölçməyə qərar verə bilər. Əgər Letra tabletin qəbulunu unutmusuzsa və artıq növbəti dozanın qəbuluna az qalıbsa (təxminən 2 -3 saat) bu zaman unutduğunuz dozanı yox, növbəti dozanı qəbul etməlisiniz. Unudulmuş dozanı ikiqat doza şəklində qəbul etməyin.

Həkimin tövsiyəsi olmadan Letra tabletin qəbulunu dayandırmayın.

Prepared by  T-Soft E-Commerce.