Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,2 mq flumetazon pivalat, 30,0 mq klioxinol vardır. Köməkçi maddələr:arı mumu, vazelin.
İstifadəsinə göstərişlər:
Lorinden® C preparatı dərinin quru iltihabi xəstəlikləri, xüsusilə allergik etiologiyalı, qlükokortikosteroidlərə həssas (ağırlaşmış ikincili bakterial infeksiya) dərinin həddindən artıq kirəcləşməsi və hədsiz qaşınma ilə gedən kəskin və xroniki dermatozlar zamanı xaricə istifadə edilir: seboreyalı dermatit; atopik dermatit; kontakt allergik dermatit; multiformalı eksudativ eritema; psoriaz; qırmızı yastı dəmrov.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə və ya istənilən qlükokortikosteroidə qarşı yüksək həssaslıq; dərinin bakterial, göbələk və virus (o cümlədən, suçiçəyi, sadə herpes) infeksiyası; çəhrayı çivzə və vulqar çivzə; perioral dermatit; perianal qaşınma; bələk dermatiti; dərinin vərəmli və ya sifilitik zədələnməsi; dəridə yeni törəmələr, o cümlədən, xərçəngdən öncə; venaların varikoz genişlənməsilə əlaqədar flebitlər, baldırın trofik xorası; yanıqlar; postvaksinasiya dövrü; hamiləliyin I trimestri; laktasiya dövrü; 2 yaşa qədər uşaqlar (təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Hamiləliyin I trimestrində Lorinden® C preparatının istifadəsi əks göstərişdir. Lorinden® C preparatı ilə terapiya hamiləliyin II və III trimestrində həkim təyinatı ilə istifadəsi o halda mümkündür ki, ana üçün ehtimal edilən fayda dölə olan potensial riskdən üstün olsun. Belə hallarda terapiya davamlı olmamalı və dərinin kiçik nahiyəsilə məhdudlaşdırılmalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, qlükokortikosteroidlər onların hətta kiçik dozasında belə daxilə qəbulu teratogen effekt göstərir. Eləcə də, teratogen effekt güclü təsir edən qlükokortikosteroidlərin dəridə istifadəsi zamanı təzahür etmişdir. Qadınlarda hamiləlik dövründə flumetazonun xaricə istifadəsi zamanı onun teratogen effektinin öyrənilməsinə yönəldilən nəzarət edilən tədqiqatlar aparılmayıb. Laktasiya dövrü Xaricə istifadəsi zamanı ana südünə sorulan flumetazonun miqdarı barədə məlumat yoxdur. Laktasiya dövründə Lorinden® C preparatının istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Xaricə istifadə edilir. Məlhəm dərinin zədələnmiş nahiyəsinə nazik təbəqə ilə nüfuz etməsini yaxşılaşdırma üçün masaj hərəkətlərilə sürtülür. Həddindən artıq lixenizasiya və ya hiperkeratoz zamanı preparatı hər 24 saatdan bir dəyişilən okklyuzion sarğı altında istifadə etmək lazımdır. Böyüklər Sutkada 1-2 dəfədən artıq istifadə etmək olmaz. Fasiləsiz terapiyanın kursu 2 həftədən artıq olmamalıdır; əsasən üz dərisində 7 gündən artıq olmamaqla. Həftə ərzində 1 tub (15 q) məlhəmdən istifadən etmək olar. Uşaqlar və yeniyetmələr Lorinden® C preparatı 2 yaşdan aşağı uşaqlarda əks göstərişdir. Uşaqlarda böyüklərə nisbətən bədən səthinin böyük sahəsinin bədən çəkisinə görə yüksək olmasına görə hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin funksiyasının pozulması asan inkişaf edə və qlükokortikosteroidlərə xarakterik əlavə təsirlərin yaranması baş verə bilər, o cümlədən, boyun və inkişafın ləngiməsi. 2 yaşdan yuxarı uşaqlarda Lorinden® C preparatını yüksək ehtiyatla istifadə etmək lazımdır, yalnız dərinin kiçik nahiyəsində, həkim nəzarəti altında, qısa kursla sutkada 1 dəfə istifadə etmək lazımdır; üz dərisində istifadə etmək olmaz.