Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LIDOKAIN 1% 4ML N10 AMP

Məhsul Kodu : 111-27201
İstehsalçı ölkə: Çin
2,40 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LİDOKAİN, 1% DR.PRÜFER inyeksiya üçün məhlul

LİDOKAİN tərkibi

Təsiredici maddə: 1 ampulda (4 ml) 40 mq lidokain hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Açıq ürəkdə aparılan əməliyyat zamanı və kəskin miokard infarktı zamanı mədəcik aritmiyasının müalicəsi. İnfiltrasiya zamanı, regionar anesteziya, sinir blokadası, venadaxili regionar v ə spinal anesteziya zamanı yerli anestetik kimi.

Əks göstərişlər

Yerli anestetiklərə qarşı yüksək həssaslığı olan pasiyentl ərdə istifadəsi əks göstərişdir. Lidokain hidroxlorid hipovolemiyası, ürək döyüntüsü və ya digər keçiricilik pozğunluqları, bradikardiyası, ağır miokard depressiyası, ürək dekompensasiyası v ə ya hipotenziyası, porfiriyası olan pasiyentlərə təyin edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat plasentar baryerdən keçir və döldə bradikardiya törədə bilər, ona görə də hamiləlik dövründə lidokainin istifadəsi tövsiyə olunmur. Preparatdan istifadə zəruri olarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

anesteziya tam aradan qalxana qədər bu fəaliyyətlərlə məşğul olmaq məsləhət görülmür.

LİDOKAİN istifadə qaydası və dozası

Mədəcik aritmiyasının müalic əsi zamanı böyüklər üçün bolyus doza 50 - 100 mq 2-4 dəqiqə ərzində tədrici venadaxili inyeksiya ş əklində yeridilə bilər. Ardınca 0,1% -dən 0,2% -ə qədər məhlulu (Dekstrozanın inyeksiya üçün suda 5%-li m əhlulunda) xəstənin ehtiyaclarına müvafiq olaraq 1-4 mq/dəqiqə sürətlə venadaxili infuziya şəklində yeridilə bilər. 1 saat ərzində 200-300 mq-dan artıq doza yeridilm əməlidir. Yaşlı v ə durgun ürək çatışmazlığı v ə ya kardiogen şokda olan pasiyentlərə daha aşağı bolyus doza tələb oluna bilər.

Yerli anestetik kimi 1. İnfiltrasion anesteziya – 0,5 - 1,0%-li məhlul istifadə olunur. 2. Regionar anesteziya – 0,5%-li məhlul.

3. Sinir blokadası anesteziyası – hansı sinirin, sinir düyününün v ə ya sinir lifi növünd ən asılı olaraq – 1%-li məhlul. 4. Yuxarı ətrafların venadaxili regionar anesteziyası –1,5 mq/kq bədən kütləsi hesabı ilə 0,5%-li məhlul.

5. Spinal anesteziya – yüksək döş q əfəsi anesteziyası t ələb olunarsa, 100 mq lidokain istifad ə edilə bilər. 6. Epidural anesteziya – tələb olunan anesteziyanın seqmentar s əviyyəsinə görə müəyyən edilir.

Epidural anesteziya zamanı yeridilən yerli anestetikin həcmi əsasən blokadaya alınmalı olan sinir liflərinin tipind ən (növünd ən), anesteziyanın t ələb olunan s əviyyəsindən v ə tətbiq olunan texnikadan asılı olaraq təyin edilir.

Prepared by  T-Soft E-Commerce.