Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MIROPRISTON 200MG N3 TB

Məhsul Kodu : 111-17114
İstehsalçı ölkə: Rusiya
62,08 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MİROPRİSTON, tabletlər

MİROPRİSTON tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq mifepriston vardır.

İstifadəsinə göstərişlər

Prostaqlandin analoqu (miz oprostol) ilə birlikdə istifadə edildikdə, bətndaxili hamiləliyin erkən mərhələlərdə tibbi dayandırılması (amenoreya müddəti 42 günə qədər). Birinci trimestrdə hamiləliyin cərrahi dayandırılmasından əvvəl uşaqlıq boynunun hazırlanması. Tibbi göstərişlərə görə hamiləliyin dayandırılması üçün prostaqlandin analoqlarının təsirinin gücləndirilməsi (hestasiya müddəti 12 həftədən çox və 28 həftəyə qədər). Prostaqlandinlərin və ya oksitosinin istifadəsi əks göstəriş olduqda, hamiləliyin II və ya III trimestrində dölün bətndaxili ölümü halında doğuşun induksiyası.

Tam müddətli hamiləlikdə doğuşa hazırlıq və onun induksiyası.

Əks göstərişlər

Ümumi əks göstərişlər: ˗ mifepristona və ya preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq; ˗ böyrəküstü vəzinin xroniki çatışmazlığı; ˗ ağır nəzarət olunmayan bronxial astma; ˗ irsi porfiriya; ˗ kəskin və ya xroniki böyrək və/və ya qaraciyər çatışmazlığı; ˗ QKS-lərlə uzunmüddətli terapiya; ˗ hemostazın pozulması (o cümlədən, əvvəlcədən antikoaqulyantlarla müalicə); ˗ cinsiyyət orqanlarının kəskin iltihabi xəstəlikləri; ˗ əvvəlcədən terapevtlə məsləhətləşmədən 35 yaşından yuxarı siqaret çəkən qadınlar; ˗ anemiya (hemoqlobinin səviyyəsinin 100 q/l-dən az olması); ˗ kaxeksiya; ˗ uşaqlığın böyük ölçülü mioması; ˗ ağır ekstragenital patologiyanın olması. Erkən mərhələlərdə hamiləliyin medikamentoz pozulması (amenoreya müddəti 42 günə qədər): ˗ klinik-laborator və ya instrumental üsullarla (USM) təsdiq edilməyən hamiləlik; ˗ 42 gündən artıq müddətli amenoreyalı hamiləlik; ˗ uşaqlıqdankənar hamiləliyə şübhə olduqda; ˗ uşaqlıqdaxili kontraseptivlərin istifadəsi fonunda və ya hormonal kontraseptiv vasitələrin istifadəsinin dayandırılmasından sonra yaranan hamiləlik; ˗ mizoprostolun istifadəsinə əks göstəriş. Hamiləliyin cərrahi dayandırılmasından əvvəl uşaqlıq boynunun hazırlanması: ˗ klinik-laborator və ya instrumental üsullarla (USM) təsdiq edilməyən hamiləlik; ˗ 84 gündən artıq müddətli amenoreyalı hamiləlik; ˗ uşaqlıqdankənar hamiləliyə şübhə olduqda. Tibbi göstərişlərə görə hamiləliyin dayandırılması üçün prostaqlandin analoqlarının təsirinin gücləndirilməsi (hestasiya müddəti 12 həftədən çox və 28 həftəyə qədər): ˗ mizoprostolun və ya digər prostaqlandin analoqunun istifadəsinə əks göstəriş.

Doğuşa hazırlıq və onun induksiyası: ˗ ağır formalı hestoz; ˗ preeklampsiya, eklampsiya; ˗ yarımçıq və ya vaxtı keçmiş hamiləlik; ˗ plasentanın uşaqlaığın aşağı şöbəsində yerləşməsi (cift gəlişi) və ya qopması; ˗ ananın çanağının və dölün başının ölçüsünün uyğun gəlməməsi; ˗ dölün anomal vəziyyəti; ˗ cinsiyyət orqanlardan naməlum etiologiyalı qanlı ifrazat; ˗ dölün hemolitik xəstəliyinin ağır formaları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Mifepriston hamiləlik dövründə yalnız onu erkən mərhələlərdə dayandırmaq və ya tam müddətli hamiləlik zamanı doğuşa hazırlıq və doğuşun induksiyası üçün istifadə olunur. Laktasiya Mifepriston lipofil maddədir və ana südünə keçə bilər. Medikamentoz abort zamanı ana südü ilə qidalandırma mifepriston qəbul edildiyi gündən başlayaraq 7 gün müddətində dayandırılmalıdır. Laktasiya zamanı qadınlara 200 mq dozada mifepriston təyin etmək tövsiyə olunur.

Doğuşa hazırlıq və induksiyası üçün mifepristonun istifadəsi gələcəkdə laktasiyaya təsir göstərmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mifepristonun nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Lakin mümkün əlavə təsirlərin (baçgicəllənmə, arterial hipotenziya, bayılma) profilini nəzərə alaraq, nəqliyyat vasitələrini, mexanizmləri idarə edərkən və sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən fəaliyyət növü ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.

MİROPRİSTON istifadə qaydası və dozası

Mifepriston preparatı yalnız peroral istifadə üçün nəzərdə tutulub, digər tətbiq üsulları istifadə edilmir. Preparat yalnız müvafiq təlim keçmiş tibb işçiləri və lazımi avadanlıqları təmin olan tibb müəssisələrində istifadə edilməlidir. Erkən mərhələlərdə hamiləliyin tibbi dayandırılması üçün (amenoreya müddəti 42 günə qədər): həkimin iştirakı ilə 600 mq (3 tablet 200 mq) mifepriston birdəfəlik daxilə qəbul edilir. Mifepriston qəbulundan 36-48 saat sonra prostaqlandinin analoqu mizoprostol 400 mkq dozada daxilə qəbul edilir.

Mizoprostolun qəbulunda sonra pasiyent ən azı 3 saat tibb işçilərinin nəzarəti altında olmalıdır. Preparatın qəbulundan sonra 45 dəqiqə ərzində qusma baş verdikdə, yenidən 600 mq (3 tablet 200 mq) mifepriston qəbul edilməlidir. Mifepriston preparatının qəbulundan 14-21 gün sonra, döl yumurtasının tam çıxarılmasını təsdiqləmək üçün təkrar müayinə lazımdır. Birinci trimestrdə hamiləliyin cərrahi dayandırılmasından əvvəl uşaqlıq boynunun hazırlanması: həkimin iştirakı ilə 200 mq (1 tablet) mifepriston birdəfəlik daxilə qəbul olunur.

Mifepriston preparatının qəbulundan 36-48 saatdan sonra (lakin gec olmayaraq) hamiləliyin cərrahi dayandırılması həyata keçirilir. Tibbi göstərişlərə görə hamiləliyin dayandırılması üçün prostaqlandin analoqlarının təsirinin gücləndirilməsi (hestasiya müddəti 12 həftədən çox və 28 həftəyə qədər): həkimin iştirakı ilə 600 mq (3 tablet 200 mq) mifepriston birdəfəlik daxilə qəbul olunur. 36-48 saatdan sonra lazımi tezliklə prostaqlandin analoqu istifadə olunur. Hamiləliyin II və ya III trimestrində dölün bətndaxili ölümü halında doğuşun induksiyası: 2 gün ərzində 200 mq (1 tablet) mifepriston gündə 3 dəfə (səhər, günorta və axşam; 600 mq) daxilə qəbul olunur.

Mifepristonun ilk dozasından sonra 72 saat ərzində doğuş başlamadıqda, doğuşu stimullaşdırmaq üçün adi üsullardan istifadə edilməlidir. Tam müddətli hamiləlikdə doğuşa hazırlıq və onun induksiyası: həkimin iştirakı ilə 200 mq (1 tablet) mifepriston birdəfəlik daxilə qəbul olunur. 24 saatdan sonra 200 mq dozada mifepriston təkrar qəbul olunmalıdır. 48-72 saatdan sonra doğum yollarının vəziyyəti qiymətləndirilir və lazım olduqda prostaqlandinlər və ya oksitosin yeridilir.

Prepared by  T-Soft E-Commerce.