Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SINESTROL 20MG 1ML N10 GURCUSTAN

Məhsul Kodu : 111-27876
İstehsalçı ölkə: Gürcüstan
4,80 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİNESTROL, inyeksiya üçün yağlı məhlul

SİNESTROL tərkibi

Təsiredici maddə: 1 ampulda 20 mq heksestrol vardır.

İstifadəsinə göstərişlər

Qeyri kafi yumurtalıq funksiyası ilə əlaqəli şərtlərdə ist ifadə olunur, ilkin və ikincili amenoreya, genital hipoplaziya, menopauza pozgunluğu iə əlaqəli pataloji vəziyyətlər; kişilərdə prostat vəzinin xərçəngi.

Əks göstərişlər

Dərman vasitəsinin tərkibind ə olan komponentlərdən hər hansı birinə qarşı fərdi yüksək həssaslıq, hamiləlik və laktasiya, qaraciyər və böyrək xəstəlikləri, mastopatiya, endometrioz, uşaqlıq qanaxması, süd vəzi, uşaqlıq və ya yumurtalıq törəmələri, 60 yaşa qədər qadınlarda bədxassəli və xoşxas səli yenitörəmələr, qan laxtalanmasının artması ilə əlaqəli xəstəliklər, kəskin tromboflebit, tromboemboliya, hiperestrogenemiyanın müxtəlif formaları. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Saxlanma zamanında preparatda kristalların çökməsinə icazə verilir. Bu vəziyyətdə, ampulanı çalxalayıb qızdırmaq lazımdır. Əgər kristallar yox olarsa və məhlul şəffaf qalarsa və 36 -38C-yə qədər soyutma zamanı kristalların yenidən çökməməsi halında məhlul istifadəyə hazırdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müəyyən edilməyib.

SİNESTROL istifadə qaydası və dozası

Əzələdaxili inyeksiya İstifadədən əvvəl preparatla birlikdə ampul 30-40C-yə qədər isidilir. Hipogenitalizmdə, anadangəlmə amenoreya və kəskin inkişaf etməmiş uşaqlıqda əzələdaxili olaraq, sutka ərzində 1-2 mq, 4-6 həftə. Uşaqlığın inkişaf etməməsi səbəbindən sonsuzluq zamanı menstruasiya sonrası ilk 7-8 gün ərzində, əzələdaxili olaraq 1 mq. Prostat vəzi xərçəngi zamanı 2 ay ərzində gündəlik 60-80 mq əzələdaxili, sonra 10 -20 mq.

Ümumi doza və müalicə müddəti prostat vəzidəki dəyişikliklərdən, metastazların olub-olmamasından, ümumi vəziyyətdən və feminizasiya dərəcəsindən asılıdır. Yüksək dozalar: birdəfəlik 2 mq, sutkalıq 3 mq. Yeni yaranmış bədxassəli şişlərin müalicəsində birdəfəlik – 60 mq, sutkalıq – 100 mq.

Prepared by  T-Soft E-Commerce.