Nonaprokt Plus 30 g Məlhəm
Bitib
Stokda olanda mənə xəbər verin.Nonaprokt, Rektal məlhəm
Nonaprokt tərkibi
Ağ vazelin və vazelin yağı (953 mq/q), hialuron turşusunun natrium duzu (0.1 mq/q), propile- nglikol, LAURETH-9, essin beta-sitosterolun fitosomları, qlisirret turşusunun fitosomları, BHT.
İstifadəsinə göstərişlər
NONAPROKT PLUS rektal məlhəm, ağ vazelin, vazelin yağı və hialuron turşusundən ibarət tərkibi sayəsində suyu saxlayır, nəmli mühit yaradır və beləliklə təbii re-epitelializasiya prosesini və toxumaların bərpasını nəmləndirərək sürətləndirir və yaxşılaşdırır. Proktoloji əməliyyatlardan sonra anorektal kanalın reparativ proseslərində köməkçi terapiya; daxili və xarici hemorroy; proktit; kriptit; anal kanalında çatlar; fissuralar; perianal fistulalar.
Əks göstərişlər
Məhsulun komponentlərindən birinə və ya bir neçəsinə qarşı fərdi hiperhəssaslıq halları.
Nonaprokt istifadə qaydası və dozası
Böyüklər və uşaqlar üçün: gündə iki dəfə istifadə olunur - səhər və axşam, mümkün olarsa, bağırsaq boşaldıqdan sonra. İstifadədən əvvəl və sonra əllər yaxşıca yuyulmalıdır. Tübün plombasını qapağın arxa tərəfi ilə qırın. Müalicə olunan sahədən asılı olaraq kifayət miqdarda məlhəmi yüngül massaj hərəkətləri ilə çəkin.
Tübü yenə qapaqla bağlayın. Qablaşmada xüsusi kanyulanın köməyi ilə mümkün intrarektal istifadə asanlaşır. 1. Kanyulanı tübə birləşdirin.
2. Kanyulanın qapağını çıxardın. 3. Tübü məlhəm kanyulanın üzərində yerləşən deşiklərdən xaric olana qədər sıxın.
4. Kanyulanı düz bağırsağa yeridin və tübü az miqdarda məlhəm xaric olana qədər yenidən SIXIN. 5. İstifadədən sonra applikatoru yuyub təmizləyin və üzərinə qapaq taxın.
Vasitənin fərdi istifadəsi məsləhət görülür. Lazım olduqda, NONAPROKT PLUS rektal məlhəm uzun müddət ərzində istifadə oluna bilər. Lakin 30 gün fasiləsiz istifadədən sonra bir həftəlik fasilə verin.