Təsiredici maddələr: 1 flakonda 0,5 q və ya 0,8 q rezorsin, 0,5 q və ya 0,8 q salisil turşusu vardır. Köməkçi maddələr: etil spirti 96%, distillə olumuş su.
İstifadəsinə göstərişlər:
Dərinin infeksion xəstəlikləri, piyli seboreya, dərinin buynuzlaşması, adi sızanaqlar, piodermiya, ekzema, seboreya, dərinin göbələk xəstəlikləri.
Əks göstərişlər:
Preparata qarşı yüksək həssaslıq.
Xaricə istifadə olunur. Dəri gündə 2-3 dəfə preparatın məhlulu hopdurulmuş pambıq tampon vasitəsilə silinir. Müalicə müddəti xəstəliyin xarakterindən asılıdır.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-01151 |