Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1000 ml məhlulun tərkibində 8,6 q natrium xlorid, 0,3 q kalium xlorid, 0,25 kalsium xlorid heksahidrat (susuz maddə hesabı ilə) vardır
İnfuziya üçün Ringer məhlulu aşağıdakı hallarda istifadə olunur: Hüceyrəxarici maye itkisinin bərpası; İzotonik dehitratasiyanın müalic əsi üçün natrium, kalium, kalsium v ə xlorid balansının b ərpa edilməsi.
Hüceyrəxarici hiperhidratasiya v ə hipervolemiya, hipertonik dehidratasiya, h iperkaliemiya, hipernatriemiya, hiperkalsiemiya, hiperxloremiya, a ğır böy rək çatışmazlığı (oliquriya/anuriya ilə), k ompensasiya olunmayan ür ək çatışmazlığı, ağır hipertenziya, ü mumi ödem v ə assitik sirroz, qlikozidlər ilə birgə müalicə. Digər kalsium tərkibli infuziya məhlulları kimi, seftriakson v ə infuziya üçün Ringer məhlulu ilə müalicə erkən doğulmuş körp ələrdə və yenidoğulmuşlarda (≤28 gün) ayrı -ayrı infuziya x ətləri istifadə olunsa bel ə əks göst ərişdir (yenidoğulmuşların qan dövranında ölümcül seftriakson kalsium duzunun çöküntüsünün əmələ gəlmə riski səbəbiylə). Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Aşağıdaki hallarda ehtiyatla istifadə etmək lazımdır. Erkən doğulmuş körp ələrdə və yenidoğulmuşlarda (≤28 gün) ağciy ərlərdə və böyrəklərdə kalsium-seftriakson çöküntüləri ilə ölümcül reaksiya halları təsvir edilmişdir.
Hər yaşda olan pasiyentlərdə seftriakson, kalsium t ərkibli məhlullarla (müxtəlif infuziya x ətləri və ya infuziya yerl əri vasitəsilə tətbiqi daxil olmaqla) qarışdırılmamalı və ya eyni vaxtda t ətbiq edilməməlidir. Bununla birlikd ə, pasiyentl ərdə (≥28 gün) seftriakson v ə kalsium t ərkibli m əhlullar, f ərqli nahiyələrə infuziya tətbiqi, infuziya x ətlərinin dəyişdirilməsi və ya çöküntünün qarşısını almaq üçün fizioloji duz m əhlulu il ə infuziyalar arasında infuziya x ətlərinin yaxşıca yuyulması hallarında bir-birinin ardınca t ətbiq oluna bil ər. Hipovolemiya halında seftriakson v ə kalsium tərkibli məhsulların ardıcıl infuziyalarından qaçınmaq lazımdır. Ürək v ə ya ağciy ər çatışmazlığı olan x əstələrdə xüsusi n əzarət altında yüks ək h əcmli infuziya istifadə olunmalıdır.
Natrium xlorid olan m əhlullar hipertenziya, ür ək çatışmazlığı, periferik v ə ya ağciy ər ödemi, böyrək funksiyası pozğunluğu, preeklampsiya, aldosteronizm v ə ya natrium tutma il ə əlaqəli digər vəziyyət və ya müalicə (məsələn, kortikosteroidlər) alan xəstələrə ehtiyatla verilməlidir. Tərkibində kalium duzları olan m əhlullar ür ək x əstəliyi olan v ə böyrək v ə ya adrenokortikal çatışmazlıq, kəskin dehidratasiya, ağır yanıqlar kimi hiperkalemiyaya meylli olan pasiyentlərdə ehtiyatla tətbiq olunmalıdır. Tərkibində kalsium duzları olan məhlullar venadaxili infuziya zamanı ekstravazasiyanın qarşısını almaq üçün ehtiyatla tətbiq olunmalıdır. Böyrək funksiyası pozulmuş v ə ya sarkoidoz kimi artmış D vitamini konsentrasiyası il ə əlaqəli xəstəlikləri olan pasiyentlərə ehtiyatla verilməlidir İnfuziya üçün R inger m əhlulunun qan köçürülm əsi hallarında tətbiqi zamanı, laxtalanma riski səbəbiylə eyni infuziya xətti ilə verilməməlidir.
Uzunmüddətli yeridilm ə zamanı elektrolitl ərin qandakı konsentrasiyasına v ə gündəlik diurez ə nəzarət edilməsi vacibdir. Tərkibindəki xlorid ionlarına görə preparatdan uzunmüddətli istifadə məsləhət görülmür. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Seftriakson əlaqəli Digər kalsium tərkibli infuziya məhlulları kimi, seftriakson v ə infuziya üçün Ringer məhlulu ilə müalicə erkən doğulmuş körp ələrdə və yenidoğulmuşlarda (≤28 gün) ayrı -ayrı infuziya x ətləri istifadə olunsa bel ə əks göst ərişdir (yenidoğulmuşların qan dövranında ölümcül seftriakson kalsium duzunun çöküntüsünün əmələ gəlmə riski səbəbiylə). Hər yaşda olan pasiyentl ərdə seftriakson, kalsium t ərkibli məhlullarla (müxtəlif infuziya x ətləri və ya infuziya yerl əri vasitəsilə tətbiqi daxil olmaqla) qarışdırılmamalı v ə ya eyni vaxtda t ətbiq edilməməlidir.
Natriumla əlaqəli Kortikositeroidlər v ə karbenoksolon qəbulu (su v ə natrium l əngiməsi il ə əlaqəli ödem v ə hipertenziya) Kaliumla əlaqəli Kalium qoruyucu diuretiklər (amilorid, sprinolakton, triamteren) və angiotenzin çevirici ferment (AÇF) inhibitorları ilə birgə tətbiqində hiperkaliemiyanın inkişaf riski. Qan plazmasında kaliumun konsentrasiyasını artıran və böyrək çatışmazlığı halında xüsusil ə hiperkaliemik t əsiri artıraraq potensial ölümcül hiperkaliemiyaya s əbəb ola bil ən takrolimus, siklosporinlə birgə istifadə. Kalsiumla əlaqəli Təsiri kalsiumun olması il ə artan və ciddi və ya ölümcül ür ək aritmiyasına s əbəb ola bil ən ürək qlikozidləri Kalsiumla birlikdə tətbiq olunduqda hiperkalsiemiyaya səbəb ola bilən tiazid diuretiklər və ya D vitamini.
Hamiləlik dövründ ə ana üçün gözl ənilən faydanın döl üçün mümkün riskd ən yüks ək olduğu hallarda istifadə etmək lazımdır. Müvafiq klinik m əlumatların olmaması səbəbindən preparatdan istifadə dövründə ana südü ilə qidalandırmadan çəkinmək lazımdır.
Təsir etmir.
Uşaqlar və böyüklər Doza pasiyentin yaşından, çəkisindən, klinik və bioloji şərtlərindən və eyni zamanda alınan digər terapiyadan asılıdır. İnfuziya üçün məhlul əyani olaraq yoxlanıldıqdan sonra venadaxili yeridilir. Tövsiyə olunan doza: Yeniyetmələr və böyüklər üçün sutkalıq doza: 500 ml-3 l Yeniyetmələr və böyüklərdə bədən çəkisinə görə infuziya nisbəti 40 ml/kq/24 saatdır. Körpələr və uşaqlar üçün: 20-100 ml/kq /24 saat Pediatrik xəstələrdə bədən çəkisinə görə infuziya nisbəti orta hesabla 5 ml/kq/saat t əşkil edir və bu nisbət yaşa görə dəyişir.
Ağır kəllə-beyin travması almış uşaqlarda doza orta hesabla 2850 ml / m2-dir. Müalicə kursu zamanı maye tarazlığı və elektrolit konsentrasiyaları izlənilməlidir.