Sevimlilərə əlavə edin
Paylaşın

Lorinden A 15 g Məlhəm

Məhsul Kodu : 111-00385
İstehsalçı ölkə : Polsa
1 Şərh Şərh
6,18 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Lorinden A, xaricə istifadə üçün məlhəm

Lorinden A tərkibi

Lorinden A tərkibi, 1 q məlhəmin tərkibində 0,2 mq flumetazon pivalat, 30 mq salisil turşusu vardır. Köməkçi maddələr: propilenqlikol, lanolin, vazelin.

Lorinden A, istifadəsinə göstərişlər

Lorinden A preparatı dərinin iltihabi xəstəlikləri və qlükokortikosteroidlərə həssas (ağırlaşmamış ikincili bakterial infeksiya) dərinin kirəcləşməsilə gedən kəskin və xroniki dermatozlar zamanı istifadə edilir: seboreyalı dermatit; atopik dermatit; multiformalı ekssudativ eritema; diskoïd qırmızı qurdeşənəyi; psoriaz; qırmızı yastı dəmrov.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və ya istənilən qlükokortikosteroidə qarşı yüksək həssaslıq; dərinin bakterial, göbələk və virus (o cümlədən, suçiçəyi, sadə herpes) infeksiyası; çəhrayı çivzə və vulqar çivzə; perioral dermatit; perianal qaşınma; bələk dermatiti; dərinin vərəmli və ya sifilitik zədələnməsi; dəridə yenitörəmələr, o cümlədən, xərçəngdən öncə; venaların varikoz genişlənməsilə əlaqədar flebitlər, baldırın trofik xorası; dəri xəstəliklərinin kəskin sulanan və yarımkəskin ekssudativ mərhələsi; yanıqlar; postvaksinasiya dövrü; hamiləliyin I trimestri; laktasiya dövrü; 2 yaşa qədər uşaqlar (təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Hamiləliyin I trimestrində Lorinden A preparatının istifadəsi əks göstərişdir. Lorinden A preparatı ilə terapiya hamiləliyin II və III trimestrində həkim təyinatı ilə istifadəsi o halda mümkündür ki, ana üçün ehtimal edilən fayda dölə olan potensial riskdən üstün olsun. Belə hallarda terapiya davamlı olmamalı və dərinin kiçik nahiyəsilə məhdudlaşdırılmalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, qlükokortikosteroidlər onların hətta kiçik dozasında belə daxilə qəbulu teratogen effekt göstərir. Eləcə də, teratogen effekt güclü təsir edən qlükokortikosteroidlərin dəridə istifadəsi zamanı təzahür etmişdir. Qadınlarda hamiləlik dövründə flumetazonun xaricə istifadəsi zamanı onun teratogen effektinin öyrənilməsinə yönəldilən nəzarət edilən tədqiqatlar aparılmayıb.
Laktasiya: Xaricə istifadəsi zamanı ana südünə sorulan flumetazonun miqdarı barədə məlumat yoxdur. Laktasiya dövründə Lorinden A preparatının istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Lorinden A, istifadə qaydası

Xaricə istifadə edilir. Məlhəm dərinin zədələnmiş nahiyəsinə nazik təbəqə ilə nüfuz etməsini yaxşılaşdırmaq üçün masaj hərəkətləri ilə sürtülür. Həddindən artıq lixenizasiya və ya hiperkeratoz zamanı preparatı hər 24 saatdan bir dəyişilən okklyuzion sarğı altında istifadə etmək lazımdır.
Böyüklər: Sutkada 1-2 dəfədən artıq istifadə etmək olmaz. Fasiləsiz terapiyanın kursu 2 həftədən artıq olmamalıdır; əsasən üz dərisində 7 gündən artıq olmamaqla. Həftə ərzində 1 tub (15 q) məlhəmdən istifadə etmək olar.
Uşaqlar və yeniyetmələr: Lorinden A preparatı 2 yaşdan aşağı uşaqlarda əks göstərişdir. 2 yaşdan yuxarı uşaqlarda yüksək ehtiyatla, yalnız dərinin kiçik sahəsində, həkim nəzarəti altında, qısa kursla, sutkada 1 dəfə istifadə edilməlidir; üz dərisində istifadə etmək olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00385

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Baneosin 250/5000 Iu 10 g Toz
8,70 AZN -%0
8,70AZN
Belunat 20 Q Krem
3,30 AZN -%0
3,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce