Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LETRASAN 2,5MG N30 TB

Məhsul Kodu : 111-52298
İstehsalçı ölkə: Türkiye
37,38 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LETRASAN, 2,5 mq örtüklü tabletlər

LETRASAN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq letrozol vardır.

İstifadəsinə göstərişlər

Letrozol hormonal reseptor-mənfi xəstəliklər zamanı təyin edilmir. Letrozol aşağıdakı hallarda təyin edilir: ˗ Postmenopauza dövründə olan qadınlarda hormonal reseptora (estrogen (ER) və/və ya progesteron (PR) reseptoru) müsbət süd vəzisinin xərçənginin erkən mərhələlərində adyuvant müalicəsi. ˗ Tamoksifenlə standart adyuvant müalicə aparılmış (5 il) postmenopauza dövründə olan qadınlarda hormonal reseptora (ER və/və ya PR reseptoru) müsbət olan süd vəzisi xərçənginin erkən mərhələlərində genişləndirilmiş adyuvant müalicə. ˗ Postmenopauza dövründə olan qadınlarda hormonal reseptora (ER və/və ya PR) müsbət olan süd vəzisi xərçənginin yayılmış formalarının müalicəsinin birinci sıra preparatı kimi.

˗ Tamoksifen ilə müalicədən sonra residiv və ya xəstəliyi inkişaf edən, postmenopauza dövründə olan qadınlarda süd vəzisi xərçənginin müalicəsi.

Əks göstərişlər

˗ Təsiredici maddəyə və ya preparatın tərkibində olan hər hansı digər maddəyə qarşı hiperhəssaslıq. ˗ Menopauzaönü dövr üçün xarakterik olan endokrin status, ˗ Hamiləlik və laktasiya dövrü (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə baxın).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi Hamiləlik kateqoriyası X. Reproduktivlik potensialı olan qadınlar / Kontrasepsiya Letrasan preparatı yalnız postmenopauzalı endokrin statusu təsdiq olunmuş qadınlarda istifadə olunmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Terapiyanın başlanğıcında aydın postmenopauza vəziyyətinə baxmayaraq, letrozol ilə müalicə zamanı qadınlarda yumurtalıq funksiyasının bərpası ilə bağlı məlumatlar olduğu üçün, həkim lazım olduqda adekvat kontrasepsiyanı müzakirə etməlidir. Hamiləlik İnsan təcrübəsində bəzi doğuş qüsurları hallarına (dodaqların birləşməsi, anormal cinsiyyət orqanları) əsaslanaraq, letrozol hamiləlik zamanı istifadə edilərkən malformasiyalara səbəb ola bilər.

Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktivlik toksiklikliyi göstərmişdir. Letrasan preparatının istifadəsi hamiləlik dövründə əks göstərişdir (“Əks göstərişlər” bölməsinə baxın). Laktasiya Letrozolun və onun metabolitlərinin ana südünə keçməsi məlum deyil. Yenidoğulmuşlar/ körpələr üçün risk istisna edilmir.

Letrasan ana südü ilə qidalanma zamanı əks göstərişdir (“Əks göstərişlər” bölməsinə baxın). Fertillik Letrozolun farmakoloji təsiri aromatazanın tormozlanması ilə estrogen ifrazının azalmasından ibarətdir. Menopauzaönü qadınlarda, estrogen sintezinin tormozlanması qonadotropinlərin (LH, FSH) artmasına səbəb olur. Yüksək FSH səviyyəsi öz növbəsində follikulyar inkişafı stimulyasiya edərək, ovulyasiyaya səbəb ola bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Letrasan preparatı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə zəif təsir edir. Preparatla müalicə zamanı ümumi zəiflik və başgicəllənmə, həmçinin bəzən yuxululuq müşahidə edildiyindən, nəqliyyat idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olduqda ehtiyatlı olmaq tövsiyə olunur.

LETRASAN istifadə qaydası və dozası

Dozalanma:qəbul tezliyi və müddəti Letrasan preparatının böyüklər üçün tövsiyə olunan dozası hər gün, gündə 1 dəfə 2,5 mq təşkil edir. Adyuvant və genişləndirilmiş adyuvant rejimi zamanı Letrasan preparatı ilə müalicə 5 il ərzində və ya xəstəliyin residivi baş verənə qədər davam etdirilməlidir (hər hansı birinci baş verərsə). Adyuvant müalicə şəraitində tamoksifenlə letrozolun müqayisəsini öyrənən geniş əsaslı müayinədə, letrozolun 5 il ərzində davamlı istifadəsi ilə müqayisədə letrozol və tamoksifenin ardıcıl istifadəsi zamanı effektivlik və təhlükəsizliyiə dair üstünlük aşkar olunmayıb. Metastazları olan qadın pasiyentlərdə Letrasan preparatı ilə müalicəni xəstəliyin proqressiyaedici əlamətləri aydın aşkar olunana qədər davam etmək lazımdır.

Həkimin tövsiyəsi olmadan istifadə edilməməlidir. Həkim tərəfindən başqa bir tövsiyə edilmədikdə, yuxarıda göstərilən doza istifadə olunur. İstifadə qaydası Letrasan preparatı qidanın qəbulundan asılı olmadan daxilə qəbul edilir, çünki qida preparatın sorulma dərəcəsinə təsir etmir. Letrasan preparatı gündə bir dəfə və mümkün qədər günün eyni vaxtında istifadə olunmalıdır.

Buraxılan dozanı mümkün qədər tez qəbul etmək lazımdır. Lakin növbəti dozanın vaxtı yaxınlaşarsa, unudulmuş dozanı buraxıb, müntəzəm dozalanma rejimi ilə davam etmək lazımdır. Dozanı iki dəfə artırmaq olmaz, çünki 2,5 mq olan gündəlik tövsiyə edilən dozanın artırılmasında sistem ekspozisiyanın həddindən artıq proporsionallığı müşahidə olunub. Xüsusi populyasiyalara dair əlavə məlumat Böyrək çatışmazlığı Kreatinin klirensi (C Lcr) ≥ 10ml/dəq olduqda böyrək çatışmazlığı olan pasiyentlər üçün preparatın dozasının korreksiyası tələb olunmur.

Kreatinin klirensi C Lcr <10ml/dəq olduğu zaman böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə əldə edilmiş məlumatlar kifayət qədər deyil. Qaraciyər çatışmazlığı Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlər üçün (Çayld-Pyu şkalası üzrə A və B sinifi) Letrasan preparatın dozasının korreksiyası tələb olunmur. Qaraciyər funksiyasının ağır pozğunluğu olan pasiyentlər üzrə məlumat kifayət qədər olmadığına görə bu pasiyentlər (Çayld-Pyu şkalası üzrə C sinifi) həkimin ciddi nəzarətində olmalıdır. Uşaqlar Letrasan preparatın uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə edilmir.

17 yaşa qədər olan uşaqlarda və yeniyetmələrdə letrozolun təhlükəsizliyi və effektivliyi təsdiq olunmamışdır. Məhdud məlumatlar mövcuddur və dozalanma ilə bağlı heç bir tövsiyə edilə bilməz. Yaşlı xəstələr Yaşlı xəstələr üçün preparatın dozasının korreksiyası tələb olunmur.

Prepared by  T-Soft E-Commerce.