Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

OLANZAPEL 10MG N28 TB

Məhsul Kodu : 111-26380
İstehsalçı ölkə: Türkiye
22,49 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

OLANZAPEL, 5 mq, 10 mq örtüklü tabletlər

OLANZAPEL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq olanzapin vardır.

İstifadəsinə göstərişlər

Böyüklər Olanzapin şizofreniyanın müalicəsi üçün təyin edilir. Olanzapin başlanğıc müalicəyə reaksiya vermiş xəstələrdə davamlı klinik yaxşılaşmanın dəstəkləməsində istifadə olunur. Olanzapin orta və ağır dərəcəli maniakal tutmaların müalicəsində təyin edilir. Olanzapinlə müalicə effektiv olan maniakal epizodlu xəstələrdə, preparat, bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün təyin edilir.

Əks göstərişlər

Olanzapinə və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslığı olanlara, bağlıbucaqlı qlaukomanın yaranma riski yüksək olan xəstələrə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlar üzərində adekvat və müvafiq şəkildə nəzarət olunan araşdırmalar aparılmayıb. Xəstələrə olanzapinlə müalicə olunan zaman hamiləlik planlaşdırdıqda və yaxud hamilə qaldıqda öz həkimlərinə məlumat vermələri tövsiyə olunur. Bununla belə insanlar üzərində təcrübənin kifayət qədər olmaması səbəbindən potensial müsbət təsir döl üçün potensial təhlükəyə bəraət qazandırdığı təqdirdə olanzapinin hamiləlik dövründə istifadəsinə icazə verilir. Hamiləliyin üçüncü trimestrində antipsixotik dərman vasitələrinin (eləcə də olanzapin) təsirinə məruz qalan yeni doğulmuş körpələrdə doğumdan sonra dərəcəsinə və davam etmə müddətinə görə fərqlənən ekstrapiramid və yaxud abstinent sindromu simptomlarının meydana gəlməsi riski mövcuddur.

Gərginlik, hipertoniya, hipotoniya, tremor, yuxululuq, respirator çatışmazlıq və yaxud yemək yemədə çətinlik kimi hallar qeydə alınmışdır. Nəticə etibarilə yenidoğulmuş körpələr mütəmadi olaraq nəzarət altında olmalıdırlar. Laktasiya Sağlam qadınlarda laktasiya zamanı aparılmış araşdırmalar zamanı olanzapinin südə keçdiyi məlum olmuşdur. Sabit şəraitdə yeni doğulmuş körpəyə ana südündəki olanzapin dozasının (mg/kg) 1.8%-i keçir.

Analara olanzapinlə müalicə olunduqları dövrdə, körpəyə ana südü verməmək tövsiyə olunur. Fertillik Fertilliyə olan təsiri məlum deyil.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Olanzapin yuxulama və başgicəllənməyə səbəb ola bildiyindən, xəstələr avtomobil və mexaniki cihazlar istifadə edərkən diqqətli olmalıdırlar.

OLANZAPEL istifadə qaydası və dozası

Böyüklər Şizofreniya Məsləhət olunan başlanğıc doza 10 mq/gün. Maniakal epizod: Monoterapiya zamanı başlanğıc, birdəfəlik doza 15 mq/gün və ya kompleks müalicə zamanı 10 mq/gün. Bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün Məsləhət olunan başlanğıc doza 10 mq/gün. Maniakal epizodun müalicəsi üçün olanzapin qəbul etmiş xəstələrdə, təkrarlanmanın qarşısını almaq üçün müalicə eyni dozada davam etdirilir.

Əgər yeni maniakal, qarışıq və ya depressiv epizod baş verirsə, klinik göstəricilərə əsasən, əhval-ruhiyyə simptomlarını müalicə etmək üçün əlavə terapiya ilə birlikdə olanzapin müalicəsi (optimal dozada) davam etdirilməlidir. Şizofreniyanın, maniakal epizodun müalicəsi və bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün gündəlik doza sonradan, fərdi klinik statusa əsaslanaraq 5-20 mq/gün arasında nizamlana bilər. Təyin olunan başlanğıc dozadan daha yüksək dozaya artırma, yalnız, müvafiq klinik qiymətləndirmədən sonra və bir qayda olaraq, 24 saatdan az olmayan intervallarda icazə verilir. Olanzapin sorulmasına qida qəbulunun təsiri olmadığı üçün, qida qəbulundan asılı olmayaraq təyin edilir.

Olanzapin qəbulu, dozanı azaltmaqla dayandırılmalıdır. Yaşlılar Daha az başlanğıc doza (gündə 5 mq) adətən göstərilmir, lakin klinik amillərin tələbi zamanı 65 və yuxarı olnalar üçün nəzərə alınmalıdır. Böyrək və/və ya qaraciyər çatışmazlığı Belə xəstələr üçün aşağı başlanğıc doza (5 mq/gün) nəzərdə tutulmalıdır. Orta ağırlıqlı qaraciyər çatışmazlığı (sirroz, Child-Pugh təsnifatına görə A və ya B) hallarında başlanğıc doza 5 mq olmalıdır və yalnız, ehtiyatla artırılmalıdır.

Siqaret çəkənlər Siqaret çəkənlərə nisbətən çəkməyənlərdə başlanğıc doza və doza artırma həddinin dəyişilməsinə ehtiyac yoxdur. Olanzapinin metabolizmasına siqarət çəkmək səbəb ola bilər. Klinik yoxlamalar aparılmalı və zərurət olarsa olanzapinin dozası artırıla bilər. Əgər metabolizmi zəiflədən birdən çox faktor mövcuddursa (qadın cinsi, heriatrik yaş, siqaret çəkməmək), başlanğıc dozanın azaldılması nəzərdən keçirilməlidir.

Belə xəstələrdə dozanın artırılması göstəriş olduqda, ehtiyatlı olmaq lazımdır. 2,5 mq dozada artım zəruri hesab edildiyi hallarda, Olanzapel® örtülmüş tabletlərdən istifadə edilməlidir. Uşaq populyasiyası Olanzapinin uşaqlarda və 18 yaşdan aşağı yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar az olduğu üçün, bu yaş qrupuna təyini məsləhət görülmür. Yeniyetmələrdə qısamüddətli tədqiqatlar zamanı böyüklərə nisbətən çəki artımının, lipid və prolaktin səviyyəsinin daha geniş həcmdə dəyişməsi qeydə alınmışdır.

Prepared by  T-Soft E-Commerce.