Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 30 qram kremin tərkibində 0,3 q terbinafin hidroxlorid vardır.
Pəncənin dermatofitiyası (Tinea pedis) Qasıq nahiyəsinin dermatomikozu (Tinea cruris) və adi sikoz (Tinea corporis) Dərinin kandidozu Pityriasis versicolor (əlvan dəmrov)
Terbinafinə və ya kremin tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq zamanı istifadə edilməməlidir.
Hamiləlikdə istifadəsinə görə B kateqoriyasına daxildir. Heyvanlar üzərində aparılmış tədqiqatlar terbinafinin hər hansı teratogen və ya embriotoksik təsir potensialını aşkara çıxarmamışdır. İndiyədək insanlarda Santer kremin hər hansı inkişaf qüsurlarına səbəb olması barədə heç bir məlumat yoxdur. Hamilə qadınlarda istifadəsi üzrə klinik təcrübələr məhduddur.
Heyvanlar üzərində aparılmış fetal toksiklik tədqiqatlarında heç bir əlavə təsirlər aşkar edilməmişdir. SANTER kremi ciddi zərurət olmadan hamiləlik dövründə istifadə edilməməlidir. Terbinafin ana südü ilə ifraz olunur. Bu səbəbdən də, döşlə əmizdirdikləri müddət ərzində qadınlar SANTER kremdən istifadə etməməlidir.
Süd vəziləri də daxil olmaqla, körpələrin müalicə olunan nahiyələrlə təmasına icazə verilməməlidir.
SANTER kremin avtomobili və digər mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsiri yoxdur.
SANTER kremi infeksiyalaşmış dəri nahiyələrinə aşağıdakı qaydada çəkin: Pəncənin dermatofitiyası (Tinea pedis): gündə bir dəfə olmaqla bir həftə. Qasıq nahiyəsinin dermatomikozu (Tinea cruris) və adi sikoz (Tinea corporis): gündə bir dəfə olmaqla bir həftə. Dərinin kandidozu: gündə bir və ya iki dəfə olmaqla bir həftə. Pityriasis versicolor (əlvan dəmrov): gündə bir və ya iki dəfə olmaqla iki həftə.
Kremi istifadə etdikdən bir neçə gün sonra infeksiyanın əlamətləri keçib getsə də, tövsiyə edilən müddətdə kremdən istifadəni davam etdirin. Krem müntəzəm istifadə edilmədikdə və ya istifadəsi vaxtından əvvəl dayandırıldıqda infeksiya yenidən meydana çıxa bilər. SANTER kremi ilə müalicəyə başladıqdan bir neçə gün sonra dərinizdə yaxşılaşma başlamalıdır. Buna baxmayaraq, infeksiya keçib getdikdən sonra zədələnmiş dərinin tam sağalması uzun müddət davam edəcəkdir.
Hətta müalicə müddəti bitdikdən sonra da SANTER kremin təsirləri və dərinizin yaxşılaşması davam edəcəkdir. Müalicəyə başladıqdan sonra 2 həftə ərzində heç bir yaxşılaşma əlaməti müşahidə etmirsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. SANTER kremi aşağıdakı qaydada çəkin: Zədələnmiş dəri nahiyəsini yaxşıca təmizləyin və əllərinizi yuyun. Tübikdən ilk dəfə istifadə etdiyiniz zaman, o, möhürlü olacaqdır.
Qapağın üzərindəki iti ucluqdan istifadə edərək möhürü deşin. Barmağınıza az miqdarda krem sıxın. Tübikin qapağını bağlayın. Kremi zədələnmiş dəri və ətraf nahiyələr üzərində nazik təbəqə şəklində çəkin.
Yüngülcə ovuşduraraq kremi dəriyə yedirin. Əllərinizi yuyun, əks təqdirdə siz infeksiyanı dərinizin digər nahiyələrinə və ya digər insanlara yaya bilərsiniz. Əgər zədələnmiş dəri əl və ya ayaq barmaqlarınızın, yaxud sağrılarınızın arasında, sinə, qoltuqaltı və ya qasıq nahiyələrindədirsə, siz həmin nahiyələri, xüsusən də gecələr, tənziflə örtə bilərsiniz. Əgər tənzifdən istifadə edirsinizsə, hər dəfə kremi çəkdikdən sonra yeni, təmiz tənzifdən istifadə edin.
Müalicənin effektiv olması üçün zədələnmiş dəri nahiyələrini müntəzəm olaraq yumaqla təmiz saxlamaq lazımdır. Dərinizi yüngülcə toxunaraq və ovuşdurmadan qurudun. Hətta qaşınsa belə, zədələnmiş dəri nahiyəsini qaşımayın, çünki bu, dərinin daha çox zədələnməsinə, sağalma müddətinin uzanmasına və ya infeksiyanın yayılmasına səbəb ola bilər.