Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PROLERT 20MG N50 CAP

Məhsul Kodu : 111-23907
İstehsalçı ölkə: Banqlades
7,10 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PROLERT, bərk jelatin kapsullar

PROLERT tərkibi

Təsiredici maddə: 1 kapsulda 20 mq fluoksetinə ekvivalent 22,4 mq fluoksetin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

* Depressiya; * bulimiya (neyrogen): * obsessiv-kompulsiv pozğunluq; * premenstrual sindrom (disforik pozğunluq).

Əks göstərişlər

Preparatın təsiredici maddə və köməkçi maddələrdən ibarət olan hər hansı bir komponentinə qarşı hiperhəssaslıq: * monoaminooksidazanın (MAO) inhibitorları ilə birlikdə istifadəsi; * tioridazin, metoprolol, pimozid ilə istifadəsi * böyrək funksiyasının pozulması (ağır böyrək çatışmazlığı); * qaraciyər çatışmazlığı; * hamiləlik dövründə istifadəsi; * laktasiya dövründə istifadəsi; * uşaqlarda və 18 yaşına qədər yeniyetmələrdə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin. Əgər hamiləsinizsə və ya hamilə olmaq niyyətiniz varsa, bunu mütləq həkimə deyin. Hamiləliyin ilk aylarında Fluoksetin qəbul etmiş analarda qüsurların, xüsusilə də ürək qüsurlarının yaranma riskinin artması haqqında bir neçə məlumat mövcuddur. Ümumi əhali üzrə hər 100 qadından birinin uşağı ürək qüsuru ilə doğulur.

Hamiləlik zamanı Fluoksetin qəbul etmiş hər 100 qadında bu göstərici 2 uşağa qədər artmışdır. Bu preparatın qəbulu zəruridirsə, həkiminiz hamiləlik zamanı Fluoksetin istifadəsini tədricən dayandırmalıdır. Vəziyyətindən asılı olaraq həkim Fluoksetinin qəbulunu davam etdirə bilər. Fluoksetinin teratogen və selektiv embriotoksik haqqında heç bir dəlil yoxdur.

Bu dərman vasitəsi hamiləlik zamanı istifadə olunmamalıdır. Fluoksetin hamiləlik və laktasiya dövründə istifadə olunmur. Preparat ana südünə nüfuz etdiyi üçün laktasiya dövründə əks göstərişdir. Uşaqlarda və 18 yaşına qədər yeniyetmələrdə istifadəsi Fluoksetinin uşaqlarda və 18 yaşına qədər yeniyetmələrdə istifadəsi məqsədəuyğun deyildir.

Bundan başqa bu qrupa aid olan dərmanları qəbul edən 18 yaşına qədər xəstələrdə əlavə təsirlərin – intihar cəhdi, intihar düşüncələri və düşmənçiliyin (əsasən aqressiya, təcavüz, qeyri-adi davranış və qəzəb) yaranma riski yüksək olur. Lakin ciddi göstəriş olduqda həkim Fluoksetini 18 yaşına qədər xəstələrə təyin edə bilər. Həkim 18 yaşına qədər xəstələrə Fluoksetini təyin edərkən, sadalanan simptomlar müşahidə edilərsə və xəstənin vəziyyəti ağırlaşarsa, həkimə müraciət edin. Fluoksetinin bu yaş qrupunda cinsi yetişkənlik, boy, əqli, emosional və davranış qabiliyyətinin inkişafında istifadəsinin təhlükəsizliyi haqqında məlumatlar məhduddur.

Yaşlı şəxslərdə istifadəsi Fluoksetin qəbul edən bir çox xəstələrdə yaşla əlaqədar heç bir əlavə reaksiya müşahidə olunmamışdır. Lakin uzun müddət istifadə etdikdə yaşla əlaqədar, xüsusilə yanaşı sistem xəstəlikləri olan və digər preparatlar qəbul edən şəxslərdə əlavə reaksiyaların baş verməsinin mümkünlüyü istisna olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Fluoksetinin sağlam könüllülərin psixomotor funksiyasına təsir etməməsinə baxmayaraq, istənilən psixoaktiv maddə kimi qərar və vərdişlərə mənfi təsir göstərə bilər. Müalicə müddətində dövründə nəqliyyat vasitələrini idarə etməkdən imtina etmək lazımdır. Xəstələrə yalnız preparatın onlara mənfi təsirinin olmadığına əmin olduqdan sonra avtomobil və ya digər potensial təhlükəli mexanizmləri idarə etmələri tövsiyə olunur.

PROLERT istifadə qaydası və dozası

Fluoksetin hidroxlorid (Prolert®) yalnız böyüklərdə qida qəbulundan asılı olmayaraq, daxilə istifadə olunur. Depressiya: böyüklər və ahıl yaşlılar: tövsiyə olunan doza 20 mq/gün-dür. Bulimiya: böyüklər və ahıl yaşlılar: tövsiyə olunan doza 60 mq/gün-dür. Obsessiv kompulsiv pozğunluq: tövsiyə olunan başlanğıc doza 20 mq/gün-dür.

Bu doza tədricən 60 mq/gün-ə qədər artırıla bilər. Premenstrual sindrom: adi doza 20 mq/gün və ya həkimin göstərişinə uyğun olaraq Uşaqlar: uşaqlarda istifadəsi tövsiyə olunmur, belə ki, bu qrup pasiyentlərdə preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.

Prepared by  T-Soft E-Commerce.