Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tubda (25 q) 8,325 q xaricə istifadə üçün kükürd vardır
Dəri xəstəliklərinin (seboreya, sikoz, mikoz, psoriaz) və qoturluğun müalicəsində kompleks terapiyanın tərkibində.
Dərman vasitəsinə qarşı yüksək həssaslıq, 3 yaşa qədər uşaqlar.
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməyib, bu səbəbə görə məlhəmi bu dövrdə, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun.
Məlhəmdən istifadə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
Xaricə. Dərman vasitəsi 5 gün müddətində gündə 2-3 dəfə dərinin zədələnmiş nahiyələrinə nazik təbəqə ilə sürtülür. Qoturluğun müalicəsi Birinci gün zədələnmiş nahiyənin işlənməsi duş altında isti su və sabunla yaxşıca yuyulmaqla, axşam yatmazdan əvvəl aparılır.Məlhəm əllərin dərisinə sürtülür, bundan sonra bədənə və ayaqlara, ayağın altı və barmaqlar daxil olmaqla. Dərini işlədikdən sonra, yalnız təmiz alt paltarından və geyimdən istifadə etmək lazımdır.
İkinci və üçüncü gunlər müalicədə fasilə edilir, bu zaman məlhəmin qalığı dəridən yuyulmamalıdır. Dördüncü gün axşam pasiyent sabun ilə yuyunur və qalan məlhəmdən istifadə etməklə, birinci gündəki olduğu kimi sürtür və yenə də bütün alt paltarı dəyişdirilir. Dəri işləndikdən sonra əllləri 3 saat ərzində yumaq olmaz; sonradan əllər hər yuyulmadan sonra məlhəmlə işlənir. Dərinin digər hissələrindən məlhəmin yuyulması baş verdikdə, həmin nahiyəni yuxarıda qeyd edildiyi kimi işləmək lazımdır.
Müalicənin beşinci günündə məlhəm dəridən tamamilə yuyulur.