Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

POLKORTOLON 4MG N50 TB

Məhsul Kodu : 111-00376
İstehsalçı ölkə: Polsa
11,52 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

POLKORTOLON, 4 mq tabletlər

POLKORTOLON tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq triamsinolon vardır.

İstifadəsinə göstərişlər

Polkortolon aşağıda göstərilən xəstəliklərin müalicəsi üçün istifadə olunur: - endokrin sistemin pozğunluqları (böyrəküstü vəzilərin qabıq maddəsinin birincili çatışmazlığı, böyrəküstü vəzilərin qabıq maddəsinin anadangəlmə hiperplaziyası); - revmatik xəstəliklər; - kollagenozlar (birləşdirici toxuma xəstəlikləri); - dermatoloji xəstəliklər (məsələn, eksfoliativ dermatit, kəpəklənən dəmrov xəstəliyinin ağır forması, pemfiqus); - ağır formada keçən, digər üsullarla müalicə olunmayan allergik xəstəliklər; - oftalmoloji xəstəliklər (məsələn, konyunktivit, keratit, irit və iridosiklit); - tənəffüs yollarının xəstəlikləri (sarkoidoz, vərəm); - hematoloji xəstəliklər; - onkoloji xəstəliklər (simptomatik müalicə vasitəsi kimi); - həzm traktının xəstəlikləri (xoralı kolit, Kron xəstəliyi); - dağınıq skleroz.

Əks göstərişlər

- Polkortolon preparatının təsiredici maddəsinə və ya tərkibində olan hər hansı komponentinə (“Tərkibi” bölməsinə bax) qarşı allergiya (yüksək həssaslıq); - göbələk infeksiyalarının törətdikləri xəstəliklər; - vaksinasiyadan əvvəl, xüsusilə canlı virus vaksinləri ilə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı qəbul etməyə başlamazdan əvvəl, pasiyent hamilə olması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyini planlaşdırılması və ya körpəsini ana südü ilə qidalandırması barədə həkimə məlumat verməlidir. Hamiləlik dövrü Hamiləlik dövründə Polkortolon preparatını istifadə etmək olmaz. Laktasiya dövrü Laktasiya dövründə Polkortolon preparatını istifadə etmək olmaz. Dərman preparatının az miqdarı ana südünə nüfuz edir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Polkortolon baş ağrısının, başgicəllənmənin və hətta psixi pozğunluqların baş verməsinə səbəb ola bilər. Bu cür simptomlar meydana çıxdıqda, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək, həmçinin yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olmaq olmaz.

POLKORTOLON istifadə qaydası və dozası

Preparatı həkim təyinatına müvafiq qəbul etmək lazımdır. Hər-hansı şübhə yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Polkortolon preparatının dozalarını və müalicənin müddətini həkim təyin edir. Adətən, preparat sutkada 1 dəfə, səhərlər qəbul edilir.

Böyüklər Adətən təyin olunan dozalar: sutkada 4 mq-dan 48 mq-a qədər. Bəzi hallarda dozanın artırılması tələb oluna bilər. Uşaqlarda istifadəsi Həkim dozanı fərdi təyin edir. Dozanın miqdarı xəstəliyin növündən və uşağın bədən kütləsindən asılıdır.

Pasiyentin vəziyyətinə müntəzəm nəzarət etmək lazımdır. Polkortolon südəmər körpələrdə və böyükyaşlı uşaqlarda boy artımının və inkişafın ləngiməsinə səbəb ola bilər (xüsusilə preparatdan uzun müddət istifadə etdikdə). Polkortolon preparatının dozası ötürüldükdə Pasiyent dərman preparatının bir dozasını ötürdükdə, ötürülən dozanı mümkün qədər tez qəbul etmək lazımdır. Preparatın qəbul vaxtı yaxınlaşdıqda, ötürülən dozanı qəbul etmək lazım deyil.

Ötürülən dozanın əvəzinə ikiqat doza qəbul etmək olmaz. Polkortolon preparatının istifadəsinin dayandırılması Polkortolon preparatının istifadəsinin dayandırılması barədə qərarı həkim qəbul edir. Qlükokortikoidlərin istifadəsinin aşağıdakı ləğvetmə simptomları meydana çıxa bilər: qızdırma, əzələ və oynaq ağrıları, pis əhval. Preparatın istifadəsi ilə əlaqəli hər-hansı şübhə meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.