Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LONGIDAZA 3000 IU N5 FLK

Məhsul Kodu : 111-07157
73,44 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LONGİDAZA, inyeksiya məhlulu hazırlamaq üçün liofilizat

LONGİDAZA tərkibi

Təsiredici maddə: 1 flakonda 3000 BV bovhialuronidaza azoksimer vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə birləşdirici toxumanın hiperplaziyası ilə müşayiət olunan xəstəliklərin müalicəsi və profilaktikası üçün kompleks terapiyanın tərkibində: ˗ ginekologiyada – daxili cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, o cümlədən tubalperitoneal sonsuzluq, uşaqlıqdaxili sinexiya, xroniki endometrit zamanı çanaqda bitişmə prosesinin müalicəsi və profilaktikası; ˗ urologiyada – xroniki prostatitin, interstisial sistitin müalicəsi; ˗ cərrahiyyədə - qarın boşluğu orqanlarına və uzun müddət sağalmayan yaralara cərrahi müdaxilələrdən sonra bitişmələrin müalicəsi və profilaktikası; ˗ dermatovenerologiya və kosmetologiyada – məhdud sklerodermanın, qeyri-infeksion onixodistrofiyanın, piodermadan, travmalardan, yanıqlardan, əməliyyatlardan, çapıqlı deformasiyaları (postakne) ilə II-IV mərhələsində olan adi sızanaqlardan sonra keloid, hipertrofik çapıqların müalicəsi; ˗ pulmonologiya və ftiziatriyada – pnevmosklerozun, fibrozlu alveolitlərin, vərəmin (kavernoz-fibroz, infiltrativ, tuberkuloma) müalicəsi; ˗ revmatologiyada – oynaq kontrakturalarının, o cümlədən Dyupyuitren kontrakturasının və əlin tendogen kontrakturalarının, artrozların, ankilozlaşdırıcı spondilitlərin, hematomaların müalicəsi; ˗ biomənimsənilmənin artırılması – urologiyada, ginekologiyada, cərrahiyyədə, dermatovenerologiyada, pulmonologiyada antibakterial preparatların birlikdə istifadəsi zamanı, yerli anestetiklərin təsirinin artırılması.

Əks göstərişlər

˗ Preparatın təsiredici maddəsinə və ya köməkçi komponentlərinə qarşı hiperhəssaslıq, ˗ kəskin infeksion xəstəliklər, ˗ ağciyər qanaxması və qanlı bəlğəm, ˗ şüşəvari cisimdə yeni qanaxma, ˗ bədxassəli şişlər; ˗ kəskin böyrək çatışmazlığı, ˗ 18 yaşa qədər uşaqlar və yeniyetmələr (klinik tədqiqatların nəticələri mövcud deyil), ˗ hamiləlik. Preparatın fizioterapiya prosedurlarının vasitəsilə istifadəsi zamanı əks göstərişlər: ˗ lazer süalarına və ultrasəs təsirinə yüksək həssaslıq, ˗ fotodermatit, ˗ steroid hormonal preparatlarının qəbulu, ˗ oynaq nahiyəsində iltihabi proses, ˗ fizioterapiya prosedurlarının əks göstəriş olduğu somatik xəstəliklər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Longidaza preparatının istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Longidaza preparatının istifadəsi nəqliyyat vasitələrini idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq qabiliyyətinə təsir göstərmir.

LONGİDAZA istifadə qaydası və dozası

Dozalanma rejimi Məhlulun hazırlanması 1. Dərialtı və ya əzələdaxili yeridilmə üçün Longidaza® 3000 BV preparatının flakonunun tərkibi 1,0-2,0 ml 0,5% prokain (novokain) məhlulunda həll edilir. Prokainə (novokainə) qarşı dözümsüzlük halında Longidaza® eyni həcmdə inyeksiya üçün 0,9% natrium xlorid məhlulu və ya inyeksiya üçün suda həll edilir. 2.

Onixodistrofiyanın müalicəsi üçün fotoforez üsulu ilə istifadə edildikdə, Longidaza® 3000 BV flakonunun tərkibi 0,5 ml distillə edilmiş suda, 3-4 dəqiqə ərzində həll edilir, barmaqların distal falanqalarına 1 damcı (təxminən Longidaza® 300 BV) tətbiq olunur. 3. Adi sızanaqların fotoforez və ya ultrafonoforez ilə müalicəsi zamanı 1 flakon Longidaza® 3000 BV 2-5 ml ultrasəs gelində (“Mediagel-T”) həll edilir və zədələnmiş nahiyəyə tətbiq olunur. 4.

Kontrakturaların ultrasəs vasitəsilə müalicəsi zamanı Longidaza® 3000 BV preparatının flakonun tərkibi 1,0 ml fizioloji məhlulunda həll edilir, 5-7 q vazelin ilə qarışdırılır və çapıq nahiyəsinə çəkilir. 5. Biomənimsənilmənin artırılması üçün, Longidaza® 3000 BV flakonunun tərkibi 2,0 ml-də, 1500 BV dozada flakon isə 1,0 ml 0,9% natrium xlorid inyeksiya üçün məhlulunda həll edilir. Həlledicini flakona yavaş yeritmək, 2-3 dəqiqə gözləmək və zülalın köpüklənməməsinin qarşısını almaq üçün flakonu silkələnmədən ehtiyatla qarışdırmaq lazımdır.

Parenteral yeridilmə üçün hazırlanmış məhlulu saxlamaq olmaz. Venadaxili yeridilməməlidir! Tövsiyə olunan profilaktika və müalicə rejimləri Profilaktika üçün Qarın boşluğu və kiçik çanaq orqanlarında cərrahi müdaxilələrdən sonra bitişmə xəstəliyinin və kobud çapıqların profilaktikası üçün 3000 BV dozada əzələdaxili 3 gündən bir, ümumi 5 inyeksiya kursu ilə təyin edilir. Lazım gəldikdə, Longidaza® preparatının istifadəsi 5 gündən bir yeridilməklə ümumi kursu 10 inyeksiyaya qədər davam etdirilə bilər.

Müalicə üçün Ginekologiyada: ˗ daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri nəticəsində kiçik çanaqda bitişmələr zamanı 3000 BV dozada əzələdaxili 3-5 gündən bir yeridilir, ümumi kurs - 10-15 inyeksiya təşkil edir; ˗ boru-peritoneal sonsuzluq zamanı 3000 BV dozada əzələdaxili yeridilir, ümumi kurs - 15 inyeksiyaya qədər: ilk 5 inyeksiya 3 gündən bir, sonra 5 gündən bir tətbiq olunur. Urologiyada: ˗ xroniki prostatit zamanı 3000 BV dozada əzələdaxili 5 gündən bir yeridilir, ümumi kurs - 10-15 inyeksiya təşkil edir; ˗ interstisial sistit zamanı 3000 BV dozada əzələdaxili 5 gündən bir yeridilir, ümumi kurs - 10 inyeksiyaya qədər təşkil edir. Cərrahiyyədə: ˗ qarın boşluğu orqanlarında cərrahi müdaxilələrdən sonra bitişmələr zamanı 3000 BV dozada əzələdaxili 3-5 gündən bir yeridilir, ümumi kurs - 10-15 inyeksiya təşkil edir; ˗ uzunmüddətli sağalmayan yaralar zamanı 3000 BV dozada əzələdaxili 5 gündən bir yeridilir, ümumi kurs - 10-15 inyeksiya təşkil edir; Dermatovenerologiyada, kosmetologiyada: ˗ məhdud skleroderma zamanı 3000 BV dozada əzələdaxili 3-5 gündən bir yeridilir, ümumi kurs – 20 inyeksiyaya qədər. Doza və kurs xəstəliyin klinik gedişatından, mərhələsindən, lokalizasiyasından və xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq fərdi olaraq seçilir; ˗ qeyri-infeksion onixodistrofiya: hazırlanmış məhluldan 1 damcı (təxminən 300 BV Longidaza®) dırnaqların arxa qatının proyeksiya sahəsinə vaxt intervalı olmadan, aşağı intensivlikli infraqırmızı lazer şüası (80-1500 Hz impulsların təkrarlanma tezliyi, 110- 160 ns impuls müddəti, 4-6 Vt/impuls gücündə) ilə tətbiq olunur.

Fotoforez kontakt-stabil texnikaya uyğun olaraq həyata keçirilir, hər sahəyə 1 dəqiqə, əllərin və ya ayaqların dırnaqlarının təcrid olunmuş zədələnməsi halında ümumi məruz qalma müddəti 10 dəqiqəyə qədər və əllərin və ya ayaqların dırnaqlarının yanaşı zədələnməsi zamanı 20 dəqiqəyə qədərdir. Kurs gündə bir dəfə 15 prosedur təşkil edir; ˗ pioderma, yanıqlar, əməliyyatlar, travmalardan sonra keloid, hipertrofik və formalaşan çapıqlar: 3000 BV dozada zədələnmə yerinin yaxınlığında çapıqdaxili və ya dərialtı inyeksiya 3 gündən bir yeridilir, ümumi kurs 15 inyeksiyaya qədər təşkil edir. Longidaza® preparatının həll olunan həcmi inyeksiya nöqtələrinin sayından asılı olaraq həkim tərəfindən seçilir. Lazım gədikdə, kurs sxemə uyğun olaraq 5 gündən bir 25 inyeksiyaya qədər davam etdirilə bilər.

Dərinin zədələnmə sahəsindən və çapığın əmələ gəlmə müddətindən asılı olaraq, preparat alternativ olaraq 3000 BV dozada 5 gündən bir dərialtı və əzələdaxili inyeksiyaların növbələşməsi ilə yeridilə bilər, ümumi kurs 20 inyeksiyaya qədər; ˗ çapıqlı deformasiyalı (postakne) II-IV mərhələsində olan adi sızanaqların müalicəsi: 3000 BV dozada həftədə 2 inyeksiya əzələdaxili yeridilir, ümumi kurs - 10 inyeksiyaya qədər. Longidaza® preparatı fotoforez və ya ultrafonoforez proseduru ilə gündə 3000 BV dozada, həftədə 5 gün - 3 həftə ərzində yeridilir, hər kursda 15 seans tətbiq oluna bilər. Hazırlanmış məhlul zədələnmiş nahiyəyə tətbiq olunur və vaxt intervalı olmadan 80-1500 Hz impuls təkrar tezliyi ilə aşağı intensivlikli infraqırmızı lazer şüalanması və ya davamlı və ya impuls rejimində 880 k Hz -1 M Hz tezliyə malik ultrasəs istifadə olunur. Zədələnmə ocağı üzdə lokallaşdıqda, ultrasəsin intensivliyi 0,2-0,4 W/sm2 təşkil edir.

Məruz qalma sahəsindən asılı olaraq kiçik - 1 sm2, orta - 2 sm2 və ya böyük - 4 sm2 şüalandırıcı istifadə olunur. Ekspozisiya üsulu təmaslı labildir. Ümumi təsir sahəsi 50 sm2-dən çox olmamalıdır. Ümumi məruz qalma müddəti 5 dəqiqədir.

Pulmonologiya və ftiziatriyada: ˗ pnevmoskleroz zamanı 3000 BV dozada əzələdaxili 5 gündən bir yeridilir, ümumi kurs - 10 inyeksiya təşkil edir; ˗ fibrozlu alveolit 3000 BV dozada əzələdaxili 5 gündən bir yeridilir, ümumi kurs - 15 inyeksiya təşkil edir, sonra 10 gündən bir dəstəkləyici terapiya aparılır, ümumi kurs - 25 inyeksiyaya qədər; ˗ vərəm zamanı 3000 BV dozada əzələdaxili 5 gündən bir yerdilir, ümumi kurs - 25 inyeksiyaya qədər. Klinik mənzərədən və xəstəliyin gedişatının ağırlığından asılı olaraq, uzunmüddətli terapiya mümkündür (3000 BV dozada hər 10 gündən bir 6 aydan 1 ilə qədər); Revmatologiyada: ˗ oynaqların kontrakturaları, o cümlədən Dyupyuitren kontrakturaları və əlin əyilmə tendogen kontrakturaları, gündə 1 dəfə 3000 BV dozada, 5 gün ərzində kontraktura sahəsinə dərialtı inyeksiya şəklində yeridilir, daha sonra iki gün fasilə verilir, ümumi kurs - 15 inyeksiyaya qədər. Təkrar kurs 1,5 aydan sonra təyin olunur. İnyeksion yeridilməyə qarşı yerli reaksiyaların inkişafı zamanı Longidaza® kontraktura sahəsinə fonoforez yolu ilə, günaşırı həftədə 3 dəfə, 12 prosedura qədər kursla tətbiq oluna bilər.

Hazırlanmış məhlul çapıq nahiyəsinə tətbiq edilir, labil metoda uyğun olaraq 0,2 Vt/sm2 ultrasəs intensivliyində, fasiləsiz rejimdə ultrasəs sensoru ilə təsir göstərilir, prosedurun müddəti 10 dəqiqədir. Təkrar kurs 1,5 aydan sonra təyin olunur; ˗ artroz, ankilozlaşdırıcı spondilit zamanı zədələnmə yerinin yaxınlığında dərialtı olaraq 3000 BV dozada 3 gündən bir yeridilir, ümumi kurs - 15 inyeksiyaya qədər; zəruri hallarda müalicə 5 gündən bir 1 inyeksiya ilə davam etdirilə bilər. Dəstəkləyici terapiyanın müddəti xəstəliyin ağırlığından asılı olaraq həkim tərəfindən seçilir; ˗ hematomalar zamanı zədələnmə nahiyəsinin yaxınlığında 3 gündən bir 3000 BV dozada dərialtı yeridilir, ümumi kurs - 5 inyeksiyaya qədər. Biomənimsənilmənin artırılması üçün: ˗ Longidaza® əsas preparatın (antibiotik, anestetik və s.) istifadəsindən əvvəl və ya istifadəsi zamanı 1500 BV dozada dərialtı və ya əzələdaxili yeridilir.

Prepared by  T-Soft E-Commerce.