Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NAVIBLEF INTENSIVE 50ML GOZ KOPUYU

Məhsul Kodu : 111-24884
31,20 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

navibleF, tibbi vasitə

navibleF tərkibi

D-pantenol, Aloe vera, taurin, çay ağacı yağı (Melaleuca Alternifolia Oil), Roma çobanyastığı yağı (Anthemis nobilis oil), çobanyastığı ətri və təmizlənmiş su. TƏSVİRİ VƏ TƏSİRİ NAVIBLEF İNTENSİV QULLUQ kirpiklərdən və göz qapaqlarından göz ifrazatının və çirkinin təmizlənməsi və gözün gigiyenası üçün nəzərdə tutulub. Göz ifrazatı və çirki blefarit və blefarokonyunktivitlə bağlı iltihabi proseslər, bakteriya və ya demodeks (dərialtı gənələr), "quru göz” sindromu və kontakt linzadan istifadə nəticəsində meydana gəlir. NAVIBLEF İNTENSİV QULLUQ bakteriya və demodekslə əlaqəli, həmçinin, göz əməliyyatından əvvəl və sonra gözlərdə və kirpiklərdə infeksiyanın yaranma riskini azaltmaq təsirinə malikdir.

BURAXILIS FORMASI 50 ml dozatorlu flakon REF F50NI130 5 ml dozatorlu flakon REF F5NI131 XÜSUSİYYƏTLƏRİ NAVIBLEF İNTENSİV QULLUQ gündəlik istifadə üçün nəzərdə tutulmuş yağsız və qıcıqlandırmayan tərkibə malikdir. BLEFARİT NƏDİR? Geniş yayılmış göz xəstəliklərindən biri olan blefarit göz qapaqlarının xroniki iltihabıdır. Bu xəstəlik bir çox hallarda gözdəki narahatlıq, qızartı və yaşarmanın əsas səbəbi hesab olunur.

Blefaritin digər simptomlarına, gözdə yanma, qaşınma, qıcıqlanma, işığa həssaslıq və əsasən yuxudan oyanandan sonra müşahidə olunan "gözə qum tökülmə" hissi daxildir. Blefarit xroniki xəstəlikdir. Tam müalicə olunmasa da, xəstəliyi nəzarətdə saxlamaq və onunla əlaqəli simptomları aradan qaldırmaq üçün uzunmüddətli müalicə tələb olunur

navibleF istifadə qaydası və dozası

3 1-Köpükdən istifadə etməzdən əvvəl əllərinizi yaxşıca yuyun, daha sonra barmaqlarınızın ucunu NAVIBLER İNTENSİV QULLUQ ilə təmizləyin. MƏHSULUN FORMASI: NAVIBLEF® iki tərkibdə mövcuddur: Bakteriya və demodeksin səbəb olduğu göz ifrazatını və çirkini aradan qaldırmaq üçün nəzərdə tutulmuş NAVIBLEF İNTENSİV QULLUQ (qırmızı qutuda). 2-Dozatorlu flakonun başlığını basaraq köpüyü təmiz barmaq uclarınıza sıxın. Əməliyyatdan əvvəl və ya sonra istifadə etdikdə köpüyü steril tənzifin üzərinə sıxmaq tövsiyə olunur.

3-Gözünüzü yumun və göz qapağınızı və kirpiyinizi NAVIBLEF® İNTENSİV QULLUQ ilə yüngül masaj edin. Gözünüzü açmayın və 3-5 dəqiqə gözləyin. 4-Daha sonra göz qapağınızı və kirpiklərinizi ilıq su ilə yuyun. Qeyd: Bu prosedurları digər gözünüzə də tətbiq edin.

Maksimum fayda əldə etmək üçün bu proseduru 7-14 gün ərzində hər gün 2-3 dəfə həyata keçirin. • • •

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hər istifadədən əvvəl və sonra əllərinizi yuyun. Köpükdən istifadə etməzdən əvvəl kontakt linzaları çıxarın. Linzanı yenidən gözünüzə taxmazdan əvvəl köpüyün tamamilə yuyulduğundan əmin olun. •Prosesi həyata keçirərkən gözünüzü yumulu saxlayın.

Bu məhsul göz qapaqları və kirpiklər üçün nəzərdə tutulmuşdur. Onu birbaşa gözünüzə vurmayın. Yalnız xaricə istifadə üçündür. Uşaqların əli çatmayan yerdə saxlayın.

⚫3 yaşdan aşağı uşaqlar üçün istifadə edilə bilməz. Məhsuldan istifadə edərkən gözlərinizin ətrafına hipoallergen göz makiyajı və yumşaq dəri losyonları çəkin. Məhsulun hər hansı inqrediyentinə qarşı hiperhəssaslığınız varsa, istifadə etməyin. Köpükdən istifadə zamanı qıcıqlanma müşahidə edildikdə, ondan istifadəni dərhal dayandırın, gözlərinizi bol su ilə yuyun və qıcıqlanma davam edərsə, göz həkiminə müraciət edin.

İlk dəfə açılmasından 6 ay keçdikdən sonra qalan məhsuldan istifadə etmək olmaz.

Prepared by  T-Soft E-Commerce.