Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr:1 pastilin tərkibində 3 mq benzidamin hidroxlorid, 1 mq setilpiridin xlorid vardır. Köməkçi maddələr: evkalipt yağı, levomentol, limon turşusu (E330), sukraloza (E955), izomalt (E953), brilyant mavisi FCF (E133).
İstifadəsinə göstərişlər:
Septolete total evkalipt pastillər preparatı boğaz, ağız boşluğu və diş ətinin qıcıqlanmasının, qinqivitin, faringitin və laringitin iltihab əleyhinə, ağrıkəsici və antiseptik müalicəsi üçün, həmçinin böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda dişlərin çıxarılmasından əvvəl və sonra istifadəsi üçün göstərişdir.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. 6 yaşdan kiçik uşaqlar, belə ki, bu buraxılış forması bu yaş qrupunda istifadə üçün yaramır. Orqanizmdə laktaza, izomaltaza çatışmazlığı, qlükoza/qalaktoza malabsorbsiyası sindromu.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Hamilə qadınlarda benzidamin hidroxloridin/setilpiridin xloridin istifadəsi barədə məlumatlar yoxdur və ya məhduddur. Septolete total evkalipt preparatının hamiləlik zamanı istifadəsi məsləhət görülmür. Laktasiya dövrü Benzidamin hidroxloridin ana südü ilə ifraz olunması məlum deyil. Yenidoğulmuşlar/südəmər uşaqlar üçün riski istisna etmək olmaz. Ana südü ilə qidalandırmanın uşaq üçün faydası və ana üçün terapiyanın faydası nəzərə alınmaqla, ana südü ilə qidalandırmanın dayandırılması yaxud kəsilməsi/Septolete total evkalipt preparatı ilə terapiyanın təyin olunmaması barədə qərar qəbul etmək lazımdır.
Böyüklər Tövsiyə olunan doza gündə 3-4 pastil təşkil edir. Pastili hər 3-6 saatdan bir yavaş-yavaş sormaq lazımdır. Yaşlı xəstələr Tövsiyə olunan doza böyüklərdə olduğu kimidir. Uşaqlar 12 yaşdan yuxarı uşaqlar Tövsiyə olunan doza gündə 3-4 pastil təşkil edir. Pastili hər 3-6 saatdan bir yavaş-yavaş sormaq lazımdır. 6 yaşdan 12 yaşa qədər uşaqlar Tövsiyə olunan doza gündə 3 pastil təşkil edir. Pastili hər 3-6 saatdan bir yavaş-yavaş sormaq lazımdır. 6 yaşdan kiçik uşaqlar 6 yaşdan kiçik uşaqlarda Septolete total evkalipt preparatının istifadəsi əks göstərişdir. Effektin əldə olunması üçün preparatın dişlərin təmizlənməsindən bilavasitə əvvəl və sonra istifadəsi tövsiyə olunmur. Göstərilən dozanı aşmaq olmaz. Septolete total evkalipt preparatını 7 günə qədər dövr ərzində istifadə etmək olar. İstifadə qaydası Pastili hər 3-6 saatdan bir yavaş-yavaş sormaq lazımdır.