SALİSİL TURŞUSU, 20 mq/ml xaricə istifadə üçün spirtli məhlul
Salisil Turşusu tərkibi
Təsiredici maddə:1 flakonda (25 ml) 500 mq salisil turşusu vardır. Köməkçi maddə: etil spirti.
İstifadəsinə göstərişlər:
Aşağıdakı halların kompleks müalicəsi: - - - Yağlı seboreya; civzələrin prokfilaktikası və müalicəsi; piodermiya.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; böyrək çatışmazlığı; 1 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə dərman vasitəsindən istifadə etmək olmaz.
Salisil Turşusu istifadə qaydası, dozası
Xaricə istifadə edilir. Zədələnmiş dəri səthi spirtli məhlulla sutkada 2-3 dəfə işlənir. Böyüklər üçün maksimal sutkalıq doza 20 mq/ml konsentrasiyada 10 ml məhlul; uşaqlar üçün 20 mq/ml konsentrasiyada 1 ml məhlul təşkil edir. Müalicə kursu 1 həftədən artıq olmamalıdır.