Bitib
Stokda olanda mənə xəbər verin.1 suppozitoriyanın tərkibində 3000 BV bovhialuronidza azoksimer (Longidaza) vardır. Köməkçi maddələr:kakao toxumun yağı (kakao yağı). Təsviri Torpedoya bənzər, açıq sarı rəngli, zəif xarakterik kakao yağı qoxulu, suppozitoriyalardır, səthin mərmərə bənzər olması yolveriləndir. Kəsikdə hava boşluğunun və ya qıfa bənzər dərinliyin olması mümkündür.
Farmakoterapevtik qrupu Digər preparatlar. Digər terapevtik preparatlar. Digər dərman vasitələri. ATC kodu: V03AX.
Böyüklərdə birləşdirici toxuma hiperplaziyası ilə müşayiət olunan xəstəliklərin (o cümlədən iltihab prosesinin fonunda) monoterapiyası və kompleks terapiyasının bir hissəsi kimi: - urologiyada: xroniki prostatit (o cümlədən residivlərin profilaktikası üçün), interstisial sistit, sidik kanalının və sidik axarlarının strikturası, Peyroni xəstəliyi, prostat vəzinin xoşxassəli hiperplaziyasının ilkin mərhələsi, sidik kanalında, sidik kisəsində və sidik axarlarında cərrahi müdaxilələrdən sonra çapıqların və strikturanın profilaktikası; - ginekologiyada: daxili cinsiyyət orqanlarının xroniki iltihabi xəstəlikləri zamanı, ginekoloji manipulyasiyalardan, o cümlədən induksiya olunmuş abortlardan sonra, çanaq orqanlarında əvvəlki cərrahi müdaxilələrdən sonra kiçik çanaqda bitişmə prosesi (profilaktikası və müalicəsi); uşaqlıqdaxili sinexiya, tubal-peritoneal sonsuzluq, xroniki endomiometrit; dermatovenerologiyada: məhdud sklerodermiya, cinsi yolla ötürülən infeksiyaların fibroz ağırlaşmalarının profilaktikası; cərrahiyyədə: qarın boşluğu orqanlarında cərrahi müdaxilələrdən sonra bitişmə prosesinin profilaktikası və müalicəsi; uzun müddət sağalmayan yaralar; pulmonologiya və ftiziatriyada: pnevmofibroz (pnevmoskleroz), sideroz, vərəm (kavernoz-fibroz, infiltrativ, vərəm), interstisial pnevmoniya, fibrozlu alveolit, plevrit; - antibakterial terapiyanın biomənimsənilməsinin artırılması: urologiyada, ginekologiyada, dermatovenerologiyada, cərrahiyyədə, pulmonologiyada və s.
Təsiredici maddəyə və ya preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq, ağciyər qanaxması və qanlı bəlğəm, bədxassəli şişlərin olması; şüşəvari cisimdə yeni qanaxma, kəskin böyrək çatışmazlığı, 18 yaşa qədər uşaqlar (klinik tədqiqatların nəticələri mövcud deyil),
Xroniki böyrək xəstəliyi, anamnezində ağciyər qanaxması olan pasiyentlərdə həftədə 1 dəfədən çox olmayaraq ehtiyatla istifadə edilməlidir. Preparatın qəbulu zamanı, istifadə təlimatında qeyd olunan göstərişlərə ciddi şəkildə riayət edilməlidir. Hər hansı sual yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə təsirlərin inkişafı zamanı Longidaza preparatının istifadəsini dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.
İnfeksiyanın yayılmasının qarşısını almaq üçün infeksiya ocaqlarının kəskinləşməsi fonunda istifadə edildikdə, mikrob əleyhinə vasitələrlə birlikdə təyin edilməlidir. Adsorbsiyanın gözlənilməz sürətlənməsi və sistem təsirinin artması mümkün olduğundan, diqqətli olmaq və Longidaza preparatı ilə birlikdə təyin olunan preparatların farmakokinetik xüsusiyyətlərini nəzərə almaq lazımdır. Preparatın yararsızlığının vizual əlamətləri (qablaşdırma qüsuru, suppozitoriyanın rənginin dəyişməsi) olduqda onu istifadə etmək olmaz. Preparatın növbəti dozasının qəbulu unulduqda, onu adi qaydada istifadə etməyə davam etmək lazımdır (ikiqat doza istifadə edilməməlidir).
Longidaza preparatının qəbulunun dayandırılması tələb olunduqda, dozanı tədricən azaltmadan dərhal ləğv etmək olar. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Longidaza preparatı antibiotiklər, virus əleyhinə, göbələkə leyhinə preparatlar, bronxodilatatorlarla kombinasiyada istifadə edilə bilər. Digər preparatlarla (antibiotiklər, yerli anestetiklər, diuretiklər) birlikdə təyin edildikdə, biomənimsənilməsi və onların təsirini artırmaq ehtimalı nəzərə alınmalıdır. Böyük dozalarda qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), kortizon, adrenokortikotrop hormon (ACTH), estrogenlər və ya antihistamin preparatlar ilə eyni zaman istifadə edildikdə Longidaza preparatının fermentativ fəaliyyəti azala bilər.
Longidaza preparatını furosemid, benzodiazepinlər, fenitoin və adrenalin ilə eyni vaxtda istifadə etmək tövsiyə olunmur. hiest calterilidap em 20-17-976 (56) a sebe TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri E.M.Ağayev 5 may 2023-cü il Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) LONGIDAZA 3000 BV vaginal və rektal suppozitoriyalar LONGIDAZE Beynəlxalq patentləşdirilməmiş adı: Bovhyaluronidaze azoximer